Məhkəmə qərarları › İş №3(051)-242/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-242/2021

21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-242/2021 21.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 mənzil 22 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:50 radələrində Mingəçevir şəhərinin Az.Qres qəsəbəsində yerləşən 8 saylı orta məktəbin qarşısında olarkən küçmiş baldızı X3 ilə şəxsi münasibətlər zəminində mübahisə edib ona fiziki ağrı yetirməklə onu döymüşdür. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə X3 ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış və mübahisə zamanı əsəbi olduğu üçün ona fiziki ağrı yetirməklə döymüşdür. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərər çəkmiş X3 məhkəmə iclasında veridyi izahatında Şəxs ilə barışmadığını və onun barəsində qanuni tədbirlərin görülməsini xahiş etmişdir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək, həmin tarixdə Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Gülxanım Kərimovanın üzərində xəsarətlərin olub olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə şəxsi münasibətlər zəminində X2 fiziki ağrı yetirərək zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə döymüşdür. Təhqiqatçının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmişlərin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, Şəxs xx xxxxxx 2020-ci ildə saat 17:50 radələrində Mingəçevir şəhərinin Az.Qres qəsəbəsində yerləşən 8 saylı orta məktəbin qarşısında olarkən küçmiş baldızı X3 ilə şəxsi münasibətlər zəminində mübahisə edib ona fiziki ağrı yetirməklə onu döymüşdür. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsində göstərilmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar