Məhkəmə qərarları › İş №3(051)-255/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-255/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-255/2025 11.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Qida X2 X13 nümayəndəsi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs: X3 iştirakı ilə Azərbaycan Respublikasının Qida X2 X13 vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Qida X2 X13 vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə vəzifəli şəxs X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X9 Azərbaycan Respublikasının Qida X2 X13 vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli Tibbi arayışa əsasən X10 bütün müayinələrdən keçmiş və peşəyə yararlı olduğu müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2025-ci il tarixli Tibbi arayışa əsasən X7 bütün müayinələrdən keçmiş və peşəyə yararlı olduğu müəyyən edilmişdir. Arayışlara əsasən X5 məxsus olan “Ağ çiçəyim” ictimai iaşə müəssəsində çalışan şəxslər bütün müayinələrdən keçərək sağlam olduğu müəyyən edilmiş və onlarda hər hansı yoluxucu və ya infeksion xəstəlik aşkar edilməmişdir. Belə olan halda Azərbaycan Respublikasının Qida X2 X13 13 mart 2025-ci il tarixli qərarı əsassız hesab edilməlidir. Barəsində tətbiq edilən 800 manat cərimə onun ağır olan vəziyyətini daha da çətinləşdirir. “Ağ Çiçəyim” kafesini işlədərək ailəsini çətinliklə saxlayır. Tərəfindən “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1ci maddəsinin tələbləri qəsdən pozulmamışdır. Artıq Qanunun tələbinə əməl edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Qida X2 X13 vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində qərar çıxarılmış X9 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə etdi və təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Qida X2 X13 nümayəndəsi X4 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etmədi və göstərdi ki, ünvan 1 ünvanında fəaliyyət göstərən X5 məxsus “Ağ çiçəyim” kafesində temperaturun monitorinqi və qeydiyyatı aparılmadığına, dezinfeksiya işlərinə dair müqavilə və akt təqdim olunmadığına, işçilərin tibbi müayinə sənədləri təqdim olunmadığına görə vəzifəli şəxs X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.5-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Qida X2 X13 Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə xx.xx.2025-ci il tarixli MARB-YP-039 nömrəli qərarından göründüyü kimi X6 məxsus "Ağ çiçəyim” kafesində qida məhsulları ilə təmasda olan 2 nəfər şəxsin (X11, X8) işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində məcburi tibbi müayinədən keçməsi barədə tibbi arayışı yoxlamaya təqdim edilməmişdir. Bununla da, sahibkar tərəfindən “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin qərara əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən X5 məxsus “Ağ çiçəyim” kafesində qida məhsulları ilə təmasda olan şəxslər işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində məcburi tibbi müayinədən keçmədiyi üçün işdən kənarlaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Qida X2 X13 Yoxlamanın nəticələri üzrə xx.xx.2025-ci il tarixli MARB-YP- 039 nömrəli qərarına əsasən inzibati xəta əlamətləri aşkar edildiyi üçün inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi təmin edilməsi qərara alınmışdır. xx.xx.2025ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs Jalə Fərzəliyeva Azərbaycan Respublikası İXM-in 220.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, barəsində qərar çıxarılmış X3 şikayəti əsassızdır. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin izahatlarını, həmçinin digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, inzibati xəta haqqında qərar isə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən X5 məxsus “Ağ çiçəyim” kafesində temperaturun monitorinqi və qeydiyyatı aparılmadığı, dezinfeksiya işlərinə dair müqavilə və akt təqdim olunmadığı, işçilərin tibbi müayinə sənədləri təqdim olunmadığı müəyyən edilmiş, vəzifəli şəxs X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.5-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Qida X2 X13 Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə xx.xx.2025-ci il tarixli MARB-YP-039 nömrəli qərarından görünür ki, X6 məxsus "Ağ çiçəyim” kafesində qida məhsulları ilə təmasda olan 2 nəfər şəxsin (X11, X8) işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində məcburi tibbi müayinədən keçməsi barədə tibbi arayışı yoxlamaya təqdim edilməmişdir. Bununla da, sahibkar tərəfindən “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin qərara əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən X5 məxsus “Ağ çiçəyim” kafesində qida məhsulları ilə təmasda olan şəxslər işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində məcburi tibbi müayinədən keçmədiyi üçün işdən kənarlaşdırılması qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X9 Azərbaycan Respublikası İXM-in 220.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Qida X2 X13 yoxlamanın nəticələri üzrə xx.xx.2025-ci il tarixli MARB-YP-039 nömrəli qərarından görünür ki, ictimai iaşə müəssisəsində temperaturun monitorinqi və qeydiyyatının aparılması təmin edilmir. Belə ki, temperaturun monitorinqi və qeydiyyatı jurnalı yoxlamaya təqdim edilməmişdir. İctimai iaşə müəssisəsində əllərin yuyulması üçün müvafiq qaydada yerləşdirilmiş əl yuma çanaqları gigiyena tələblərinə cavab verən birdəfəlik qurutma vasitələri ilə təmin edilməmişdir. Yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanılması üçün xüsusi yerlər və ya dolablar təşkil edilməmişdir. İctimai iaşə müəssisəsinin mətbəx sahəsində döşəmə səthləri hamar və təmirli deyildir, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materialla üzlənməmişdir. Qida məhsullarının emalı sahələrində səthlər (avadanlıqların səthləri də daxil olmaqla), xüsusilə də qida ilə təmasda olan səthlər təmirli, asan təmizlənməni və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə deyildir. İctimai iaşə müəssisəsində dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılmır. Belə ki, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasına dair müqavilə yoxlamaya təqdim edilmədi. İctimai iaşə müəssisəsində çalışan işçilər gigiyena qaydalarına ciddi diqqət yetirmir, təmiz, münasib xüsusi geyimlə (saç toru və ya örtüyü, xalat, önlük, əlcək) və fərdi mühafizə vasitələri (əlcək, maska, respirator, eynək) ilə təmin edilməmişdir. İş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablara toplanıb kənarlaşdırılmır. İctimai iaşə müəssisəsində qida məhsulları ilə təmasda olan 2 nəfər şəxsin (X10, X7) işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində məcburi tibbi müayinədən keçməsi barədə tibbi arayışı yoxlamaya təqdim edilməmişdir. İctimai iaşə müəssisəsində qida məhsulları ilə təmasda olan işçilər gigiyenik təlimlərə cəlb olunmamışdır. İctimai iaşə müəssisəsi izləmə sistemləri və prosedurları ilə təmin edilməmişdir. İnzibati xəta əlamətləri aşkar edildiyi üçün inzibati xəta haqqında işə dair zəruri tədbirlərin görülməsi təmin edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli Tibbi arayışlara əsasən X10 və X7 tibbi müayinələrdən keçmiş və peşəyə yararlı olduqları müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, vəzifəli şəxs X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3 və 220.5-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikasının Qida X2 X13 vəzifəli şəxsi tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Barəsində qərar çıxarılmış X9 tərəfindən “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinin tələbləri qəsdən pozulmadığını bildirsə də, şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. X9 barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətçinin isə təqdim etdiyi tibbi arayışlar xx.xx.2025-ci il tarixdə verilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinə əsasən qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalıdırlar. 22.2. Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, habelə müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılması qadağandır. Göründüyü kimi Qanunla qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşlarının ilkin və dövri tibbi müayinələrdən keçirilməli, habelə gigiyenik təlimlərə cəlb olunmalı olmaları, qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş əməkdaşların buraxılmasının qadağan olması müəyyən edilmişdir. Belə olan halda qərarı barəsində şikayət edilmiş vəzifəli şəxs barəsində qərar çıxarılmış şəxsin əməlində inzibati xəta tərkibinin olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Qida X2 X13 vəzifəli şəxsi tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.5-ci maddəsi ilə təqsirli bilinib 800 manat məbləğində inzibati cərimə edilməsinə dair xx.xx.2025–ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Qida X2 X13 vəzifəli şəxsinin, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.5-ci maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair xx.xx.2025–ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlansın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar