Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-258/2021 29.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Zərər çəkmiş şəxs X2 və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru X4 iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olub, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Mingəçevir şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1355/2020 saylı qətnaməsinə əsasən Şəxs 1600 manat məbləğdə pul alınıb tələbkar X3 verilməsi qət edilmişdir. Mustafayev X1 şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(051)-1355/2020 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Şəxs 1600 manat məbləğdə pul alınıb X3 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin Şəxs qətnaməsini lazımi qaydada icra etməmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən, 1600 manat məbləğdə pulu ödəyə bilməmişdir. Lakin maddi imkanı olarsa ilk növbədə zərər çəkmişə olan borcunu ödəyəcəkdir. Məhkəmə iclasında zərər çəkmiş X5 verdiyi izahatında göstərmiş dir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli icra sənədi ilə Şəxs 1600 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Şəxs maddi imkanı olmasına baxmayaraq ona olan borcunu qərəzli olaraq ödəmək istəmir. Ona görə də Şəxs barəsində qanuna müvafiq cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X6 izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs zərər çəkmiş şəxsə ödəməli olduğu 1600 manat məbləğdə pulun ödənilməsindən yayınmışdır. Qalıq borcun ödənilməsini tələb etmək üçün dəfələrlə Şəxs rəsmi məktub göndərmiş, izahatları alınmış, şifahi qaydada qanunun tələbləri izah olunaraq, əmlakların dəyərini vaxtında və tam ödəmək vəzifəsi xatırlanmışdır. Lakin, Şəxs qalıq borcunu lazımi qaydada ödəməmişdir. Şəxs, zərər çəkmiş şəxsin və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs qətnamə ilə ona təyin olunmuş borcu vaxtında ödəməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən, inzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №3(051)-258/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-258/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver