Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-249/2023 14.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi, Mingəçevir ŞPŞ-nin XÜ-nün rəis müavini X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abdullayev X5 şəxslər X10 və X1 iştirakları ilə xx.xx.1977–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə X6 və X2 qəsdən döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Mingəçevir ŞPŞ-nin XÜ-nün rəis müavini X12 məhkəmə iclası zamanı tərtib etdiyi protokola uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə xx.xx.2023-cü il tarixdə Abdullayev X8 şəhər, 20 Yanvar küçəsi, ev 8A, mənzil 45 ünvanında aralarında yaranmış mübahisə zamanı X2 döyməklə, xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə xx.xx.2023-cü il tarixdə Abdullayev X8 şəhər, 20 Yanvar küçəsi, ev 8A, mənzil 45 ünvanında aralarında yaranmış mübahisə zamanı X6 döyməklə, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz ifadəsində göstərdi ki, X9 ilə ailəlidir və onların birgə nikahdan bir azyaşlı övladları var. Həmin gün də övladını görmək üçün gedib ancaq zərərçəkmiş şəxs X6 və X3 ona övladını görməyə icazə verməyiblər. Bununla da zərərçəkmişlərlə aralarında mübahisə düşmüş və o zərərçəkmiş X4 üzünə şillə vurub. X2 isə vurmamışdır. Odur ki, məhkəmədən izahatında deyilənləri nəzərə alıb inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X10 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmişin qızı X9 ailəlidir və bir az yaşlı öv ladları var. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05 yanvar 2023-cü il tarixdə onların yaşadığı mənzilə gələrək zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir edərək onu döyüb. Bu hal dəfələrlə olub. Həmin vaxt evdə qızı da olub. Bu səbəbdən də, X10 və X3 xx.xx.2023-cü il tarixdə bu barədə şəhər polis şöbəsinə ərizə ilə müraciət edib. Hazırda Şəxs ilə barışmaq fikri yoxdur. Odur ki, məhkəmədən izahatında deyilənləri nəzərə alıb qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmişin qızı X9 ailəlidir və bir az yaşlı övladları var. Artıq bir il beş aydır ki ayrı yaşayırlar. Şəxs barışmaq məqsədi ilə zərərçəkmişin qızı X9 ilə görüşüb və aralarında telefon üstündə mübahisə düşüb. Daha sonra Şəxs 05 yanvar 2023-cü il tarixdə onların yaşadığı mənzilə gələrək qapını təpiklə vuraraq zərərçəkmiş şəxs X2 və həyat yoldaşı X6 döyüb. Abdullayev X5in baş və sinə nahiyələrinə xəsarətlər yetirib. Bu səbəbdən də, X10 və X3 xx.xx.2023-cü il tarixdə bu barədə şəhər polis şöbəsinə ərizə ilə müraciət edib. Hazırda Şəxs ilə barışmaq fikri yoxdur. Odur ki, məhkəmədən izahatında deyilənləri nəzərə alıb qərar qəbul edilməsini xahiş edir. Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi icra məmurunun izahatı, özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan xx.xx.2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-249/2023 saylı inzibati işlərə eyni vaxtda baxılması haqqında qərardadına əsasən Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-248/2023 saylı, 3(051)-249/2023 saylı inzibati işlər, 3(051)-249/2023 nömrə ilə qeydiyyata alınmışdir İşdə olan 14 mart 2023-cü il tarixli, MN seriyalı ******* saylı və 14 mart 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və PA Birliyinin xx.xx.2023-cü il tarixli, 09 saylı rəyində göstərilmişdir ki, X4 tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: sol əlində, sol diz oynağında, sol topuğunda, sol baldırında və təpə nahiyyəsində qançırlar küt əşyanın təsirindən (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilimə müddəti qərarda göstərilən müayindən xx.xx.2023cü il tarixə uyğundur, sağlamlığa zərər vurma dərəcəsi təyin olunmur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və PA Birliyinin xx.xx.2023-cü il tarixli, 09 saylı rəyində göstərilmişdir ki, X1 tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: sol dizində və sol döş vəzində qançırlar, sağ əlin 4-cü barmağının dırnaq sədəfinin dırnaq mayasından aralanması, sol əlin 5-ci barmağının dırnaq ortasına qansızma və sol döş vəzinin üstündə sıyrıq küt əşyanın təsirindən (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilimə müddəti qərarda göstərilən müayindən xx.xx.2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurma dərəcəsi təyin olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü qismən (X7 münasibətdə) təqsirli bilsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-in 157ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 14 mart 2023-cü il tarixdən saat 18:40-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-249/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-249/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver