Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-24/2025 06.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edərək Mingəçevir Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs QSC-nin mexaniki işlər üzrə iş icraçısı X6 Şəxs QSC-nin Mingəçevir şəhərində yeni 1280 MVT-luq X1 tikintisi layihəsində xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində mexaniki işlər üzrə iş icraçısının vəzifə təlimatının 2.14-cü bəndinə və ona təhkim olunmuş iş sahəsində əmək şəraitinin, əmək mühafizəsi normalarına əməl olunmaması və təhlükəsizlik texnikasının vəziyyətinin yoxlanılmaması nəticəsində qaynaqçı X3 az ağır xəsarət almasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə və barəsində inzibati xəta haqqında aparılan Şəxs QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələr məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN ******* №li inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərardaddan görünür ki, Şəxs QSC-nin mexaniki işlər üzrə iş icraçısı X6 barəsində X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib olunmuş protokol baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC-nin Mingəçevir şəhərində yeni 1280 MVT-luq X1 tikintisi layihəsində xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində X4 mexaniki işlər üzrə iş icraçısının vəzifə təlimatının 2.14-cü bəndinə və ona təhkim olunmuş iş sahəsinin əmək şəraitinin, əmək mühafizəsi normalarına əməl olunması və təhlükəsizlik texnikasının vəziyyətinin yoxlanılmaması nəticəsində qaynaqçı X3 az ağır xəsarət almasına səbəb olmuşdur. 387 №li Azərbaycan respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 ekspert rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:-qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, boyun fəqərələrinin ostelxandrozunun və 5-6,6-7-ci fəqərəarası daralmalarla protuziyası olan ağrı sindromu ilə müşayət olunan küt travmalar küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. “X5 Xidməti tərəfindən yaradılmış komissiyanın tərtib etdiyi təhqiqat aktından görünür ki, X7 xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində Mingəçevir 1280MVT X2 layihəsinin Qazan-2 sahəsində qaynaq işləri gördükdən sonra su içmək üçün su çəninin yanına gedib qayıdan zaman, iş sahəsindən təxminən 10-15 metr məsafədə başını buxar generasiya qurğusu ilə qaz diffuzorunun arasına salması (zərərçəkənin izahatına əsasən kimsə ona səslənirdi) və metal elementin tərpənərək onun baş nahiyəsini sıxması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs QSC-nin Mingəçevir şəhərində yeni 1280 MVT-luq X1 tikintisi layihəsində xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində X4 mexaniki işlər üzrə iş icraçısının vəzifə təlimatının 2.14-cü bəndinə və ona təhkim olunmuş iş sahəsinin əmək şəraitinin, əmək mühafizəsi normalarına əməl olunması və təhlükəsizlik texnikasının vəziyyətinin yoxlanılmaması nəticəsində qaynaqçı X3 az ağır xəsarət almasına səbəb olmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs QSC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-24/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-24/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver