Məhkəmə qərarları › İş №3(051)-259/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-259/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-259/2021 09.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X3, İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə, xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər məhkəməsinin 2(051)-248/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 4083.02 manat borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Yaşar qızı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-248/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 4083.02 manat alınıb tələbkar “xxxx” ASC verilməlidir. O, icra sənədini icra etməkdən boyun qaçırmır. Lakin maddi imkanı olmadığına görə borcunu bir dəfədə ödəyə bilmir. Daimi iş yeri yoxdur. Elə bir əmlakı da yoxdur ki, satıb borcunu ödəsin. Ancaq bu vaxta qədər borcundan 2185 manat ödəmiş, qalan borcu da ödəyəcəkdir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-248/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 4083.02 manat alınıb tələbkar “xxxx” ASC verilməlidir. Lakin Şəxs borcu tam ödəmədiyi üçün onun 4083.02 manat borcu yaranmışdır. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda ona məlum oldu ki, Şəxs həmin borcdan 2185 manat ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcunu maddi imkanı olmadığına görə tam ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində 4083.02 manat borc ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 4083.02 manat borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar