Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-249/2025 17.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Mİngəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Tələbkar: X4 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ali təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin 2- 2(117)-1286/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 10700 manat pul Şəxs alınaraq "xxxx" MMC-yə verilməlidir. Bundan başqa Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-97/2025 saylı icra vərəqəsinə əsasən 5790 manat pul və 77.90 manat ödənilmiş dövlət rüsumu Şəxs alınaraq X5 verilməlidir. Bundan başqa Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-1092/2024 saylı, xx.xx.2024-cü il tarixli Şəxs 3850 manat əsas borc və 882,30 manat faiz borcu Zərərçəkmiş şəxs3, 5000 manat əsas borc və 145,83 manat faiz borcu Zərərçəkmiş şəxs1, 4000 manat əsas və 916,66 manat faiz borcu Zərərçəkmiş şəxs2 ödənilməsi qət edildiyi təqdirdə həmin borc məbləğləri Şəxs tərəfindən ödənilməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmişdir və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Borclunun hal-hazırda tələbkar tərəflərə ümumilikdə 25643,67 manat məbləğində borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Əliyev X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, hazırda onun icra sənədləri üzrə cəmi 25643,67 manat aliment borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Borcu ödəməkdən boyun qaçırmır. Hazırda imkanı yoxdur. Əgər ona 1 il möhlət verilərsə, o borclarını tam qaytaracaqdır. Buna görə də məhkəmədən ona vaxt verməsini xahiş edir. X1 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-97/2025 saylı icra vərəqəsinə əsasən göstərilən məbləğdə borc Şəxs alınaraq ona verilməlidir. Əks təqdirdə borclunun həbs edilməsini məhkəmədən xahiş edir. Tələbkarlar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-1092/2024 saylı, xx.xx.2024-cü il tarixli Şəxs 3850 manat əsas borc və 882,30 manat faiz borcu Zərərçəkmiş şəxs3, 5000 manat əsas borc və 145,83 manat faiz borcu Zərərçəkmiş şəxs1, 4000 manat əsas və 916,66 manat faiz borcu Zərərçəkmiş şəxs2 ödənilməsi qət edildiyi təqdirdə həmin borc məbləğləri Şəxs tərəfindən ödənilməmişdir. O, həmin borc məbləğlərinin ödənilməsini tələb edir. Əks təqdirdə borclunun həbs edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-1286/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 10700 manat pul Şəxs alınaraq "xxxx" MMC-yə verilməlidir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-97/2025 saylı icra vərəqəsinə əsasən 5790 manat pul və 77.90 manat ödənilmiş dövlət rüsumu Şəxs alınaraq X5 verilməlidir. İşdə olan Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-1092/2024 saylı, xx.xx.2024-cü il tarixli Şəxs 3850 manat əsas borc və 882,30 manat faiz borcu Zərərçəkmiş şəxs3, 5000 manat əsas borc və 145,83 manat faiz borcu Zərərçəkmiş şəxs1, 4000 manat əsas və 916,66 manat faiz borcu Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. İşdə olan İcraata başlamaq haqqında qərarların surətindən görünür ki, icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borcluya göndərilmişdir. İşdə olan tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, ərizə, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə, Şəxs əməlində yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 12:40-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-249/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-249/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver