Məhkəmə qərarları › İş №3(051)-246/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-246/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-246/2023 10.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980–cı il tarixdə Yevlax rayonu, Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində yaşadığı ünvan 2 ünvanında səs-küy salaraq həyat yoldaşı Gülşən İsmayılovanı nalayiq ifadələrlə təhqir etmiş, həmçinin eyni hərəkətləri küçədə davam etdirərək ictimai asayişi pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz ifadəsində göstərdi ki, evə içkili vəziyyətdə gəlib və həyat yoldaşı ilə aralarında övladlarının tərbiyəsi ilə bağlımübahisə düşüb, buna görə də səsini ucaldıb. Bundan sonra həyat yoldaşı 102-yə zəng edib və onun bundan xəbəri olmayıb. Əməlindən peşmandır. Odur ki, məhkəmədən izahatında deyilənləri nəzərə alıb inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Mingəçevir ŞPŞ-nin sahə rəisi polis kapitanı X1 protokola uyğun izahat vermişdir. İşdə olan 10 mart 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli ərizəyə əsasən X2 tərəfindən verilmiş ərizədən görünür ki, əri Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evdə və binanın qarşısında ünvansız söyüşlər söyür və məni və qonşuları narahat etmişdir. Onun barəsində göstəriş verilməsini xahiş etmişdir. İşdə olan X3 haqqında Protokoldan görünür ki, Şəxs barəsində inzibati protokol tərtib olunması üçün xx.xx.2023-cü il tarixdə saat 01:00-də inzibati qaydada tutulmuşdur. İşdə olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolundan görünür ki, Şəxs barəsində yüngül dərəcəli sərxoşluq vəziyyəti rəyi verilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola, işdə materiallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab olunur və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır, sərxoş vəziyyətdə inzibati xətanın törədilməsi onun məsuliyyətini ağırlaşdırıcı haldır. Belə ki, Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdırıcı halın olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 70 (yeddi) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından həbsdən dərhal azad edilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar