Məhkəmə qərarları › İş №3(051)-237/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-237/2021

20.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-237/2021 20.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Ağdam rayonu, Əhmədavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyat olan, Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsi, B 119 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2021–ci il tarixdə saat 09:30 radələrində Mingəçevir şəhərinin çıxış hissəsində pandemiya ilə əlaqədar olaraq qurulmuş karantin postunda xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–nin 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək, əməlindən peşman olmasını göstərdi və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili X2 ifadəsində göstərdi ki, o, xx xxxxxx 2021–ci il tarixdə saat 09:30 radələrində Mingəçevir şəhəri “Ala qapı” istiqamətində ölkə ərazisində olan pandemiya ilə əlaqədar olaraq qurulmuş xüsusi karantin postunda xidmətdə olan zaman Ford markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşın yaxınlaşmış, həmi vaxt postda maşınların sıxlığı mövcud olduğundan növbə ilə digər maşınları yoxlayan zaman Şəxs siqnal verib səs-küy yaradaraq “mən tələsirəm tez olun siz nə iş görürsünüz” kimi ifadələr işlədərək onların iş fəaliyyətini pozmağa başlamışdır. Bundan sonra sürücüyə yaxınlaşaraq ondan sənədlərini və şəhərlərarası hərəkət icazəsinin olub-olmamasını soruşmuş. Sürücü ona məhəl qoymayaraq postdan yayınaraq avtomaşını sürüb getmək istəmiş. Şəxs nizam-intizama dəvət etsə də, o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətini davam etdirib karantin postundan qəsdən uzaqlaşmışdır. Bundan sonra o, həmin əraziyə post patrul xidmətinin əməkdaşlarını çağırmış və Şəxs Mingəçevir ŞPŞ-yə gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin İB-nin polis serjantı X1 və Mingəçevir şəhər Polis Şöbəsinin PPBX-nin əməkdaşı Rəhimli Hakim Vaqif oğlu şahid X2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. İşə əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021–ci il tarixdə saat 09:30 radələrində Mingəçevir şəhəri çıxacağında polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxx 2021–ci il tarixdə saat 09:30 radələrində Mingəçevir şəhərinin çıxış hissəsində pandemiya ilə əlaqədar olaraq qurulmuş karantin postunda xidmətdə olan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etiraf edici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşmanlıq keçirməsini nəzərə alaraq, Şəxs oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar