Məhkəmə qərarları › İş №3(051)-244/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-244/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-244/2022 10.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızı katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə xx.xx.1998-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi ilə ******* №li 25 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 23.03.2022-ci il tarixdə saat 15:50 radələrində “TOYOTA LAND CRUİSER PRADO” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, N.Nərimanov prospekti ilə “Dram teatr”-ın istiqamətində hərəkət edirdi. Həmin vaxt avtomobili 40-50 km/saat surət ilə idarə etməyə başladı. Dairəyə çatmağına təxminən 50 metr qalmış 2 metr məsafədən yolun sağındakı ağacın arxasından azyaşlı uşaq çıxıb qəflətən qaçaraq hərəkət yoluna daxil oldu. Həmin vaxt əyləcə bassa da, maşını saxlaya bilmədi. Avtomaşınının sağ qarşı tərəfi ilə piyadanı vurdu. Maşından düşərək hadisə yerinə gələn uşağın valideynləri ilə birlikdə uşağı avtomaşına mindirib tibbi yardım göstərilməsi üçün xəstəxanaya apardı. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs Özçekiç Nurullahın qanuni nümayəndəsi Özçekiç Havizerin notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilir ki, o, barəsində protokol tərtib edilmiş Şəxs ilə barışmışdır. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 28.03.2022-ci il tarixli 184 №li rəyində göstərilir ki, Nurullah Özçekiçin məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarətlər:-təpə və ənsə nahiyyələrində yaralar qərarda göstərilən 23.03.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Toplanmış sübutlara məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması, zərərçəkmiş şəxsə yardım göstərməsi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə razılıq əldə etməsi, ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq, hesab edirəm ki, onun barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar