Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-247/2025 14.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5, zərərçəkmiş (tələbkar) Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Vəkil, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəçisi X1 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Günəşli bağ massivi Araz küçəsi, ev 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X9 izahat verərək bildirdi ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra vərəqəsi üzrə icraat başlanılaraq tələbin könüllü icrası barədə bildiriş xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilsə də, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 Zərərçəkmiş şəxs verilməsi, hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin ödənilməsi təmin edilməmişdir. Borcluya icra sənədinin icrası ilə bağlı xəbərdarlıq edilmiş, barəsində axtarış elan edilmiş və sonuncu dəfə xx.xx.2025-ci il tarixdə borclu Şəxs izahatı alınmışdır. Şəxs icra sənədini icra etmə vəzifəsi və hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs icra sənədinin icrasından boyun qaçırmışdır. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 borclu Şəxs alınıb ona verilməsini tələb edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun xalası qızıdır. Aralarında bağlanmış nikah pozulmuşdur. 2022-ci il tarixdən xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 onun yanında öz istəkləri ilə qalmışdır. Uşaqlar psixoloq tərəfindən də dindirilmiş və onu istədiklərini bildirmişdir. Həmin vaxtdan bəri uşaqlara onun baxdığını, Zərərçəkmiş şəxs uşaqlarla maraqlanmadığını qeyd etmişdir. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etmir, hər çağırışda övladlarını İcra və Probasiya şöbəsinə gətirmiş və uşaqların analarına verilməsinə etiraz etmədiyini, maneə törətmədiyini bildirdi. Övladlarının anası ilə getmək istəmədiklərini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi izahat verərək bidirdi ki, şəxs məhkəmə qətnaməsini icra etməkdən yayınmır. Uşaqlar anası ilə getmək istəmirlər. Bu səbəbdən məhkəmə qətnaməsi icra edilə bilmir. Belə olduğu halda şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək Şəxsla Bakı şəhərində birgə yaşadıqları zaman Əmiraslan Mingəçevir şəhərinə qayıtmış, uşaqlara xeyli müddət özünün tək baxdığını bildirmişdir. Daha sonra o rəsmi olaraq nikahın pozulması üçün müraciət etmişdir. Bir müddət Əmiraslan uşaqları götürüb özü ilə baxmaq üçün aparmış, daha sonra baxa bilmədiyini bildirərək ona geri qaytarmışdır. Nadir hallarda Bakı şəhərinə gələrək öz uşaqları ilə görüşmüşdür. Sonuncu dəfə Şəxs onların yanına gəldikdə uşaqları bacısının yanına aparıb orada görüşəcəyini bildirmiş, lakin onları geri qaytarmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların atası Şəxs alınaraq ona verilməsi, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin borclu icra sənədini qəsdən icra etmir. Belə ki, borclu onun uşaqlarla görüşməsinə, uşaqların alınaraq ona verilməsinə maneələr yaradır və bəhanələr gətirərək uşaqları ona vermir. Uşaqlar azyaşlı olduğundan Şəxs ona qarşı mənfi fikir formalaşdırmışdır. Borclu barəsində sonuncu dəfə inzibati cərimə edildiyini bildirərək daha ağır inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların atası Şəxs alınaraq ona verilməsi, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tələbkar Zərərçəkmiş şəxs verilməsinin qət edildiyini bildirmişdir. Lakin borclu icra sənədini qəsdən icra etmir. Dəfələrlə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlsələr də Şəxs uşaqları gətirməmiş və icra məmuruna müxtəlif bəhanələr bildirmişdir. Fateh və Bahar adlı uşaqların əvvəllər anası ilə yaşadığını, lakin sonradan borclu Əmiraslanın onları özü ilə apararaq təsir altında saxladığını bildirdi. Borclu barəsində inzibati cərimə tətbiq edildiyini, lakin yenə də icra sənədini qərəzli olaraq icra etmədiyini bildirərək, onun barəsində daha ağır inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra vərəqəsi üzrə xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqlar atası Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların atası Şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi, xx.xx.2017-ci il təvəllüdlü Fateh və xx.xx.2014-cü il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs xx.xx.2023-cü il tarixdə № e204561/2023-3-16 saylı xəbərdarlıq məktubu göndərilmişdir. “Borclunun axtarılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş aktlardan görünür ki, cavabdeh Şəxs məlumatlandırılmasına baxmayaraq icra sənədini icra etməkdən yayınmış və müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasına maneələr yaratmışdır. xx.xx.2023-cü il, xx.xx.2023-cü il, tarixdə Mingəçevir şəhəri S.Vurğun adına 16 №li tam orta məktəbin psixoloqu Şəfiqə Səməd tərəfindən, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə psixoloq X6 tərəfindən Ələkbərova Bahar və Ələkbərov Fateh adlı uşaqların psixoloji vəziyyəti barədə rəy verilmişdir. Borclu Şəxs xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən izahatı alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İş materiallarından, o cümlədən icra məmurunun izahatından görünür ki, icra sənədi üzrə icraata başlama barədə qərar və tələbin dərhal icrası barədə bildiriş Şəxs tərəfindən qəbul edilməsinə, onun dərhal olaraq qərarda müəyyən edilmiş qaydada uşaqları anasına verməsinə, verməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmasına baxmayaraq icra etməmişdir. Məhkəmə iclasında icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə qanunla müəyyən olunmuş müddətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-408/2022 saylı icra vərəqəsinin icrasını təmin etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xəta törədən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə qənaətə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-247/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-247/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver