Məhkəmə qərarları › İş №3(051)-257/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-257/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-257/2021 29.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: X2 Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1998-ci il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 A ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə X3 yaşadığı, Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən, fərdi yaşayış evinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 15 gün bundan əvvəl yaşadığı ünvan 2 ünvanından Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan rəfiqəsi X1 yaşadığı evə qonaq gəlmişdir. O, Leyla Cahangirovanın evində qonaq olan zaman həmin yerdə yaşayan X6 ilə tanış olmuşdur. Onun ilk öncə Nuranə Babayeva ilə münasibətləri normal olmuşdur. xx.xx.2021 -ci il tarixdə Əsmər Babayevanın bacısı Nuranə Babayeva ilə Leyla Cahangirova arasında borc məsələsi ilə bağlı mübahisə yaranmışdır. Bu mübahisə zamanı o, həmin şəxsləri sakitləşdirmək istəyən zaman Nuranə Babayeva onu təhqir etməyə başlamışdır. O da bu səbəbə görə Nuranə Babayevanın baş nahiyyəsinə iki dəfə yurmuqla zərbə vuraraq onu döymüşdür. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o, X4 ilə qonşudur. X8 ilə əvvəllər münasibətləri normal olmuşdur. 2020-ci ilin sentyabr ayında o, Leyla Cahangirovaya zamin duraraq 1000 manat dəyərində qızıl dəst alıb vermişdir. Leyla Cahangirova isə həmin qızıl dəstinin pulunun 100 manatını verməsinə baxmayaraq 900 manat borcu qalmışdır. X5 qeyri-rəsmi yaşadığı Rüstəm adlı şəxs Leyla Cahangirovaya həmin 900 manat pulu verməməyini söylədiyi üçün o, xx.xx.2021-ci il tarixdə yaşadıqları Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən fərdi həyət evlərinin yaxınlığında Leyla Cahangirovadan həmin 900 manat pulu verməsini tələb etmişdir. Leyla Cahangirova isə həmin 900 manat pulu hissə-hissə verəcəyini ona bildirən zaman Leyla Canahgirovanın Bakı şəhərində yaşayan və təxminən 2 ay bundan əvvəl Leyla Cahangirovanın yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən evinə qonaq gələn Şəxs onların bu söhbətlərinə qarışaraq onunla sözlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Şəxs onun baş nahiyyəsinə bir neçə dəfə yumruqla vuraraq onu döymüşdür. O görə də o, DİN-in 102 xidmətinə və Mingəçevir ŞPŞ-yə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan xx.xx.2021-ci il tarixli, 04 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər- alın nahiyyəsində şişkinlik fonunda qançır, burnunda qançırlar küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində X3 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşmanlıq keçirməsini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar