Məhkəmə qərarları › İş №3(051)-258/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-258/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-258/2024 18.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X13 şöbəsinin nümayəndəsi X6, hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X13 şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* saylı xx.xx.2024-cu il tarixli inzibati xəta haqqında protokola əsasən, Cəmiyyət işçilər X8 və digərlərinin əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin tələblərinə əməl olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X13 şöbəsinin icrası məcburi olan xx.xx.2024-cü il tarixli Göstərişini icra etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X13 şöbəsinin nümayəndəsi X6 izahatında bildirdi ki, hüquqi şəxs Şəxs MMC—nin işçiləri X8 və digərləri əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinə müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən həmin müraciət baxılması üçün X10 Xidməti X13 şöbəsinə göndərilmişdir. Qeyd olunan müraciət araşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşidirlmiş eketron informasiya sisteminə baxış keçirilərkən Cəmiyyətin sabit direktoru X3 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş və xx.xx.2024-cü il tarixdə Cəmiyyətin yeni direktoru X9 olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də Cəmiyyətin keçmiş direktoru X7 tərəfindən törədilmiş nöqsanı aradan qaldırılması üçün, vətəndaşların əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsi, operativ tədbirlər görülməsi ilə bağlı Cəmiyyətə xx.xx.2024-cü il tarixdə icrası məcburi olan göstəriş göndərilmiş və həmin tədbirlərin nəticəsi barəsində X10 Xidməti X13 şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. Lakin sözügedən göstəriş Cəmiyyət tərəfindən icra edilməmişdir. Ona görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-nin direktoru X9 izahatında bildirdi ki, o, Şəxs MMC direktor vəzifəsinə yeni təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X13 tərəfindən Şəxs MMC-ə xx.xx.2024-cü il tarixli, 3-17-5/2-6940/2024 saylı icrası məcburi olan göstəriş göndərilmişdir. Həmin göstəriş Cəmiyyət tərəfindən icra olunmamışdır. Belə ki, Cəmiyyətin işçiləri X8 və digərləri o, işə götürməmişdir və həmin şəxslər barəsində heç bir məlumatı yoxdur. Sözü gedən işçiləriin əmək və məzuniyyət haqlarının ödənilməməsi ilə onun yox, keçmiş direktorun günahıdır. Odur ki, qanun çərçivəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada təhbeh edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 1-1-23/2-Kol-72-060/2024 nömrəli Azərbaycan Respublikası Prezidentinin X1 ilə iş şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X5 və digərlərinin tərəfindən Azərbaycan Respublikası Prezidentinin ünvanına daxil olmuş müraciət baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. X2 və digərlərinin Şəxs MMC-dən əmək haqlarının ala bilməməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ünvanına daxil olmuş kollektiv müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 X13 şöbəsində baxıldığı göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X13 şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-yə göndərdiyi xx.xx.2024-cü il tarixli Göstərişdə X2 və digərlərinin son haqq-hesablarının 10 (on) iş günü müddətində ödənilməsi cəmiyyətdən tələb edilmiş, əks halda hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyinə dair xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, X10 X13 şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC DƏMX-in X13 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-17- 5/2-6940/2024 saylı nömrəli icrası məcburi olan göstərişini icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 539.1-1. Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə –vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, vətəndaş X8 və digərləri Azərbaycan Respublikası Prezidentinə müraciət edərək, əmək müqaviləsinə hüquqi şəxs Şəxs MMC tərəfindən xitam verildiyi halda son haqq-hesablarının ödənilmədiyini bildirmiş, araşdırma zamanı həmin fakt təsdiqini tapdığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X13 şöbəsinə tərəfindən hüquqi şəxs ŞəxsMMC-yə xx.xx.2024-cü il tarixli 3-17-5/2-6940/2024 saylı Göstəriş göndərərək X2 və digərlərinin son haqq-hesablarının 10 (on) iş günü müddətində ödənilməsi cəmiyyətdən tələb edilmiş, əks halda hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyinə dair xəbərdarlıq etmiş, lakin Cəmiyyət işçilər X8 və digərlərinin əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin tələblərinə əməl olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X13 şöbəsinin icrası məcburi olan xx.xx.2024-cü il tarixli Göstərişini icra etməmişdir. Hüquqi şəxs ŞəxsMMC-in direktoru X9 Cəmiyyətin yeni direktoru təyin olunması, sözügedən işçilərin əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsi ilə bağlı onun yox, keçmiş direktoru İ.Məmmədov tərəfindən icra olunmalı idi. Ona görə işçilərin son haqq-hesablarının ödənilməsinin mümkün olmadığı kimi izahatında göstərdikləri ilə bağlı məhkəmə qeyd edir ki, bu məsələnin işçilərə əmək haqqının verilməsi müddətlərinə aidiyyəti yoxdur, belə ki, qanunda işdən çıxarkən işçiyə düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün verilməsi təsbit edilmişdir (Əmək Məcəlləsi 172-ci maddə 4cü bənd). Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Şəxs MMC-yə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar