Məhkəmə qərarları › İş №3(051)-241/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-241/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-241/2022 25.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN №1319716 saylı, 23.04.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09.01.2022-ci il tarixdə saat 10:28 radələrində baldızı X2 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, zərərçəkmiş şəxs Məsimə Məmmədova onun baldızıdır. X5 ailə münasibətləri pozulmuşdur, boşanmaq istəyirlər. 09.01.2022-ci il tarixdə saat 10 radələrində Məsimə onun yaşadığı ünvana gəlmişdir. Məsimə anasından hansı səbəbə görə onun burada olmasını soruşdu və bir-birlərinə kobud sözlər dedilər. Aralarında mübahisə yarandı. Mübahisə zamanı Məsimə onun saçından tutdu, o da qarşılıq verdi. Qarşılıqlı olaraq bir-birlərini döydülər. Həmin vaxt onu öz evlərinə aparmağa gələn qardaşı Hafiz araya girib onları araladı, sonra isə oradan uzaqlaşdı. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, 09.01.2022-ci il tarixdə saat 10 radələrində anasının ad gününü qeyd etmək məqsədilə orada olan zaman Hafizə və onun qardaşı Hafizin anası ilə mübahisə etdiklərini gördü. Bu barədə anasından soruşanda anası, Hafizə ilə qardaşının onun üzərinə hücum çəkdiyini bildirdi. Hafizədən bu barədə soruşanda aralarında sözlə mübahisə oldu. Sonra bir-birlərinin saçından tutdular. Həmin vaxt Hafiz araya girdi və əli ilə onun sağ gözünün altına vurdu. Bu səbəbdən də DİN-nin 102 xidmətinə zəng etmişdir. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 09.01.2022-ci il tarixli 23 № li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sağ gözünün alt qapağında sıyrıq və sağ bazuda qançır, küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddətləri qərarda göstərilən 09.01.2022-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs himayəsində azyaşlı uşağın olması, əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs məsuliyyətini ağırlaşdıran halın olmamasını, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə göstərilən inzibati təhbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar