Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-259/2025 04.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə tələbkar: X2 İcra sənədi üzrə borclu: : Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri Təbriz küçəsi döngə 1, ev 21A-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1885/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1885/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi ilə cavabdeh Şəxs 3000 manat məbləğində pul alınıb iddiaçı X3 verilməsi və ödənilmiş dövlət rüsumu cavabdehə aid edələrək cavabdeh Şəxs ödənilmiş dövlət rüsumunun əvvəzi olaraq 50 manat məbləğində pul alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Borclunun mülkiyyətində olan əmlaklara baxılmış m və ona məxsus olan bir avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin borclu həmin avtomobili onlara təqdim edə bilmir. Çünki həmin avtomobili rəsmi deyil, qeyri-rəsmi formada etibarnamə vermə yolu ilə digər şəxsə satmışdır. Bundan başqa borclunun əmək haqqından tutmalar edilir. Borclu əmək haqqısından tutulmalar edilməklə borcdan 1050 manat ödəniş etmiş və cəmi 2000 manat borcu qalmışdır. Məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X4 izahatında göstərdi ki, borclunun mülkiyyətində 1 deyil, 5 avtomobil vardır. O bu səbəbdən hesab edir ki, borclu borcunu ödəyə bilmək iqtidarındadır. Məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1885/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi ilə ondan 3000 manat məbləğində pul alınıb iddiaçı X3 verilməsi və ödənilmiş dövlət rüsumu cavabdehə aid edələrək ondan ödənilmiş dövlət rüsumunun əvvəzi olaraq 50 manat məbləğində pul alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Qeyd olunan avtomobili 2023-cü ildə etibarnamə vermə yolu ilə bir qaziyə satmışdır. 2024-cü ildə həmin şəxsə yenə etibarnamə vermişdir. Lakin ona söyləmişdir ki, onun məhkəmədə işi var. Ona görə də avtomobili vaxtında öz adına keçirtsin. Lakin o bunu etməmiş və həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. İndiyə kimi borcunun 1/3 hissəsini ödəmişdir. Bundan sonra da ödəyəcəkdir. Hər ay maaşından 175 manat pul tuturlar. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1885/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 3000 manat məbləğində pul alınıb iddiaçı X3 verilməsi və ödənilmiş dövlət rüsumu cavabdehə aid edələrək cavabdeh Şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Məhkəmənin yerində baxışı zamanı müəyyən edildi ki, borclu borcunu ödməkdən yayınmır. Əksinə bu müddət ərzində borcundan 1050 manat ödəniş etmiş və borcunu 2000 manata endirmişdir. Beləliklə, icra məmurunun, borclunun və tələbkarın izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun, icra məmurunun və tələbkarın izahatları və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, məhkəmə araşdırması müəyyən edilmişdir ki, borclu işləyir və əmək haqqısından hər ay müəəyən məbləğ borcun ödənilməsi məqdəsilə tutulur, eyni zamanda şəxsin mülkiyyətində avtomobil mövcuddur və həmin avtomoilin üzərinə həbs qoyulmuşdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzürsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-259/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-259/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver