Məhkəmə qərarları › İş №3(051)-245/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-245/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-245/2021 25.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, müəllim işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 11:30 radələrində Mingəçevir şəhərinin V.Hüseynov küçəsində yerləşən “Finance Academy” tədris kursunda karantin rejimində tədris qadağan olunmasına baxmayaraq bir qrup şagirdi bir araya yığmaqla karantin qaydalarını kobut surətdə pozmuşdur. Azərbaycan Respublikası ərazisində elan olunmuş xüsusi karantin rejim qaydalarını kobut surətdə pozmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, repititor fəaliyyəti ilə məşğul olmur. Lakin, məktəbdə dərs dediyi aşağı sinif şagirdləri online tədris sistemində test imtahanının hansı qaydada verilməsini bilmədikləri üçün onları bir araya yığmaqla bunları uşaqlara izah etmişdir. Beləliklə xx.xx.2021-ci il tarixdə, saat 11:30 radələrində göstərilən hərəkəti etməklə xüsusi karantin rejim qaydalarını pozmuşdur. Səhvini başa düşmüşdür və əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar