Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-248/2025 08.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsi X2 Zərərçəkmiş hüquqi şəxs: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1962-ci il tarixdə Şəki rayonu, Aydınbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Mingəçevir şəhər 11 saylı orta məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə barəsində Mingəçevir şəhər prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Vəzifəli şəxs Şəxs Zərərçəkmiş şəxs direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsini icra etməklə maddi məsul şəxs kimi öhdəsində olmayan, dövlət büdcəsindən ayrılmış vəsait hesabına alınmış, istifadəyə yararsız 20 ədəd panel tipli radiatoru 23 sentyabr 2024-cü il tarixdə və 02 ədəd qazanı 28 noyabr 2024-cü il tarixdə satmaqla dövlət büdcəsinə ümumilikdə 369.86 manat məbləğində maddi ziyan vurmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsi göstərdi ki, vəzifəli şəxs Şəxs Zərərçəkmiş şəxs direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsini icra etməklə maddi məsul şəxs kimi öhdəsində olmayan, dövlət büdcəsindən ayrılmış vəsait hesabına alınmış, istifadəyə yararsız 20 ədəd panel tipli radiatoru 23 sentyabr 2024-cü il tarixdə və 02 ədəd qazanı 28 noyabr 2024-cü il tarixdə satmaqla dövlət büdcəsinə ümumilikdə 369.86 manat məbləğində maddi ziyan vuraraq xırda talama inzibati xətasını törətmişdir. Mingəçevir şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı ilə onun barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, 2009-cu ildən 2024-cü ilədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri üzrə təhsil sektorunda mühəndis vəzifəsində işləmişdir. 04 aprel 2024-cü il tarixdən etibarən isə Zərərçəkmiş şəxs təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş tenderdə iştirak etmiş podratçı təşkilat "xxxx" MMC qalib gəldikdən sonra Nazirliklə həmin MMC arasında satınalma müqaviləsi bağlanmışdır. Daha sonra "xxxx" MMC-nin direktoru ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında "xxxx" MMC-nin işçiləri tərəfindən Zərərçəkmiş şəxsə baxış keçirilmiş və məktəbdə cari təmir işlərinin aparılması ilə əlaqədar qüsur aktı tərtib olunmuşdur. Hal-hazırda işlədiyi vəzifəyə təyin olunduqdan sonra, yəni 2024-cü ilin may ayında Zərərçəkmiş şəxsdə "xxxx" MMC-nin işçiləri tərəfindən 02 ədəd qazan, 02 ədəd 450 kvt- lıq odluq, 02 ədəd dövriyyə nasosu, 02 ədəd genişləndirmə çəni sökülmüş və həmin adları çəkilən avadanlıqların yenisi quraşdırılmışdır. Bununla bağlı qəbul aktı tərtib olunmuş və həmin aktı "xxxx" MMC-nin direktoru və Zərərçəkmiş şəxs direktoru Nümayəndə1 öz imzaları ilə təsdiq etmişdirlər. 2024-cü ilin iyul ayında isə "xxxx" MMC-nin işçiləri tərəfindən 130 ədəd müxtəlif ölçülü panel tipli radiator quraşdırılmış və sökülmüş 130 ədəd müxtəlif ölçülü panel tipli radiatorlar məktəbin həyətyanı sahəsinə qoyulmuş və orada saxlanılmışdır. Zərərçəkmiş şəxs birinci və ikinci mərtəbəsində yerləşən sanitar qovşaqlarının təmirsiz vəziyyətdə olması və sanitariya baxımından pis vəziyyətdə olması ilə əlaqədar sanitar qovşağının təmir olunmasının zəruri olmasını əsas götürərək bununla bağlı Mingəçevir şəhər Təhsil sektoruna rəsmi şəkildə dəfələrlə məktəb rəhbərliyi tərəfindən yazılı şəkildə müraciət olunmuşdur. Lakin həmin müraciətlər əsasında hər hansısa qanunamüvafiq tədbir görülməmişdir. Məktəbin sanitar qovşağının sanitariya baxımından pis vəziyyətdə olmasını əsas götürərək 2024-cü ilin may ayında məktəbdə sökülmüş, istifadəyə yararsız və məktəbdə saxlanılan iki ədəd qazan, 2024-cü ilin iyul ayında məktəbdən sökülmüş, istifadəyə yararsız və məktəbdə saxlanılan 130 ədəd panel tipli radiatorların metal emalı üçün satılaraq həmin satışdan əldə olunan vəsait hesabına məktəbin inzibati binasının birinci və ikinci mərtəbəsində yerləşən sanitar qovşaqlarına bir sıra avadanlıqların alınması ilə bağlı razılıq almaq məqsədilə 20 sentyabr 2024-cü il tarixdə tərəfindən məktəbin direktoru Nümayəndə1 yazılı şəkildə məktubla müraciət olunmuş və sonuncunun razılığı əsasında onun, Nümayəndə1, məktəbin direktor müavini Gülbəniz Kərimova və məktəbdə texniki işçi işləyən Binnət Əzizovun iştirakı ilə 20 sentyabr 2024-cü il tarixdə akt tərtib olunmuşdur. Daha sonra məktəbdən götürülmüş 02 ədəd qazan 23 sentyabr 2024-cü il tarixdə qaimə-faktura əsasında Mingəçevir şəhərində yerləşən “X7” QSC-yə, 130 ədəd panel tipli radiator isə 28 noyabr 2024-cü il tarixdə qaimə-faktura əsasında metal emalı üçün fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid satılmış və satılan 130 ədəd panel tipli radiatorlara görə 220 manat, 02 ədəd qazana görə 307 manat vəsait əldə olunmuşdur. Ümumilikdə əldə olunmuş 527 manat vəsait hesabına məktəbin birinci və ikinci mərtəbəsində mövcud olan sanitar qovşaqlarına bir sıra avadanlıqlar alınaraq quraşdırılmışdır. 2024-cü ilin noyabr ayında məktəbdə sökülmüş 130 ədəd istilik paneli və 02 ədəd qazanın satılması ilə bağlı Nümayəndə1 tərəfindən şifahi şəkildə Mingəçevir şəhər Təhsil sektorunun rəhbərliyinə məlumat verilmişdir. Lakin həmin malların satılması ilə bağlı sektor rəhbərliyi tərəfindən ona və Nümayəndə1 hər hansısa nöqsan tutulmamışdır. 17 yanvar 2025-ci ildə Mingəçevir şəhər Təhsil sektorunun təsərrüfat qrupunun rəhbəri X4, həmin sektorun təsərrüfat qrupunun mühəndisi X3 11 nömrəli tam orta məktəbə gələrək məktəbdə 2024-cü ilin may və iyul aylarında aparılmış təmirlə bağlı sökülmüş, istifadəyə yararsız 130 ədəd istilik panelinin və 02 ədəd qazanın məktəbdə saxlanılıb-saxlanılmamasını müəyyənləşdirməkdən ötrü baxış keçirmiş, həmin malların məktəbdə mövcud olmaması səbəbi ilə akt tərtib olunmuş və həmin aktı YOXlamaya gəlmiş Mingəçevir şəhər Təhsil sektorunun təsərrüfat qrupunun rəhbəri X4, həmin sektorun təsərrüfat qrupunun mühəndisi X3, o və məktəbin direktoru Nümayəndə1 öz imzaları ilə təsdiq etmişlər. Qeyd olunan akt tərtib olunduqdan sonra satmış olduğu 130 ədəd istilik panelindən 110 ədədini yenidən öz vəsaiti hesabına satın alaraq məktəbə gətirmişdir. Lakin 20 ədəd istilik paneli və 02 ədəd qazanın geri qaytarılması tərəfindən hal-hazırki tarixədək təmin edilməmişdir. Zərərçəkmiş şəxs aparılmış cari təmir işləri ilə əlaqədar sökülmüş 130 ədəd panel tipli radiator və 02 ədəd qazanın hansı tarixdə kim tərəfindən quraşdırılması barədə məlumatı YOXdur. Həmin mallar təxminən 20 ildən artıq olan müddətdə məktəbdə quraşdırılmış və həmin malların quraşdırılaraq məktəbin öhdəsinə verilməsi ilə əlaqədar tərtib olunmuş hər hansısa sənəd hal-hazırda məktəbdə mövcud deyil. Sökülmüş 130 ədəd panel tipli radiatorun və 02 ədəd qazanın tam xatırlamadığı tarixdə dövlət vəsaiti hesabına alınması barədə məlumatı olmuş və həmin mallar inventar mal hesab olunmadığından, yəni qeyd olunan mallar maddi-məsul şəxs kimi öhdəsində olmamış və həmin mallarla əlaqədar sərəncam vermək hüququ olmamışdır. Zərərçəkmiş şəxs birinci və ikinci mərtəbəsində mövcud olan sanitar qovşaqlarının təmirsiz vəziyyətdə olması səbəbi ilə məktəbdə aparılmış cari təmir işləri ilə əlaqədar sökülmüş və istifadəyə yararsız 130 ədəd panel tipli radiatorun və 02 ədəd qazanın metal emalı üçün satılması ilə əlaqədar məktəbin direktoru Nümayəndə1 müraciət edərək və həmin müraciəti əsasında sonuncunun razılığı ilə qeyd olunan mallar tərəfindən metal emalı üçün satılmış və əldə olunmuş ümumilikdə 527 manat vəsait hesabına məktəbin sanitar qovşaqlarında bir sıra təmir işləri aparılmışdır. Buna səbəb isə məktəbin sanitar qovşaqlarının sanitariya baxımından pis vəziyyətdə olması ilə əlaqədar Mingəçevir şəhər Təhsil sektoruna yazılı şəkildə dəfələrlə müraciət olunması və həmin müraciətlər əsasında hər hansısa tədbir görülməməsi olmuşdur. Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Zərərçəkmiş şəxsə keçirilmiş baxış zamanı məktəbin birinci və ikinci mərtəbəsində mövcud olan sanitar qovşaqlarında sanitariya-gigiyena qaydalarının pozulmasının müəyyən edilməsi səbəbi ilə həmin Mərkəz tərəfindən barəsində inzibati protokol tərtib olunmuş və həmin protokol əsasında 300 manat məbləğində inzibati cərimə növündə tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Zərərçəkmiş şəxs aparılmış cari təmir işləri ilə əlaqədar sökülmüş 130 ədəd panel tipli radiator və 02 ədəd qazanın metal emalı üçün satılması ilə əlaqədar şifahi şəkildə Mingəçevir şəhər Təhsil sektoruna məlumat verildiyindən həmin məlumatın yazılı şəkildə verilməsi zəruri hesab edilməmişdir. Bu səbəblə sektora yazılı şəkildə hər hansısa məlumat verilməmişdir. Bununla belə o, zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, nümayəndəsi ilə razılıq əldə edərək, barışmışdır. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Zərərçəkmiş şəxs təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyən Şəxs məktəbdə cari təmir işlərinin aparılması məqsədilə vəsait əldə etmək üçün maddi məsul şəxs kimi öhdəsində olmayan, 2024-cü ilin may ayında məktəbdən sökülmüş, istifadəyə yararsız və məktəbdə saxlanılan 02 ədəd qazanı, 2024-cü ilin iyul ayında məktəbdən sökülmüş, istifadəyə yararsız və məktəbdə saxlanılan 130 ədəd panel tipli radiatoru metal emalı üçün satmış, lakin sonradan 110 ədəd panel tipli radiatoru öz şəxsi vəsaiti hesabına satın alaraq radiatorların məktəbə qaytarılmasını təmin etsə də, dövlət büdcəsindən ayrılmış vəsait hesabına alınmış, ümumilikdə çəkisi 50 kq olmaqla halhazırda metal emalı üçün satış qiyməti 20 manat olan 20 ədəd panel tipli radiatoru, ümumilikdə çəkisi 714 kq olmaqla hal-hazırda metal emalı üçün satış qiyməti 349.86 manat olan 02 ədəd qazanı satmaqla dövlət büdcəsinə ümumilikdə 369.86 manat məbləğində maddi ziyan vurmuşdur. Mingəçevir şəhər Təhsil sektorunun müdiri bu faktla bağlı Mingəçevir şəhər Prokurorluğuna müraciət etmişdir. Yararsız vəziyyətdə olan invantarın silinməsi müvafiq qaydada aktlaşdırılmalıdır. Lakin Şəxs müraciətində inventarın yararsız olmasını göstərsə də, onlar gözləri ilə həmin inventarı görməmişlər ki, hansı vəziyyətdədir. Ümumiyyətlə, onlar məktəbə gəldikdə sözügedən bir yararsız inventar aşkar etməmişlər. İnventarın yararlı və ya yararsız vəziyyətdə olmasını qiymətləndirmək üçün heç bir inventar görməmişlər. Göstərilən panellər və qazanlar “X7” QSC ilə məktəbə kombi çəkilməsi ilə bağlı müqavilə bağlanıb, "xxxx" MMC-nin direktoru ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında "xxxx" MMC-nin işçiləri tərəfindən Zərərçəkmiş şəxsə baxış keçirilmiş və məktəbdə cari təmir işlərinin aparılması ilə əlaqədar qüsur aktı tərtib olunmuşdur. Sonra isə "xxxx" MMC-nin işçiləri tərəfindən 02 ədəd qazan, 02 ədəd 450 kvt-lıq odluq, 02 ədəd dövriyyə nasosu, 02 ədəd genişləndirmə çəni sökülmüş və həmin adları çəkilən avadanlıqların yenisi quraşdırılmışdır. Şəxs həmin inventarı yararsız bir metal kimi satıb məktəbdə müəyyən işləri gördüyünü göstərmişdir, lakin görülən işlərlə bağlı sənədlər YOXdur. Fakt görülmüş işlər var, lakin xərclənmiş vəsaiti təsdiq edən qaimələr YOXdur. Bununla belə Şəxs hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda təmsil etdiyi hüquqi şəxsin rəhbərliyi Şəxs şikayətçi deyildir. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdi ki, 01 mart 2022-ci ildən 03 may 2024-cü ilədək Yevlax rayonu, Salamabad kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir. 03 may 2024-cü il tarixdən etibarən isə Zərərçəkmiş şəxsin direktoru vəzifəsində işləyir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş tenderdə iştirak etmiş podratçı təşkilat "xxxx" MMC qalib gəldikdən sonra Nazirliklə həmin MMC arasında satınalma müqaviləsi bağlanmışdır. Daha sonra "xxxx" MMC-nin direktoru ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında "xxxx" MMC-nin işçiləri tərəfindən Zərərçəkmiş şəxsə baxış keçirilmiş və məktəbdə cari təmir işlərinin aparılması ilə əlaqədar qüsur aktı tərtib olunmuşdur. 2024-cü ilin may ayında Zərərçəkmiş şəxsdə "xxxx" MMC-nin işçiləri tərəfindən 02 ədəd qazan, 02 ədəd 450 kvt-lıq odluq, 02 ədəd dövriyyə nasosu, 02 ədəd genişləndirmə çəni sökülmüş və həmin adları çəkilən avadanlıqların yenisi quraşdırılmışdır. Bununla bağlı qəbul aktı tərtib olunmuş və həmin aktı sonuncu və "xxxx" MMC-nin direktoru öz imzaları ilə təsdiq etmişdirlər. Əmək məzuniyyətində olduğu 2024-cü ilin iyul ayında isə "xxxx" MMC-nin işçiləri tərəfindən 130 ədəd müxtəlif ölçülü panel tipli radiator quraşdırılmış və sökülmüş 130 ədəd müxtəlif ölçülü panel tipli radiatorlar məktəbin həyətyanı sahəsinə qoyulmuş və orada saxlanılmışdır. 2024-cü ilin sentyabr ayında Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Zərərçəkmiş şəxsə keçirilmiş baxış zamanı məktəbin birinci və ikinci mərtəbəsində mövcud olan sanitar qovşaqlarında sanitariya-gigiyena qaydalarının pozulmasının müəyyən edilməsi səbəbi ilə həmin Mərkəz tərəfindən barəsində inzibati protokol tərtib olunmuş və həmin protokol əsasında 300 manat məbləğində inzibati cərimə növündə tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məktəbin birinci və ikinci mərtəbəsində yerləşən sanitar qovşaqlarında sanitariya-gigiyena qaydalarına əməl olunmaması və yaranmış nöqsanın aradan qaldırılması ilə bağlı qanunamüvafiq qaydada tədbir görmək istədiyi üçün məktəbin sanitar qovşaqlarında cari təmir işlərinin aparılması ilə bağlı Mingəçevir şəhər Təhsil sektoruna yazılı şəkildə müraciət ünvanlamışdı. Lakin həmin müraciəti əsasında hər hansısa tədbir görülmədiyindən məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şəxs tövsiyəsi əsasında 2024-cü ilin may ayında məktəbdən sökülmüş, istifadəyə yararsız və məktəbdə saxlanılan iki ədəd qazan, 2024-cü ilin iyul ayında məktəbdən sökülmüş, istifadəyə yararsız və məktəbdə saxlanılan 130 ədəd panel tipli radiatorların metal emalı üçün satılaraq həmin satışdan əldə olunan vəsait hesabına məktəbin inzibati binasının birinci və ikinci mərtəbəsində yerləşən sanitar qovşaqlarına bir sıra avadanlıların alınması və cari təmir işlərinin aparılması ilə bağlı Şəxs 20 sentyabr 2024-cü il tarixdə yazılı şəkildə müraciət ünvanlamışdır. Həmin müraciət əsasında razılığı alınmaqla onun, Şəxs, məktəbdə uşaqlarla məktəbdənkənar və sinifdənxaric təşkilatçı vəzifəsində işləyən Gülbəniz Kərimova və məktəbin texniki işçisi Binnət Əzizovun iştirakı ilə 20 sentabr 2024-cü il tarixdə akt tərtib olunmuşdur. Aktı qeyd olunan şəxslərlə birlikdə imzaları ilə təsdiq etdikdən sonra Şəxs tərəfindən məktəbdən götürülmüş, istifadəyə yararsız 02 ədəd qazan qaimə-faktura əsasında Mingəçevir şəhərində yerləşən “X7” QSC-yə, istifadəyə yararsız 130 ədəd panel tipli radiator qaimə-faktura əsasında adını bilmədiyi fiziki şəxsə satılmış və satılan 130 ədəd panel tipli radiatorlara görə 220 manat, 02 ədəd qazana görə 307 manat vəsait əldə olunmuşdur. Ümumilikdə əldə olunmuş 527 manat vəsait hesabına məktəbin birinci və ikinci mərtəbəsində mövcud olan sanitar qovşaqlarına bir sıra avadanlıqlar, həmçinin bir ədəd giriş qapısı alınaraq quraşdırılmışdır. 2024-cü ilin noyabr ayında məktəbdə sökülmüş 130 ədəd istilik panelinin və 02 ədəd qazanın satılması ilə bağlı tərəfindən şifahi şəkildə Mingəçevir şəhər Təhsil sektorunun rəhbərliyinə məlumat verilmişdir. Lakin həmin malların satılması ilə bağlı sektor rəhbərliyi tərəfindən hər hansısa nöqsan tutulmamışdır. 17 yanvar 2025-ci ildə Mingəçevir şəhər Təhsil sektorunun təsərrüfat qrupunun rəhbəri X4, həmin sektorun təsərrüfat qrupunun mühəndisi X3 11 nömrəli tam orta məktəbə gələrək məktəbdə 2024-cü ilin may və iyul aylarında aparılmış təmirlə bağlı sökülmüş, istifadəyə yararsız 130 ədəd istilik panelinin və 02 ədəd qazanın məktəbdə saxlanılıb-saxlanılmamasını müəyyənləşdirməkdən ötrü baxış keçirmiş və həmin malların məktəbdə mövcud olmaması səbəbi ilə akt tərtib olunmuş və həmin aktı YOXlamaya gəlmiş şəxslər, o və Şəxs öz imzaları ilə təsdiq etmişdirlər. Qeyd olunan akt tərtib olunduqdan sonra Hikmət tərəfindən satılmış 130 ədəd istilik panelindən 110 ədəd istilik panelləri sonuncu tərəfindən öz vəsaiti hesabına satın alınaraq məktəbə gətirilmişdir. Lakin 20 ədəd istilik paneli və 02 ədəd qazanın geri qaytarılması hal-hazırki tarixədək təmin edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Mingəçevir şəhər prokurorluğunun xx.xx.2025ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş 13 fevral 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri 11 nömrəli tam orta məktəbin həyətyanı sahəsinə daxil olaraq irəliyə doğru hərəkət etdikdə toplu şəkildə ağ rəngli panel tipli radiatorların yığılması müşahidə edilir. Həmin radiatorları baxışda iştirak edən şəxslərin iştirakları saydıqda radiatorların sayının 110 ədəd olması müəyyən edildi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs təsərrüfat işləri üzrə direktor müavini Şəxs Zərərçəkmiş şəxs 2024-cü ilin yay aylarında panel tipli radiatorlar və 02 ədəd qazan quraşdırıldıqdan sonra binadan çıxarılmış radiatorların və qazanların istifadəyə yararsız olması səbəbi ilə, həmin radiator və qazanları metal emalı üçün sataraq əldə olunmuş vəsaitlə məktəbin sanitar qovşağının təmiri üçün xərcləmək məqsədilə 130 ədəd panel tipli radiatorların ümumilikdə 550 kq çəkiyə malik olması səbəbi ilə 220 manat və 02 ədəd qazanın ümumilikdə çəkisinin 714 kq olması səbəbi ilə isə 307 manat vəsait qarşılığında sataraq əldə olunmuş vəsaiti məktəbin sanitar qovşaqlarının təmirinə xərclədiyini bildirdi. Mingəçevir şəhər Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbə gəlmiş əməkdaşları tərəfindən 130 ədəd radiatorun və 02 ədəd qazanın məktəbdə mövcud olmaması və satılması nöqsan kimi qiymətləndirilərək bununla bağlı akt tərtib olunduğundan satmış olduğu 130 ədəd panel tipli radiatordan 110 ədəd panel tipli radiatoru öz vəsaiti hesabına satın alaraq məktəbə gətirmişdir. Lakin qalan 50 kq çəkiyə malik 20 ədəd radiatorun və 714 kq çəkiyə malik 02 ədəd qazanın məktəbə gətirilməsini təmin edə bilməmişdir. Baxış zamanı iş üçün əhəmiyyət daşıyan hər hansısa başqa bir hal aşkar olunmadı. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 25 fevral 2025-ci il tarixli, 19 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsin inzibati binasının həyətinə baxış keçirilmiş və istifadə olunaraq sökülmüş, yararsız 02 ədəd qazanın (350000 kkal/saat) yerində olmaması və 130 ədəd panel tipli radiatorlardan isə 110 ədəd panel tipli radiatorun mövcud olması müəyyən edilmişdir. Hal-hazırda 02 ədəd qazanın (350000 kkal/saat) metal emalı üçün çəkisi 714 kq olmaqla - 1 kq-nın qiyməti 49 qəpik = 349.86 manat, 110 ədəd panel tipli radiatorların metal emalı üçün ümumi çəkisi 500 kq – 1 kq qiyməti 40 qəpik = 200 manat dəyərində qiymətləndirilir. Ümumi məbləğ 549.86 manat dəyərində qiymətləndirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 31/C-25 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta təkibinin əlamətləri mövcud olduğundan sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən 370 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ərizəsindən görünür ki, Şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir, ondan heç bir şikayət və tələbləri YOXdur. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən yazılmış ərizədən görünür ki, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi isə ondan heç bir şikayət və tələblərinin olmamasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə Mingəçevir şəhər prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar üzrə başlanmış inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-248/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-248/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver