Məhkəmə qərarları › İş №3(051)-247/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-247/2021

27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-247/2021 27.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, Mingəçevir şəhəri icra və probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İXM-nin 529.1- ci maddəsinin mənasından görünür ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə həmin maddə ilə inzibati protokol tərtib edilməsi istisnalıq təşkil edir. Bundan əlavə Şəxs barəsində tərtib edilmiş MN ******* № li xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola görə Şəxs Yevlax rayon polis şöbəsinin KYP-290031 №li xx.xx.2018-ci il tarixli protokol üzrə 800 manat cəriməni ödəməmişdir. Lakin Şəxs 800 manat cərimə olunması barədə qərar inzibati xəta haqqında protokola əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol Mingəçevir şəhər icra və probasiya şöbəsinə geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar