Məhkəmə qərarları › İş №3(051)-255/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-255/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-255/2024 06.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X13, Qərarı barəsində şikayət verilmiş AQTA-nın X20 bölməsinin nümayəndəsi X5 iştirakları ilə X6 AQTA X20 Bölməsinin MN ******* nömrəli, 27 fevral 2024-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarından şikayətə baxaraq Müəyyənetdi: AQTA X20 Bölməsinin MN ******* nömrəli, 27 fevral 2024-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarına əsasən X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.01-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə olunumşdur. X11 AQTA X20 Bölməsinin MN ******* nömrəli, 27 fevral 2024-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AQTA X20 Bölməsinin qərarından tam olaraq narazıdır. Belə ki, sözügedən qərar tam əsassızdır. Qərarı bir neçə gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Qərardadda guya onun baytarlıq haqqında qanunun pozulmasına görə İXM-nin 289.0.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş və 500 manat cərimə olunmuşdur. Onun cərimə olunmağı qanuna müvafiq deyil. Baytarlıq haqqında qanun hansı tələbi pozulması göstərilməmişdir? O guya Osmanbəyli adlı bazarda baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə cərimə olunmuşdur. Lakin belə bir nə olmayıb nə də belə bir hadisə aşkarlanmayıb. O öz mağazasında heç bir heyvan kəsməmişdir. Mingəçevir şəhərində normalara uyğun kəsim məntəqəsi yoxdur. Bu qanunvericiliyə uyğun olan bütün hallarla sübut edə bilir. Lakin agentliyin özünündə tövsiyyə etdiyi məntəqədə ət kəsdirirlər. Lakin həmin məntəqənin laboratoriyası olmaması, saxlanc üçün şəraitin olmaması və iri soyuducuların olmamasını onlarda bilir. Öz yerləri sallaqxana deyil, satış nöqtəsidir. Ona görə də qanuna uyğun nəzərdə tutulmuş yerlərdə ət kəsilməsini təşkil etmişlər. Bir obyektə eyni maddə ilə neçə şəxsə cərimə yazıla bilər? Bir mağazaya eyni xətaya görə bir cərimə yazılmasını anladılar. Axı hansı səbəbdən digər ortaqlara da cərimə yazılmalıdır. Bu tam haqsızlıq və ədalətsizlikdi. Bundan əlavə İXM-nin 289.0.1-ci maddəsində baytarlıq haqqında qanunun tələbi hansı qaydada pozulmasını protokolu yazan şəxs sübut etməli idi. Lakin AQTA X20 Bölməsinin əməkdaşları bunu sübut etməyə və bu barədə hər hansı sübut təqdim etməyə ehtiyac bilməmişdir. O sözügedən protokolun və qərarın tərtib edilməsində iştirak etməmiş, protokol onun yanında tərtib edilməmiş və izahatın alınmamışdır. Lakin işinə məhkəmədə baxılmasını istəmişdir. Bundan əlavə məlum olur ki, onun təqsirsizliyini sübut etməyə ehtiyacı yoxdur. Bunu protokolu tərtib edən şəxslər etməlidir. Onun təqsiri isə sübut olunmamışdır. Ona görə də məhkəmədən AQTA X20 Bölməsinin onun, yəni X11 barəsində 27 fevral 2024-cü il MN №1314595 saylı inzibati xəta qərarına xitam edilməsi, işin yenidən araşdılaraq yeni qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmədə AQTA-nın X20 bölməsinin nümayəndəsi X7 bildirdi ki, sərəncamla müəyyən edilmiş yerlərdə qəssab heyvan kəsimi etməli sonra isə möhürlənməlidir. Mingəçevir şəhərində isə bunun üçün nəzərdə tutulan iki yer mövcuddur. Agentlik polis əməkdaşları ilə reyd keçirib bu zaman ətdə möhür aşkar edilməyib. Bununla da müəyyən edilmişdir ki, həmin qaydalara uyğun kəsilməmişdir. Polis protokol tərtib edib agentlik isə qərar qəbul edib. Odur ki, məhkəmədən şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəməyə heç bir sübut təqdim etməmişdir. İşə əlavə olunmuş AQTA-nın qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, fiziki şəxs X3 şəhəri, Ərəş küçəsində iribuynuzlu və xırdabuynuzlu heyvan əti kəsimi edir. Bu çıxarışla təsdiq edilir ki, qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. İşə əlavə olunmuş AQTA-nın qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, fiziki şəxs X4 şəhəri, Təbriz küçəsində iribuynuzlu və xırdabuynuzlu heyvan əti kəsimi edir. Bu çıxarışla təsdiq edilir ki, qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır. Məhkəmə iş materiallarını ətraflı araşdırıb müəyyən etdi ki, X2 adlı bazarda qanunsuz olaraq heyvan kəsimi ilə məşğul olmuşdur. Belə ki, X6 şikayət ərizəsinin və izahatının məzmunundan görünür ki, o, qəssablıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Bununla yanaşı heyvan kəsimi ilə etdiyini etiraf etmişdir. Mingəçevir şəhərində isə normalara uyğun kəsim məntəqəsi olmadığını bildirmişdir. AQTA-nın X20 bölməsinin məhkəməyə təqdim etdiyi AQTA-nın qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışların surətlərindən görünür ki, Mingəçevir şəhərində qanunla müəyyən edilmiş kəsim məntəqəsi mövcuddur. Bununla da X11 qanunla müəyyən edilmiş kəsim məntəqəsində heyvan kəsimi etmədiyini bunu digər bir yerdə etdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, izahatı dinləyib, hesab edir ki, inzibati məsuliyyətə cəlb olunmuş X6 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsinin tərkibi vardır. Odur ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilməsi barədə AQTA X20 Bölməsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 27 fevral 2024-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsinə görə 289.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldı: Barəsində inzibati tənbeh tətbiq edilmiş X6 şikayəti təmin olunmasın. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat miqdarında cərimə edilməsi barədə AQTA X20 Bölməsinin vəzifəli şəxsinin MN ******* nömrəli, 27 fevral 2024-cü il tarixli «İnzibati tənbeh vermə haqqında» qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar