Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-238/2025 02.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 iştirakı ilə, X2 BDYPİ-nin inzibati xəta haqqında EQ 26225709 №li xx.xx.2025-ci il tarixli qərarından şikayətinə baxaraq məhkəmə M ü ə y y ə n e t d i: X3 barəsində BDYPİ-nin inzibati xəta haqqında EQ 26225709 №li xx.xx.2025-ci il tarixli qərarından şikayət vermişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 şikayətinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ona yazılmış xx.xx.2025-ci il tarixli, EQ26225709 nömrəli protokola əsasən bildirmək istəyir ki, həmin cərimənin yazılmazdan öncə, heç bir bildiriş və ya xəbərdarlıq olunmadan tətbiq olunması, ciddi yol hərəkət qaydası pozuntutusu olmaması səbəbilə və vətəndaşın məhz bu barədə məlumatsızlığından irəli gəldiyi üçün silinməsini məhkəmədən xahiş edir. Çünki maddi durumunun bu cəriməni ödəmək qabiliyyətli olmadığını nəzərə alaraq, cərimənin silinməsi ilə texniki baxışa buraxılış icazəsini alaraq, idarə etdiyi avtomobili texniki baxışdan keçirtmək istəyir. Əgər qabaqcadan bu barədə məlumatı olsaydı, əlbəttə ki, bu prosesin vaxtını gecikdirməzdi. Qanunun tələblərini və vəzifə öhdəliklərini bilir, sadəcə, avtomobil sahibi o deyil və texniki baxışın vaxtı barədə məlumatsızlığı səbəbi ilə belə anlaşılmazlıq yaranmışdır. Azərbaycan Respublikasının qanunlarının vətəndaşı cərimələmək prinsiplərinə deyil, onların hüquqlarının qorunması prinsiplərinə əsaslandığını və həmçinin, ciddi yol hərəkət pozuntusu olmadığını nəzərə alaraq, ona yazılmış bu cərimənin ləğv olunmasında köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İşə əlavə olunmuş DİN Baş Dövlət Yol Polis idarəsinin X1 xx.xx.2025-ci il tarixli EQ 26225709 №li inzibati xəta haqqından qərarından görünür ki, X3 “Chery” Arizzo minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İXM-nin 339.1-1-ci maddəsi ilə xəta törətmiş və 50 manat cərimə olmuşdur. İşə əlavə olunmuş DİN Baş Dövlət Yol Polis idarəsinin X1 məhkəməyə təqdim etdiyi fotoşəkildən görünür ki, X3 “Chery” Arizzo minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla şəhərdən çıxış edən zaman 5713 nömrəli kameraya düşmüş və onun İXM-nin 339.1-1-ci maddəsində göstərilən xətanı törətdiyi aşkara çıxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Göründüyü kimi X3 özünəməxsus “Chery” Arizzo minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşını “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir. Bununla da həmin avtomaşınla İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta isə xx.xx.2025-ci ildə törədilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş X2 barəsində olan xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi üçün qanuni əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 şikayəti təmin olunmasın. X2 barəsində BDYPİ-nin inzibati xəta haqqında EQ 26225709 №li xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-238/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-238/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver