Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-25/2024 29.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu Məhkəmə iclas katibi X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Aran Regional Şöbəsinin baş əmək müfəttişi X9 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Aran Regional Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Aran Regional Şöbəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Aran Regional Şöbəsinin nümayəndəsi X15 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə tərəflin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-25/2024 saylı qərarı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Aran Regional Şöbəsi Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-25/2024 saylı qərarından şikayət vermişdir. Bundan sonra inzibati iş baxılması üçün Şəki Apelyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 3(107)-76/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-25/2024 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Toplanmış sübutlara məcmuu halda qiymət verərək məhkəmə hesab edir ki, «Mingəçevir Təmir Tikinti-18” MMC-nin əməlində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası DİN-nin Biləsuvar RPŞ-nin xx.xx.2023-cü il tarixli № 3-1369/2-34290/23 saylı məktubundan görünür ki, Biləsuvar RPŞ-nin qəbul etdiyi qərarda adları qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələrin surəti və alınmış izahatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Aran Regional Şöbəsinə göndərilmişdir. Şəxs MMC -nin direktor vəzifəsində işləyən X5 RPŞ-nə dəvət olunaraq izahatı alınaraq bildirmişdir ki, Mingəçevir Təmir Tikinti-18 MMC onun bacısı Elnurə Mirzəyevanın adına olsa da, ona məxsusdur. Həmin MMC-2018-ci ildən fəaliyyət göstərir. Biləsuvar RPŞ-nin ərazisində yerləşən “Platina Su anbarında” təmizlik işləri görülməsi ilə bağlı "xxxx" MMC ilə onun arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən o, “Platina su anbarı”dan çıxarılacaq olan torpağı Salyan rayonu Şorsulu kəndi ərazisində yerləşən İ.Əhmədova məxsus boş əraziyə tökməli və həmin torpağı onlara məxsus olan teknikalar vasitəsi ilə yaymalıdır. Bundan başqa Mingəçevir Təmir Tikinti-18 MMC ilə 7 nəfər şəxsin arasında əmək müqaviləsi bağlanmış, digər işçilər isə sahibkarla bağlanmış müqavilələr əsasında fəaliyyət göstərir. Şəxs MMC-də işləyən X3 RPŞ-nə dəvət olunaraq izahatında göstərmişdir ki, o, tanışına məxsus “JCB” markalı ekskavatoru işlədir. xx.xx.2023-cü il tarixdən Şəxs MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində yerləşən “Platina” su anbarında lil və yararsız torpaqdan təmizlənməsi işlərində çalışır. Şəxs MMC-də işləyən X4 RPŞ-nə dəvət olunaraq izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən başlayaraq həmin MMC-də mühasib vəzifəsində əmək haqqı əsasında işləyir. X6 RPŞ-nə dəvət olunaraq izahatında göstərmişdir ki, o, Şəxs MMC-də katibə vəzifəsində işləyir. Onunla əmək müqaviləsi bağlanmış, aylıq əmək haqqı 500 manat məbləğində təşkil edir. Sığorta ilə bağlı qanuni prosedurun həyata keçirilməsindən məlumatı yoxdur. xx.xx.2023-cü il tarixdə X2 RPŞ-nə dəvət olunaraq izahatı alınmış, F.Qurbanova izahatında göstərmişdir ki, o, Biləsuvar rayonu Muğan kəndində yaşayır. Həmin “Platina” su ambarında xx.xx.2023-cü il tarixdən başlayaraq aşpaz vəzifəsində işləyir və onunla heç bir rəsmi olaraq əmək müqaviləsi bağlanmamışdır. Beləliklə iş materiallarından müəyyən olunur ki, Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən Şəxs MMC-nin direktoru X23 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi üzrə inzibati tədbir görülməsi ilə bağlı X21 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə müraciət edilmişdir. X21 Xidmətinin Mərkəzi Aran regional şöbəsində araşdırma zamanı məlum olmuşdur ki, işçilərlə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X21 Xidmətinin Mərkəzi Aran regional şöbəsində araşdırma zamanı Şəxs MMC-nin rəhbəri X12 xx.xx.2023-cü il tarixli Biləsuvar Rayon Polis Şöbəsinə verdiyi izahatında Xəzər Nağıyevin bir gün əvvəl onun yanına gələrək işləmək istədiyini və Onun X.Nağıyevlə aylıq 600 manat müqabilində razılaşdığını, həmin günün səhərisi X.Nağıyev işləmək məqsədi ilə gəldiyini qeyd etmişdir. Bundan əlavə, X17 Biləsuvar Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatında xx.xx.2023-cü il tarixdən X23 tərəfindən işə götürüldüyünü qeyd etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı əmək müqaviləsi bildirişinin Polis Şöbəsi tərəfindən izahat alınandan bir gün sonra edilməsi müəyyən olunmuşdur. X1 Biləsuvar Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2023cü il tarixli izahatında xx.xx.2023-cü il tarixdən X23 tərəfindən işə götürüldüyünü qeyd etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı əmək müqaviləsi bildirişinin sistemə izahat alınandan bir gün sonra yəni xx.xx.2023-cü il tarixdə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə X16 “Platina” su ambarında xx.xx.2023-cü il tarixdən başlayaraq aşpaz vəzifəsində işləyir və onunla heç bir rəsmi olaraq əmək müqaviləsi bağlanmamışdır. Göründüyü kimi, məhkəmə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırdıqdan, iş materiallarına baxış keçirdikdən sonra sonra, belə qənaətə gəlir ki, «Mingəçevir Təmir Tikinti-18” MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olması tam sübuta yetirilir, nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, ona görə də, «Mingəçevir Təmir Tikinti-18” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanlmış inzibati icraat üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Mingəçevir Təmir Tikinti-18” MMC-nin barəsində inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən «Mingəçevir Təmir Tikinti-18” MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halları, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu -ci maddələrini rəhbər tutaraq, məhkəmə \ Qərara aldı: «Mingəçevir Təmir Tikinti-18” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20 000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın İcrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-25/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-25/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver