Məhkəmə qərarları › İş №3(051)-256/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-256/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-256/2024 17.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Qərarı barəsində şikayət verilmiş AQTA-nın X12 bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi X4 və təsərrüfat sektorunun məsləhətçisi X2 iştirakları ilə, X5 AQTA X12 X10 haqqında 28 fevral 2024-cü il MN № ******* saylı qərarından şikayətinə baxaraq M ü ə y y ə n e t d i m: X8 AQTA X12 X10 haqqında 28 fevral 2024-cü il MN № ******* saylı qərarından şikayət vermişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X8 şikayətini belə əsaslandırmışdır ki, AQTA X12 Bölməsinin qərarından tam olaraq narazıdır. Belə ki, sözügedən qərar tam əsassızdır. Qərarı bir neçə gün əvvəl yəni xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Qərardadda guya onun baytarlıq haqqında qanunun pozulmasına görə İXMnin 289.0.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş və 500 manat cərimə olunmuşdur. Onun cərimə olunmağı qanuna müvafiq deyil. Baytarlıq haqqında qanun hansı tələbi pozulması göstərilməmişdir. O, guya Osmanbəyli adlı bazarda baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə cərimə olunmuşdur. Lakin nə belə bir hal olmayıb nə də belə bir hadisə aşkarlanmayıb. O, öz mağazasında heç bir heyvan kəsməmişdir. Mingəçevir Şəhərində normalara uyğun kəsim məntəqəsi yoxdur. Bunu qanunvericiliyə uyğun olan bütün hallarla sübut edə bilmir. Lakin agentliyin özünündə tövsiyyə etdiyi məntəqədə ət kəsdirirlər. Lakin həmin məntəqənin labaratoriyasının olmaması, saxlanc üçün şəraitin olmaması və iri soyuducuların olmamasını onlaarda bilir. Öz yerləri sallaqxana deyil satış nöqtəsidir. Ona görə də qanuna uyğun nəzərdə tutulmuş yerlərdə ət kəsilməsini təşkil etmişlər. Bundan əlavə İXM-nin 289.0.1-ci maddəsində baytarlıq haqqında qanunun tələbi hansı qaydada pozulmasını protokolu yazan şəxs sübut etməli idi. Lakin AQTA X12 Bölməsinin əməkdaşları bunu sübut etməyə və bu barədə hər hansı sübut təqdim etməyə ehtiyac bilməmişdir. Ona görə də AQTA X12 X10 haqqında 28 fevral 2024-cü il MN № ******* saylı qərarının ləğv edilməsini xahiş edir. Qərarı barəsində şikayət verilmiş AQTA-nın X12 bölməsinin təsərrüfat sektorunun məsləhətçisi X3, məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsi X8 barəsində xx.xx.2024-cü il tarixdə protokol tərtib etmiş və onlar bu protokol əsasında onlar X6 bildiriş göndərərək qeyd olunan pozuntunun aradan qaldırılması göstərilmişdir. Azəraycan Respublikası Prezidentinin sərəncamına əsasən kəsim məntəqələrinin xüsusi yerlərdə yaradılması nəzərdə tutulmuşdur ki, qeyd olunan ət məhsullarının həmin müəyyən olunmuş kəsim məntəqələrində kəsilməsi nəzərdə tutulmuşdur. X16 bu qaydalara əməl etmədiyi üçün X8 barəsində AQTA X12 Bölməsi 28 fevral 2024-cü il MN № ******* saylı X13 haqqında qərar qəbul edərək 500 manat məbəğində cərimə edilmişdir. Hesab edirlər ki, qərar əsaslı qəbul edilmişdir. Ona görə də AQTA X12 X10 haqqında 28 fevral 2024-cü il MN № ******* saylı qərarının qüvvədə saxlanılmasını xahiş edir. Qərarı barəsində şikayət verilmiş AQTA-nın X12 bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun baş məsləhətçisi X9 da eyni məzmunlu izahat verərək qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Barəsində qərar qəbul edilmiş şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir Məhkəmə barəsində qərar qəbul edilmiş şəxs X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Mingəçevir şəhər Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş 27 yanvar tarixli, ******* saylı protokoldan görünür ki, X8 “Osmanbəyli” bazarda qanunsuz olaraq heyvan kəsimi ilə məşğul olduğu üçün onun barəsində MN № ******* saylı protokol tərtib edilmişdir. İş materiallarında olan AQTA-nın X12 Bölməsinin 28 fevral 2024-cü il tarixli MN ******* nömrəli X13 haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsində nəzərdə tutulumuş inzibati xətanı törətdiyinə görə 500 manat məbləğində inzibati cərimə olunmuşdur. İşdə olan AQTA-nın X12 X1 ünvanladığı 14 fevral 2024-cü il tarixli inzibati xəta haqqında işlər üzrə bildirişdən görünür ki, onun barəsində protokol tərtib edilərək AQTAnın X12 Bölməsinə göndərilməsi zərurəti ilə əlaqədar olaraq AQTA-nın X12 Bölməsinə dəvət olunmuşdur. İşdə olan AQTA-nın X12 Bölməsinin 28 fevral 2024-cü il tarixli 3-44-9/2-2-276/2024 nömrəli məktubdan görünür ki, yol verilən qanun pozuntularına görə 27 fevral 2024-cü il tarixli MN ******* nömrəli X13 haqqında qərar üzrə barəsində 500 manat məbləğində inzibati cərimə olunması qeyd olunmuşdur. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət qismən təmin olunmalı, X5 Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsinə əsasən 500 manat cərimə edilməsi barədə AQTA X12 X10 haqqında 28 fevral 2024-cü il MN № ******* saylı qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün həmin orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X13 haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, 100.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsi haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməli olduğu halda, 27 yanvar tarixli, ******* saylı protokoldan görünür ki, vətəndaşın fərdi identifikasiya nömrəsi öz əksini tapmamış, eyni zamanda şəxsin 28 fevral 2024-cü il tarixli MN ******* nömrəli X13 haqqında qərara əsasən inzibati məsuliyyətə vəzifəli şəxs kimi cəlb edilməsinə baxmayaraq, vətəndaşın sözügedən protokolda inzibati məsuliyyətə vəzifəli şəxs kimi cəlb edilməsi ilə bağlı məlumat əks olunmamışdır. İXM-in 100.1.4-cü maddəsinə görə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Lakin, 27 yanvar tarixli, ******* saylı protokoldan görünür ki, inzibati xətanın törədildiyi yer “Osmanbəyli” bazarı göstərilsə də, bazarın dəqiq ünvanı, eyni zamanda inzibati xətanın törədildiyi tarix göstərilməmişdir. Beləliklə, inzibati xəta haqqında protokolun İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İXM-in 289.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilməsi haqqında AQTA X12 X10 haqqında 28 fevral 2024-cü il MN № ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün AQTA X12 Bölməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş) manat məbləğində inzibati cərimə edilməsinə dair AQTA X12 Bölməsinin “X13 haqqında” xx.xx.2024-cü il tarixli MN ******* saylı X13 haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar