Məhkəmə qərarları › İş №3(051)-243/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-243/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-243/2022 16.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 Tələbkar: Mingəçevir Şəhər Bələdiyyəsinin nümayəndəsi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və vəkili Vəkil iştirakı ilə xx.xx.1957-ci il tarixdə Goranboy rayonu, Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə ki, o, X6 Məhkəməsinin 2(87)-318/2008 saylı 26.08.2008-ci il tarixli icra sənədi üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq üzərlərinə həbs qoyulmuş əmlakları verməkdən imtina etmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, X6 Məhkəməsinin 2(87)-318/2008 saylı 26.08.2008-ci il tarixli icra sənədi üzrə borclu Mingəçevir-Qum-Çınqıl ASC-dən 19734 manat mədən vergisinin tutularaq, Mingəçevir Bələdiyyəsinin hesabına ödənilməsi qərara alınmışdır. Həmin məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəmyə müraciət edilmiş və Şəki Kommersiya Məhkəməsinin 8-2(117)-14/2020 saylı 29.10.2020-ci il tarixli qərardadı ilə borcluya məxsus görünüşdə işlək olmayan 3 ədəd teplovoz, 1 ədəd vaqon, 2 ədəd teplovoz kabinası, sökülmüş və yararsız vəziyyətdə 1 ədəd teplovoz matoru, 61x14 ölçüdə yarımçıq tikili bina, 20x14 ölçüdə metal-konsturiksiyalı beton daşdan tikilmiş bina, 7x23 ölçüdə yarı sökülmüş vəziyyətdə inzibati bina, 19x10 ölçüdə metal-konstruksiyalı yarımçıq tikili bina və 2 ədəd 180 mm-lik dəmir dirəklərin üzərinə həbs qoyulmuş və 10.12.2021-ci il tarixli protokolla siyahıya alınaraq Şəxs təhvil verilmişdir. 28.03.2022-ci il tarixdə əmlakların saxlandığı ünvan 2 ünvanına baxış keçirilərkən görünüşdə işlək olmayan 3 ədəd teplovoz, 1 ədəd vaqon, 2 ədəd teplovoz kabinası, sökülmüş və yararsız vəziyyətdə 1 ədəd teplovoz matoru həmin ərazidə aşkar edilməmişdir. Halbuki, həmin daşınar əşyaların üzərinə həbs qoyulmuş və saxlanması üçün borclu hüquqi şəxsin nümayəndəsinə təhvil verilmişdir. Borcluya bir neçə dəfə tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq edilməsinə baxmayaraq, qətnaməni icra etməmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 10.12.2021-ci il tarixli protokolla görünüşdə işlək olmayan 3 ədəd teplovoz, 1 ədəd vaqon, 2 ədəd teplovoz kabinası, sökülmüş və yararsız vəziyyətdə 1 ədəd teplovoz matoru, 61x14 ölçüdə yarımçıq tikili bina, 20x14 ölçüdə metalkonsturiksiyalı beton daşdan tikilmiş bina, 7x23 ölçüdə yarı sökülmüş vəziyyətdə inzibati bina, 19x10 ölçüdə metal-konstruksiyalı yarımçıq tikili bina və 2 ədəd 180 mm-lik dəmir dirəklərin üzərinə həbs qoyularaq saxlanması üçün ona verilsə də, onun həmin protokol barədə məlumatı olmamışdır. Belə ki, həmin gün tələbkar və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsi ilə birlikdə üzərlərinə həbs qoyulmuş əmlakların saxlandıqları əraziyə baxış keçilmiş və həmin protokolda məhz bu səbəbdən tərtib edildiyini güman etmişdir. Həmçinin bildirdi ki, “X4” ASC-nin nümayəndəsi kimi onun adı qeyd edilsə də, lakin o, “X4” ASC-nin 48 səhmdarından biridir. Hazırki iş üzrə onun “X4” ASC-nin nümayəndəsi olduğunu təsdiqləyən heç bir sənəd iş materiallarına əlavə olunmamışdır. Eləcə də, “X4” ASC-nin üzərinə həbs qoyulmuş əmlakları yalnız görünüşdə işlək olmayan 3 ədəd teplovoz, 1 ədəd vaqon, 2 ədəd teplovoz kabinası, sökülmüş və yararsız vəziyyətdə 1 ədəd teplovoz matorundan ibarət olmamışdır. Orada MMC-yə məxsus daşınmaz əşyaların da üzərinə həbs qoyulmuşdur. Hansı ki, hazırda həmin daşınmaz əmlakların dəyəri “X4” ASC-nin tələbkara olan borcundan bir neçə dəfə çoxdur. Ona baxmayaraq, tələbkar yalnız yuxarıda qeyd olunan metal qırıntılarını tələb edir. Halbuki, tələbkarın tələbinin ödənilməsi üçün borclu hüququ şəxsin yetərli miqdarda əmlakı vardır. Üzərinə həbs qoyulmuş daşınar əşyalar isə yararsız metal qırıntılarından ibarət olmuşdur. Onu da sahibsiz olduğu üçün kənar şəxslər oğurlamışdır. O barədə Mingəçevir ŞPŞ-də icraatda olan cinayət işi də vardır. Ondan başqa borclu hüquqi şəxsi təmsil etmək hüququna malik olan şəxs tərəfindən tələbkara və borcluya tələbin əmlaka yönəldilməsinə dair təklif verilmişdir. Hesab edir ki,onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Mingəçevir Bələdiyyəsinin nümayəndəsi izahatında göstərdi ki, X6 Məhkəməsinin 2(87)-318/2008 saylı 26.08.2008-ci il tarixli icra sənədi üzrə borclu Mingəçevir-Qum-Çınqıl ASC-dən 19734 manat mədən vergisinin tutularaq, Mingəçevir Bələdiyyəsinin hesabına ödənilməsi qərara alınmışdır. Bununla belə borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq, borcun ödənilməsindən yayınmışdır. Borclu tərəfindən 19734 manat borcun əvəzi olaraq yarımçıq tikililər təklif edilsə də, həmin yarımçıq tikililərin sənədləri olmadığı üçün razılıq əldə edilməmişdir. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi ilə şərtləndirilmişdir. Hazırki vəziyyətdə isə borclu Mingəçevir-Qum-Çınqıl ASC-nin nümayəndəsi Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Belə ki, işdə olan X6 Məhkəməsinin 2(87)-318/2008 saylı 26.08.2008-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Mingəçevir-Qum-Çınqıl ASC-dən 19734 manat mədən vergisinin tutularaq, Mingəçevir Bələdiyyəsinin hesabına ödənilməsi qərara alınmışdır. İşdə olan Şəki Kommersiya Məhkəməsinin 8-2(117)-14/2020 saylı 29.10.2020-ci il tarixli qərardadından görünür ki, X6 Məhkəməsinin 2(87)-318/2008 saylı 26.08.2008-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Mingəçevir-Qum-Çınqıl ASCyə məxsus görünüşdə işlək olmayan 3 ədəd teplovoz, 1 ədəd vaqon, 2 ədəd teplovoz kabinası, sökülmüş və yararsız vəziyyətdə 1 ədəd teplovoz matoru, 61x14 ölçüdə yarımçıq tikili bina, 20x14 ölçüdə metal-konsturiksiyalı beton daşdan tikilmiş bina, 7x23 ölçüdə yarı sökülmüş vəziyyətdə inzibati bina, 19x10 ölçüdə metal-konstruksiyalı yarımçıq tikili bina və 2 ədəd 180 mm-lik dəmir dirəklərin üzərinə həbs qoyulmuşdur. İşdə olan 10.12.2021-ci il aktın və iltizamın surətindən görünür ki, üzərinə həbs qoyulmuş görünüşdə işlək olmayan 3 ədəd teplovoz, 1 ədəd vaqon, 2 ədəd teplovoz kabinası, sökülmüş və yararsız vəziyyətdə 1 ədəd teplovoz matoru, 61x14 ölçüdə yarımçıq tikili bina, 20x14 ölçüdə metal-konsturiksiyalı beton daşdan tikilmiş bina, 7x23 ölçüdə yarı sökülmüş vəziyyətdə inzibati bina, 19x10 ölçüdə metal-konstruksiyalı yarımçıq tikili bina və 2 ədəd 180 mm-lik dəmir dirəklər saxlanması üçün Şəxs Misri oğluna təhvil verilmiş və CM-in 303-cü maddəsinin tələblərinin izah olunmasına dair ondan iltizam alınmışdır. İşdə olan 19.11.2021-ci il və 28.03.2022-ci il tarixli aktların surətindən görünür ki, üzərinə həbs qoyulmuş 61x14 ölçüdə yarımçıq tikili bina, 20x14 ölçüdə metalkonsturiksiyalı beton daşdan tikilmiş bina, 7x23 ölçüdə yarı sökülmüş vəziyyətdə inzibati bina, 19x10 ölçüdə metal-konstruksiyalı yarımçıq tikili bina aşkar edilsə də, digər əmlaklar həmin ərazidə aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Mingəçevir-Qum-Çınqıl ASC-nin nümayəndəsi Şəxs oğlunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, icra məmurunun qanuni tələblərinin borclu tərəfindən qəsdən yerinə yetirilməməsi müəyyən edilmir. Belə ki, iş materiallarında olan 19.11.2021-ci il və 28.03.2022-ci il tarixli aktların surətindən görünür ki, üzərinə həbs qoyulmuş 61x14 ölçüdə yarımçıq tikili bina, 20x14 ölçüdə metalkonsturiksiyalı beton daşdan tikilmiş bina, 7x23 ölçüdə yarı sökülmüş vəziyyətdə inzibati bina, 19x10 ölçüdə metal-konstruksiyalı yarımçıq tikili bina aşkar edilsə də, digər əmlaklar həmin ərazidə aşkar edilməmişdir. Bu isə borclunun əməlində AR CM-nin 303-cü maddəsinin əlamətlərinin olduğuna əsaslı şübhələr yaradır. AR İXM-nin 528.1-ci maddəsində isə icra məmurunun qanuni tələblərinin borclu tərəfindən qəsdən yerinə yetirilməməsi nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, borclunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Borclunun üzərlərinə həbs qoyulmuş əmlakları gizlətməsi onun icra sənədini icra etməməsi və yaxud icra məmurunun qanuni tələblərinə tabe olmaması kimi təfsir edilə bilməz. Bu da onu deməyə əsas verir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs oğlunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin üzərlərinə həbs qoyulmuş əmlakları verməkdən imtina etməsi və yaxud özgəninkiləşdirilməsi inzibati xəta tərkibinin deyil, cinayətin əlamətlərini ehtiva edir. Bu halda icra məmuru həmin şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə rəsmi məlumat verməlidir. Azərbaycan Respublikası İXM–nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası CM-in 303.1-ci maddəsinə əsasən siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsi, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməli və inzibati xəta materialları icra məmuruna qaytarılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25.08.2000-ci il tarixli Fərmanının 3-cü bəndinin 3-cü abzasına əsasən Azərbaycan Respublikası CM-in 196,289, 303,305, 317-1.1 və 317-2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi) tərəfindən aparılır. İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 84.4-cü maddəsinə əsasən İcra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə və digər orqanların qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Ona görə də məhkəmə hesab edir ki, üzərlərinə həbs qoyulmuş əmlakları təhvil almış şəxs tərəfindən həmin əmlakların gizlədilməsi və yaxud özgəninkiləşdirilməsi hallarını icra məmuru müəyyən etdiyi halda, həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar