Məhkəmə qərarları › İş №3(051)-24/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-24/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-24/2024 08.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi və barəsində inzibati protokol tərtib edilmiş Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə protokola tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İnzibati xəta haqqında protokoldan görünür ki, 11 dekabr 2023-cü il tarixdə saat 11:30-da Mingəçevir şəhəri H.Əliyev prospektində Beynəlxalq Bankın qarşısında reyd zamanı Mersedes-Bens markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs qeyd olunan avtobusla Ağdaş -Mingəçevir marşrutu üzrə qanunsuz sərnişin daşıma fəaliyyəti aşkar olunmuşdur. Yoxlama zamanı nəqliyyat vasitəni idarə edən Şəxs qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etməsi tələb olunduqda o, sənədləri təqdim etməkdən imtina etmiş və əməkdaşların xidməti vəzifələrini yerinə yetirməsinə mane olmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospektində Beynəlxalq Bankın qarşısında reyd zamanı Mersedes-Bens markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs qeyd olunan avtobusla Ağdaş -Mingəçevir marşrutu üzrə qanunsuz sərnişin daşıma fəaliyyəti aşkar olunmuşdur. Yoxlama zamanı nəqliyyat vasitəni idarə edən Şəxs qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etməsi tələb olunduqda o, sənədləri təqdim etməkdən imtina etmiş və əməkdaşların xidməti vəzifələrini yerinə yetirməsinə mane olmuşdur. Beləliklə, inzibati xəta haqnqında protokoldan və ona əlavə edilmin sənədlərdən və fotoşəkildən müəyyən edildi ki, 11 dekabr 2023-cü il tarixdə saat 11:30-da Mingəçevir şəhəri H.Əliyev prospektində Beynəlxalq Bankın qarşısında reyd zamanı Mersedes-Bens markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs qeyd olunan avtobusla Ağdaş -Mingəçevir marşrutu üzrə qanunsuz sərnişin daşıma fəaliyyəti aşkar olunmuşdur. Yoxlama zamanı nəqliyyat vasitəni idarə edən Şəxs qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etməsi tələb olunduqda o, sənədləri təqdim etməkdən imtina etmiş və əməkdaşların xidməti vəzifələrini yerinə yetirməsinə mane olmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir və o həmin maddənin sanksiyası həddində tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinə əsasən Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə- əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı ilk dəfə törətməsini məsuliiyəti yüngülləşdirən haldır. Belə ki, Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdriən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxsnın barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar