Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-238/2022 19.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu : Şəxs Tələbkar: X4 qızının iştirakı ilə xx.xx.1988–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Bakı şəhəri, Maştağa qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Saadov X1 Şəhər Məhkəməsinin 2(051)-779/2018 saylı 13.06.2018-ci il tarixli icra sənədi üzrə 1810 manat aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bu hərəkətləri ilə Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs oğlundan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-779/2018 saylı 13.06.2018-ci il tarixli qətnaməsi ilə ondan 31.05.2012-ci il tarixdə doğulmuş Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq tələbkara verilməsi qət edilmişdir. Lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş və 1810 manat məbləğində aliment borcu ödənilməmiş qalmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun 1810 manat məbləğində borcu vardır. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X3 göstərdi ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan heç bir ödəniş etməmişdir. Nəticədə, 1810 manat məbləğində aliment borcu yaranmışdır. Protokol tərtib edildikdən sonra borclu cəmi 200 manat pul ödədi və qalan məbləğin ödənilməsi üçün vaxt istədi. O da borclu ilə razılaşdı və məhkəmədən borcluya vaxt verilməsini xahiş etdi. Lakin borclu vəd verdiyi vaxta məhkməyə gəlmədi. O səbəbdən də məhkəmə borclunun gətirilməsi haqqında qərardad çıxararaq, işin baxılmasını təxirə saldır. Ondan sonra borclu məhkəməyə gətirilsə də, aliment üzrə yığılmış borcundan heç bir vəsait ödəmədi. Halbuki, o, uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Uşaqlara isə böyüdükcə, tələbatları da artır, borclu isə məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğini ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Ona görə də borcun birdəfəyə ödəməsinin təmin edilməsini, əks halda isə borclunun inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs oğlu izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-779/2018 saylı 13.06.2018-ci il tarixli qətnaməsi ilə ondan 31.05.2012-ci il tarixdə doğulmuş Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq tələbkara verilməsi qət edilmişdir. Lakin o, borcundan protokol tərtib edildikdən sonra cəmi 200 manat ödəmişdir. Doğrudur, qalan məbləği tam həcmdə ödəməyə söz versə də, maddi imkanı olmadığına görə ödəniş edə bilməmişdir. Hazırda da borcunu ödəmək imkanı yoxdur. Maddi vəziyyəti düzələn kimi borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən izahatında göstərdikləri halları nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-779/2018 saylı 13.06.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, 31.05.2012-ci il tarixdə doğulmuş Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin borclu Şəxs oğlundan alınaraq tələbkara verilməsi qət edilmişdir. İşdə olan 22.06.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan 2(051)-779/2018 saylı 13.06.2018-ci il tarixli icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. İşdə olan 20.04.2022-ci il tarixli izahatdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra işində olan materialların tədqiqi nəticəsində müəyyən edildi ki, Şəxs oğlu Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-779/2018 saylı 13.06.2018-ci il tarixli qətnaməsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs oğluna dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 3.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs oğlunun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 19 may 2022–ci il tarixdən saat 17:20-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-238/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-238/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver