Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-241/2025 15.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, Tələbkar Zərərçəkmiş şəxs, İcra sənədi üzrə borclu: Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə xx xxxx 1984-cü il tarixdə Xankəndi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı icra vərəqəsi üzrə yaranmış 1500 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı qətnaməsinə əsasən 21 avqust 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. O səbəbdən də borclu hazırki vaxtadək aliment borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan aliment borcu 1500 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə 21 avqust 2009-cu il təvəllüdlü qızı Aynurun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 160 (altmış) manat sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin maddi vəziyyəti aşağı olduğu aliment borcunu ödəyə bilməmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında göstərdi ki, tərəflərin birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. Hazırda uşaqların biri ananın, digəri isə atanın himayəsindədir. Borclu son zamanlar səhhətində yaranmış problemlərlə əlaqədar işləyə bilmədiyindən, maddi imkanı aşağı olmuş və alimentiödəyə bilməmişdir. Həmçinin himayəsində olan oğlu ayağını zədələmiş və onun müəyyən sağlamlıq xərclərini çəkmişdir. Borclu alimenti ödəməkdən və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmır. Eyni zamanda himayəsində 14 yaşına çatmamış oğlu var. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən inzibati tənbeh qismində həbs seçilə bilməz. Bütün bu halları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı qətnaməsinə əsasən 21 avqust 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 160 (altmış) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Lakin borclu tərəfindən təyin edilmiş aliment ödənilməmişdir. Onun 1500 manat aliment borcu yaranmışdır. Qəsdən borcunu ödəmir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq qərar çıxarılmasını xahiş edir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı icra vərəqəsindən görünür ki, 21 avqust 2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı icra vərəqi üzrə yaranmış 160 manat məbləğində aliment borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə olunmuş icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru tərəfindən qeyd edilən icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı iş üzrə qəbul etdiyi qətnaməyə əsasən iddia tələbi qismən təmin edilərək tərəflər arasında bağlanmış nikah qeydi pozulmuş və nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşaq atası Şəxs yanında, xx.xx.2009-cu il təvəllüdlü X5 adlı uşaq isə anası Zərərçəkmiş şəxs yanında qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş tələb alimentlə bağlı olduğundan uşağın mənafeyini yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Mingəçevir şəhər Məhkəməsinin icra sənədinin icrasını təmin etməmişdir. O, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar olmadığından, eyni zamanda himayəsində himayəsində on dörd yaşınadək uşağı olmasını, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-241/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-241/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver