Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-259/2024 09.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Paşayev Nemət Şirkət oğlu BDYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 tərəfindən verilmiş şikayətə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 BDYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-990/2024 saylı qərardadına əsasən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş BDYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2022-ci il tarixdə, saat 10:47-də Behramtepe yolunun 151.2-ci kilometrliyində Mingəçevir istiqamətində idarə etdiyi “Peugeot 405 minik” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmaqla Azərbaycan Respublikası İXM-in 328.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-990/2024 saylı qərardadı onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verildiyindən və ehtimal olunan inzibati xəta Mingəçevir şəhəri ərazisində baş verdiyindən, barəsində qərar çıxarılmış şəxs tərəfindən şikayətə qeydiyyatda olduğu yerin məhkəməsində baxılmasına dair vəsatət daxil olmadığından inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, işin baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarında göstərmişdir ki, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi Mingəçevir istiqamətində Behramtepe yolunun 151.2-ci kilometrliyində baş verdiyi göstərlimişdir. Hadisənin baş verdiyi yer kimi Mingəçevir istiqaməti qeyd edilsə də, inzibahi xəta hadisəsinin törədildiyi yer Mingəçevir şəhərinin ərazi hüdudları daxilində deyildir. Belə ki, təqdim edilmiş fotoşəkilə əsasən, inzibati xəta hadisəsini qeydə alan 0X0003İB73 nömrəli kamera Yevlax rayonu, Tanrıqulular kənd ərazisində quraşdırılmışdır. Ona görə də inzibati xəta hadisəsi Yevlax rayonunun ərazi hüdudları daxilində törədilmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 BDYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxılması Mingəçevir Şəhər Məhkəməsinə səlahiyyətinə aid deyildir. Məhkəmələr arasında fikir ayrılığı yarandığından, aidiyyət məsələsi Apellyasiya məhkəməsi tərəfindən həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, BDYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 tərəfindən verilmiş şikayətə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsindən daxil olmuş materialın aidiyyət məsələsinin həll edilməsi məqsədilə iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ qanunda nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə, QƏRARA ALDİ: BDYPİ-nin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 tərəfindən verilmiş şikayətlə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli edilməsi üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-259/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-259/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver