Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-26/2024 07.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X5 nümayəndəsi və müdafiəçisi X3 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran Regioan Şöbəsinin nümayəndəsi X7 iştirakı ilə, Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X19 Xidmətinin Mərkəzi X22 vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X19 Xidmətinin Mərkəzi X22 vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X12 Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X19 Xidmətinin Mərkəzi X22 vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Barəsində qərar çıxarılmış X5 nümayəndəsi və vəkili X10 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə etdi, əsasən şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs 01 aprel 2023-cü il tarixdən X29 Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektorunun R.Muradov adına Texniki-Humanitar Liseyin direktoru vəzifəsində işləyir. Rəhbərlik etdiyi liseydə dərnək rəhbəri işləyən X2 Əmək Müfəttişliyi Xidmətinə ərizə ilə müraciət edərək, Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənovanın qərəzli olaraq ona 2023-2024-cü tədris ili üçün 6 saat dərs verdiyini, halbuki o, 12 dərs saatı verilməsi barədə ona müraciət etdiyini göstərmişdir. 2000-ci ildən dərnək rəhbəri işləyən X8 ərizəsində göstərdiyi kimi 2023-2024-cü tədris ili üçün 6 saat deyil, onun - Texniki-Humanitar Liseyin direktorunun 27 sentyabr 2023-cü il tarixli 51 №-li əmri ilə “Bacarıqlı əllər” dərnəyi üçün 13.5 saat (V-Vİ siniflər) verilmişdir. O cümlədən digər dərnəklər üçün aşağıdakı saatlar müəyyən edilmişdir: - “Məntiq” - X20 - 13.5 saat - V-Vİİ siniflər; - “Tarix” - X25 - 4 saat - Vİİİ-İX siniflər; - “Kimya” - X16 - 4.5 saat - Vİİ-Vİİİ siniflər. Dərnək rəhbəri X13 ərizəsində bu ilki dərs ili, yəni 2023-2024-cü dərs ili üçün müraciət eldiyi halda, DƏMX-nin X29 Şöbəsi ötən ilki, yəni 2022-2023-cü dərs ili üçün dərnək məşğələ saatının az olmasını və müvafiq olaraq əmək haqqının azalmasını inzibati xəta hesab edərək şöbənin baş əmək müfəttişi X17 tərəfindən Nailə Məmmədova barəsində İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyinə dair 17 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib etmişdir. Halbuki, ötən ilki 2022-2023-cü tədris ilində dərnək rəhbəri Cəmilə Məmmədova ilə liseyin direktorluğu arasında dərnək məşğələ saatları mübahisələndirilməmiş, tədris ili müddətində Cəmilə Məmmədova direktora və ya Təhsil Sektoruna məşğələ saatlarının miqdarı barədə müraciət və narazılıq etməmişdir. Dərs saatına uyğun da o, əmək haqqı almışdır. Bundan sonra həmin protokol əsasında DƏMX-nin Mərkəzi X22 rəisi X27 təmsil etdiyi şəxs barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2023-cii il tarixli MN seriyalı ******* nömrəli qərar tərtib edərək İXM-in 192.4-cü maddəsinə əsasən ona 700 manat cərimə tətbiq etmişdir. Qərara görə guya təmsil etdiyi şəxs, əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol vermişdir. Qərarla razılaşmır, qərar tamamilə əsassız və qanunsuzdur. Təmsil etdiyi şəxs, direktor kimi X32nın əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində hər hansı səhvə, qanun pozuntusuna yol verməmişdir. Belə ki, ötən tədris ilində, yəni 2022-2023-cü tədris ili ərəfəsində xx.xx.2022-ci il tarixdə X23 keçirilmiş və gündəlik məsələ 2022-2023-cü tədris ilində “Liseydə dərnəklərin təşkili haqqında" olmuşdur. Pedaqoji Şuranın qərarı ilə həftəlik dərs saatına uyğun dərnəklər təşkil edilmiş və rəhbərləri təyin edilmişlər:
1. “Gənc riyaziyyatçılar” dərnəyi - 4.5 saat - X18
2. “Kimyaçılar dərnəyi” - 6.5 saat - X16
3. “Gənc dilçilər” dərnəyi - 6 saat - X14
4. “Vətənim Azərbaycan” dərnəyi - 4 saat - X25
5. “Məntiq” dərnəyi - 9 saat - X20
6. “Bacarıqlı əllər” dərnəyi - 6 saat - X13 Pedaqoji Şuranın xx.xx.2022-ci il tarixli qərarına əsasən dərnəklərin yuxarıda göstərilən qaydada təşkili direktorun əmri ilə rəsmiləşdirilmişdir. Beləliklə, Cəmilə Məmmədova özünün də etiraz etmədiyi, razılaşdırılmış 6 saat dərnək məşğələsi keçərək ötən ilki tədris ilində 6 saata uyğun əmək və məzuniyyət haqqı almış, bunu il boyu mübahisələndirməmiş və onun əmək və məzuniyyət haqqının hesablanmasında və ödənilməsində hər hansı qanun pozuntusuna yol verilməmişdir. AR İXM-in 192.4-cümaddəsinin dispozisiya şərtləri işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilməsindən ibarətdir. X32 da “Bacarıqlı əllər” dərnəyi üçün təsdiqlənmiş 6 saata uyğun əmək haqqı ilə təmin olunmuş, onun əmək haqqının hesablanmasında və ödənilməsində hər hansı qanun pozuntusuna yol verilməmişdir. Göründüyü kimi təmsil etdiyi şəxs barəsində tətbiq edilən İXM-in 192.4-cü maddəsinin tələbi əmək və nəzuniyyət haqlarının hesablanması və ödənilməsini təfsir etdiyi halda, DƏMX Mərkəzi X22 tərtib etdiyi inzibati xəta haqqında protokolda bu maddənin dispozisiyasmda nəzərdə tutulmayan "dərs saatının az olması" səbəb kimi göstərilmişdir. Əlavə olaraq protokol onun iştirakı ilə tərtib olunmamış, İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri ona izah olunmamış, sadəcə tərtib etdikdən sonra protokolu poçtla ona göndərmişlər. Ona görə də, məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Mərkəzi X22 vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X19 Xidmətinin Mərkəzi X22 nümayəndəsi məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək bildirdi ki, DƏMX-nin X29 Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan da göründüyü kimi X12 işçi X8 münasibətdə 2022- 2023-cü tədris ili üzrə AR Əmək Məcəlləsinin 12, 16 və 154-cü maddələrinin tələblərini gözləməmiş, bu isə işçinin əmək haqqı məbləğinin azaldılmasına səbəb olmuşdur. X8 2022-2023-cü tədris ilinə 6 (altı) iş saatı hesablansa da, 2023-2024-cü tədris ilində isə dərs saatı kəskin artaraq 13.5 saata yüksəlmişdir. Cari ildə iş saatlarının belə kəskin artması vətəndaşın müfəttişliyə müraciətindən sonra mümkün olmuşdur. Nəticədə, Nailə Məmmədova tərəfindən AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, işəgötürən barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və şəxs, 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar qanuni və əsaslıdır. Belə ki, iş saatlarının azalması nəticəsində işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını xahiş edir. Məhkəmə şikayətin dəlillərini, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin, barəsində qərar çıxarılmış X5 nümayəndəsinin və vəkilinin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X19 Xidmətinin Mərkəzi X22 vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Mərkəzi X22 baş məsləhətçisi-baş əmək müfəttişi X17 tərəfindən tərtib edilmiş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X12 barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Mərkəzi X22 rəisi X27 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 AR İXM-nin 192.4-cü maddəsinin törədilməsində təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin X29 Şöbəsi tərəfindən Mingəçevir şəhəri Ruslan Muradov adına X11 ünvanladığı xx.xx.2023cü il tarixli bildirişdən görünür ki, X6 Mingəçevir şəhər Texniki-Humanitar Liseyində əmək hüquqlarının pozulması barədə AR ƏƏSMN yanında DƏMX-nə etdiyi müraciətinə baxılması ilə əlaqədar olaraq müraciətinin araşdırılması məqsədi ilə aidiyyatı sənədlərin səlahiyyətli nümayəndənin iştirakı ilə rəsmi münasibət bildirməklə DƏMX-nin MARŞ-nə təqdim olunması xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, X13 AR ƏƏSMN yanında DƏMX-nə ona 18 dərs saatının verilməsi üçün müraciət etmişdir. İş materiallarında olan AR Elm və Təhsil Nazirliyi X29 Təhsil İdarəsi Mingəçevir Şəhər Təhsil Sektoru R.Muradov adına Texniki-Humanitar Liseyin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, liseyin direktoru MARTİ-nin Mingəçevir şəhəri üzrə Təhsil sektoruna müraciət edərək liseydəki 36 saat dərnək məşğələsinin 2022-2023-cü tədris ilində fəaliyyət göstərən dərnəklərdən daha uğurlu nəticələri ilə seçilən dərnəklərin valideynlərin və şagirdlərin də istəkləri ilə nəzərə alınaraq 2023-2024-cü tədris ilində də fəaliyyət göstərməsinə münasibət bildirməsi xahiş edilmişdir. İş materiallarında olan AR ETN X29 Təhsil İdarəsinin Mingəçevir ŞTS-nun R.Muradov adına Texniki-Humanitar Liseyinin 51 nömrəli xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, “Bacarıqlı Əllər” – X8 V-Vİ siniflər üçün 13,5 saat dərnək məşğələsi ayrılmışdır. İş materiallarında olan AR ETN X29 Təhsil İdarəsinin Mingəçevir ŞTS-nun R.Muradov adına Texniki-Humanitar Liseyinin 57 nömrəli xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli Pedaqoji Şura yığıncağının qərarına əsasən X8 6 saat olmaqla dərnək rəhbəri təyin edilmişdir. İş materiallarında olan AR ETN X29 Təhsil İdarəsinin Mingəçevir ŞTS-nun R.Muradov adına Texniki-Humanitar Liseyinin DƏMX-nin MARŞ-nə ünvanladığı 49 nömrəli xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X13 2023-2024-cü tədris ilində “Ümumtəhsil müəssisələrində dərnəklərin təşkili qaydası” barədə AR ETN-nin xx.xx.2022ci il tarixli F- 382 nömrəli əmrinə əsasən 13.5 saat dərnək məşğələsi ilə təmin edilmişdir. İş materiallarında olan Mingəçevir Şəhər R.Muradov adına Texniki-Humanitar Liseyinin pedaqoji şura yığıncağının xx.xx.2022-ci il tarixli protokolundan çıxarışının surətindən görünür ki, “Bacarıqlı Əllər” dərnəyinə X13 rəhbər təyin edilmiş, həftəlik dərs saatı 6 saat müəyyyən olunmuşdur. İş materiallarında olan AR ETN X29 Təhsil İdarəsi Mingəçevir ŞTS-nun R.Muradov adına Texniki-Humanitar Liseyinin xx.xx.2023-cü il tarixli 353 nömrəli arayışından görünür ki, Mingəçevir şəhər R Muradov adına Texniki-Humanitar liseydə 2020-2021-c tədris ilində 36 saat, 2021-2022-ci tədris ilində 36 saat, 2022-2023-cü tədris ilində 36 saat və 2023- 2024-cü tədris ilində 36 saat dərnək məşğələsi saatı müəyyən edilmişdir. İş materiallarında olan AR ETN X29 Təhsil İdarəsinin Mingəçevir ŞTS-nun R.Muradov adına Texniki-Humanitar Liseyinin TTİ üzrə direktor müavinin direktora ünvanladığı təqdimatdan görünür ki, dərnəklərdə uşaqların sayının 16 –dan 7-8-dək azalmış və şagirdlərin məşğələdə iştirak etməməsi müşahidə olunmuşdur. İş materiallarında olan AR ETN X29 Təhsil İdarəsinin Mingəçevir ŞTS-nun R.Muradov adına Texniki-Humanitar Liseyinin 354 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, liseydə mühasib ştatı movcud deyil, işçilərin əmək haqqı və digər ödəniş hesablamaları liseyin və tam orta məktəbin tabe olduğu X29 Təhsil İdarəsinin mərkəzləşmiş mühasibatlığı tərəfindən həyata keçirilir. İş materiallarında olan elektron sistemdən əldə edilmiş xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X8 182.92 (bir yüz səksən iki manat doxsan iki qəpik) manat əmək haqqı hesablanmışdır. İş materiallarında olan elektron sistemdən əldə edilmiş xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X8 307.68 (üç yüz yeddi manat altmış səkkiz qəpik) manat əmək haqqı hesablanmışdır. İş materiallarında olan elektron sistemdən əldə edilmiş xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X8 403.51 (dörd yüz üç manat əlli bir qəpik) manat əmək haqqı hesablanmışdır. İş materiallarında olan İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X13 xx.xx.1989-cu ildən əmək fəaliyyətinə başlamış, son iş yeri Mingəçevir şəhəri, R.Muradov adına Texniki-Humanitar Liseydir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, X13 AR ƏƏSMN yanında DƏMX-də izahat verərək həyat yoldaşının İ Qarabağ müharibəsi qazisi olmasını, kiçik oğlunun Bakı şəhərində ali təhsil almasını bildirmiş və ona minimum istehlak səbəti ilə nəzərdə tutulmuş əmək haqqının verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, X6 dərs saatı 6 saatdan artırılaraq 13.5 saata çatdırılmışdır. İş materiallarında olan elektron sistemdən əldə edilmiş xx.xx.2023-cü il tarixdə sistemə daxil eilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Texniki- Humanitar Liseyinə direktor vəzifəsinə müddətsiz, əsas iş yeri üzrə təyin edilmişdir. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX-nin X29 X1 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Nailə Məmmədova xx.xx.2023-cü il tarixə saat 11:00-da inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi üçün çağırılmışdır. İş materiallarında olan AR ƏƏSMN yanında DƏMX-nin X29 X1 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Nailə Məmmədova xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə xx.xx.2023-cü il tarixə saat 15:00-da baxılması üçün çağırılmışdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol X5 iştirakı olmadan tərtib edilmiş, bununla belə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol onun ünvanına göndərilmişdir. X9 inzibati xəta haqqında işin baxılmasında iştirak etmək üçün bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman şəxsin iştirakı təmin edilməmiş, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması ona izah olunmamış, müdafiəçidən imtina etməsinin maddi vəziyyəti ilə bağlı olmamasına dair ərizə alınmamışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, inzibati xəta haqqında protokola baxılmasında barəsində protokol tərtib edilmiş şəxsin müdafiə hüququ pozulmuşdur. Bununla da görünür ki, səlahiyyətli orqan (vəzifəli şəs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə X5 iştirakı olmadan baxılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən, müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları təsbit edilmişdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61- 67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. İş materiallarında X9 inzibati xəta haqqında işə baxılmasının xx.xx.2023-cü il tarixə saat 15:00-da təyin olunması barədə xx.xx.2023-cü il tarixdə 3-17-5/2-46324/2023 nömrəli bildiriş məktubu ilə xəbərdar edilməsinin qeyd edilməsinə baxmayaraq, bildirişin Nailə Məmmədova tərəfindən qəbul edilməsini sübut edən poçt qəbzi, yaxud şəxsən özünə təqdim olunması barədə sənəd iş materiallarına əlavə olunmamışdır. Bununla da, barəsində inzibati tənbeh tətbiq edilmə haqqında icraat aparılan şəxsin prosesdə iştirakı təmin olunmamışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMXnin Mərkəzi X22 səlahiyyətli vəzifəli şəxsi inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törədən şəxsin təqsirli olmasını və işin düzgün həll edilməsinə dair mühüm əhəmiyyəti olan halları müəyyən etmək üçün heç bir faktik məlumatlara, yəni mötəbərliyi şübhə doğurmayan rəsmi sənədlərə əsaslanmadan, zəruri araşdırma aparmadan, yalnız formal əsaslara istinad etməklə X12 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, X12 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Nailə Məmmədova Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərarında X12 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verdiyini göstərmişdir. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində vəzifəli şəxsin işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsini şərtləndirir. Hazırki vəziyyətdə isə X5 əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Belə ki, DƏMX-nin Mərkəzi X22 səlahiyyətli vəzifəli şəxsi tərəfindən sırf X6 2022-2023-cü illər üzrə “Bacarıqlı əllər” dərnəyinin rəhbəri kimi dərs saatının azaldılaraq 6 saat olması səbəbindən R.Muradov adına Texniki-Humanitar liseyin direktoru X5 barəsində inzibati araşdırma başlanmış və aparılmış, o, inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı isə qeyd olunan halın qəsdən, yaxud kobud ehtiyatsızlıq üzündən deyil, liseyin tərkibində fəaliyyət göstərən Pedaqoji Şura yığıncağının qərarı əsasında vəzifəli şəxsin əmri ilə rəsmiləşməsi aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, dərs saatları bölünərkən 2022-2023-cü tədris ilində şagirdlərin meyl və maraqları nəzərə alınmaqla məşğələlərin yaradılması nəzərdə tutulmuş, əvvəlki tədris ilində şagirdlərin fənn olimpiadaları və müsabiqələrdə uğurlarının ötən illərə nisbətən aşağı olması nəzərə alınaraq dərnəklərin, əsasən şagirdlərin olimpiada hazırlığına və məntiqlərinin inkişafına yönləndirilməsi tövsiyə edilmiş, əlavə olaraq yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi də məsləhət görülmüşdür. Həmçinin səlahiyyətli vəzifəli şəxs tərəfindən 2023-2024-cü tədris ilində X6 dərs saatının artırılaraq 13,5 saat olması da nəzərə alınmamışdır. X5 əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Nəticədə, vəzifəli şəxs tərəfindən X12 barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 192.4-cü maddəsinin tələbinin pozulması və onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikası İXM–in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin əməlində məhz İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması sübut olunmadığından, həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Təhsil Haqqında Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir. Həmin Qanunun 30.7-ci maddəsinə əsasən təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir. Ümumi təhsil haqqında Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən dövlət ümumi təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət ümumi təhsil müəssisəsinin rəhbəri, bələdiyyə ümumi təhsil müəssisəsinə rəhbərliyi bələdiyyə tərəfindən təyin edilmiş bələdiyyə ümumi təhsil müəssisəsinin rəhbəri, özəl ümumi təhsil müəssisəsinə rəhbərliyi həmin təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) tərəfindən təyin edilmiş özəl ümumi təhsil müəssisəsinin rəhbəri həyata keçirir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən dövlət ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. Pedaqoji Şura müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş əsasnaməyə və ümumi təhsil müəssisəsinin nizamnaməsinə uyğun fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” nin təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 5 nömrəli qərarının 5.2ci bəndinə əsasən Dövlət ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji Şura hesab olunur. Pedaqoji şuranın əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qərarın 5.4-cü bəndinə əsasən ümumtəhsil məktəbinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor rəhbərlik edir. Məktəbin direktoru aşağıdakıları həyata keçirir: 5.4.1. konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, il ərzində görüləcək işləri planlaşdırır və onların həyata keçirilməsinə nəzarət edir; 5.4.2. ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır; 5.4.3. dövlət orqanlarında və ictimai təşkilatlarda rəhbərlik etdiyi məktəbi və onun mənafeyini təmsil edir; 5.4.4. təlim-tərbiyə işlərinin, o cümlədən istedadlı uşaqlarla iş sisteminin, dərsdənkənar tədbirlərin məqsədyönlü və səmərəli qurulması, fənlər üzrə təlim keyfiyyətinin yüksəldilməsi və uğurlu nəticələrin əldə edilməsi üçün bilavasitə cavabdehlik daşıyır; 5.4.5. məktəbdə sağlam mənəvi-psixoloji durumun mövcud olmasını, pedaqoji işçilərin yaradıcı və təşəbbüskar fəaliyyəti, müasir pedaqoji innovasiyaların tətbiqi üçün hərtərəfli şəraitin yaradılmasını təmin edir; 5.4.6 şagirdlərin təlim-tərbiyəsi sahəsində nailiyyətləri ilə fərqlənən müəllimlərin əməyinin stimullaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırır; 5.4.7. məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsi, kadr təminatı, müəllimlərin ixtisasının artırılması, pedaqoji fəaliyyət üçün müəyyən edilmiş tələblərə cavab verməyən müəllimlərin işdən kənarlaşdırılması barədə təkliflər irəli sürür, madditədris bazasının inkişaf etdirilməsi ilə əlaqədar qanunvericiliklə qadağan olunmayan vasitələrdən istifadə edir; 5.4.8. qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb üçün inventar və avadanlıqları satın alır və müxtəlif xidmətlərin göstərilməsini təşkil edir; 5.4.9. bu Nümunəvi Nizamnamədə göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil edir, onun adından müqavilələr bağlayır; 5.4.10. məktəbin fəaliyyətinin tənzimlənməsinə və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 18-1 nömrəli “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4”nın təsdiq edilməsi barədə qərarında direktorun əmək funksiyasına aşağıdakılar aid edilmişdir: Məktəbin fəaliyyətini idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir. Tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlər görür; pedaqoji şuraya rəhbərlik edir. Tədris planı və proqramlarının yerinə yetirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişafı üçün tədbirlər həyata keçirir. Şagirdlərin fənn olimpiadalarına və digər bilik yarışlarına, xüsusi qabiliyyət tələb olunan tədbirlərə cəlb edilməsi sahəsində məqsədyönlü iş aparır, təlim-tərbiyə işlərinin məzmunlu və səmərəli aparılmasını həyata keçirir. Şagird özünüidarə orqanlarının fəaliyyətini istiqamətləndirir və onların işinə köməklik göstərir; sinifdənxaric və məktəbdənkənar işlərin təşkili üzərində nəzarəti həyata keçirir. İcbari ümumi orta təhsilin həyata keçirilməsini, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasını təmin edir. Qabaqcıl iş təcrübəsini tətbiq edir, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Əmək qanunvericiliyinə uyğun pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə iş aparır. Əməkdə, xüsusilə fərqlənmiş müəllimləri və müəssisənin digər işçilərini mükafatlandırma və təltif üçün təkliflər verir. Müavinlərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir. Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir. Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir. İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlimtərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. Valideynlərlə (onların qanuni nümayəndələri ilə), təlim-tərbiyə işlərinə kömək edən müəssisələri və xeyriyyə cəmiyyətləri ilə aparılan işlərin təşkili ilə bağlı məsələləri həll edir. Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir. Göründüyü kimi qanunverici birmənalı olaraq ümumtəhsil məktəblərində ali idarəetmə orqanı olaraq Pedaqoji Şuranın olmasını göstərmişdir. Tədris planı və proqramlarının yerinə yetirilməsinin həyata keçirilməsi direktorun vəzifə səlahiyyətlərinə aid olsa da, tədris planı və proqramlarının, yəni tədris ili üzrə dərs satlarının müəyyən edilməsi, direktorun vəzifə səlahiyyətlərinə aid edilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, R.Muradov adına Texniki-Humanitar Liseydə mühasib ştatı mövcud olmadığından, işçilərin əmək haqları və digər mühasibatlıq hesablamaları liseyin tabe olduğu X29 Təhsil İdarəsinin mərkəzləşmiş mühasibatlığı tərəfindən həyata keçirilir. Belə olan halda işçinin əmək haqqı düzgün hesablanmadığı halda belə, qeyd olunan qanun pozuntularına görə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs təqsirli sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələbinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası İXM–in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici sadalanan hüquq normalarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X5 əməlində İnzibati Xətalar Məcəlləsinin məhz 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasını mötəbər sübutlar əsasında müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinin əhəmiyyətli dərəcədə pozulmasını və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmaması müəyyən edilsə də, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi əsaslı deyildir. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Mərkəzi X22 səlahiyyətli vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığına görə ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 128-130, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Mərkəzi X22 vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən: Nemət Paşayev