Məhkəmə qərarları › İş №3(051)-262/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-262/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-262/2022 09.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir Şəhər Prokurorunun köməkçisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax rayonu, Yuxarı Bucaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Yevlax rayonu, Xaldan ərazi dairəsi, Xaldan kəndində qeydiyyatda olan və yaşayan ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmə İş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması hakimin səlahiyyətinə və bu məhkəməyə aiddir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən fiziki şəxs Şəxs "xxxx" MMC-də növbə rəisi vəzifəsində işləyərkən texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi həmin qayda və normalara riayət olunmasına nəzarət etməli olduğu halda buna riayət etməməsi nəticəsində 13 mart 2022-ci il tarixdə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs əlinin avadanlığın hərəkətdə olan hissəsinə yaxınlaşdırdığı zaman dördüncü barmağının uc sümüyünün sınığı və beşinci barmağının uc falanqasının travmatik amputasiyası baş verərək sağlamlığına az ağır zərər vurulmasına səbəb olduğuna görə Şəxs barəsində Mingəçevir şəhər prokuroru tərəfindən İXM-nin 198.3- cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-262/2022 saylı qərarına əsasən Şəxs İXM-in 198.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Bundan sonra Şəxs Şəki Apellyasiya Məhkəməsinə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-262/2022 saylı qərarından şikayət vermiş, Şəki Apellyasiya Məhkəməsinin 3(051)-191/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin olunmuş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-262/2022 saylı qərarı ləğv olunaraq, işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Mingəçevir şəhər prokurorluğunun nümayəndəsi, prokurorun köməkçisi X6 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər PŞ-dən ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə iş qəzası nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-də növbə rəisi vəzifəsini icra edən, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs əlinin avadanlığın hərəkətdə olan hissəsinə yaxınlaşdırdığı zaman dördüncü barmağının uc sümüyünün sınığı və beşinci barmağının uc falanqasının travmatik amputasiyası baş verərək sağlamlığına az ağır zərər vurulmuşdur. Şəxs həmin qərardan Apellyasiya şikayəti vermişdir və Şəki Apellyasiya məhkəməsi şikayəti qismən təmin etmişdir və bir neçə hal göstərmişdir ki, tərəfimizdən düzgün araşdırılmayıb. İşdə olan xx.xx.2021-ci il tarixli, 585- VD/21 nömrəli əmrdən görünür ki, həmin əmrlə növbə rəisi X1 olan narahatçılıqla əlaqədar növbə rəisi vəzifəsini müvəqqəti icra etməsi Şəxs həvalə edilişdir. Lakin Şəxs həmin vəzifənin hansı tarixədək həvalə edilməsini və ya hadisə baş verən vaxt, yəni 13 mart 2022-ci il tarixində hələ də növbə rəisi vəzifəsini Şəxs icra etdiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs toplanmış materiallarda hadisə yerinə baxış zamanı və öz ifadələrində Şəxs növbə rəisi olduğunu bildirmişlər. Bundan başqa bu məsələ ilə bağlı müvafiq sorğular verilmişdir, həmin sorğuya əsasən xx.xx.2021-ci il tarixli, 585-VD/21 nömrəli "xxxx" MMC-nin direktoru Əli Əsədov tərəfindən təsdiq edilmiş əmrlə növbə rəisi vəzifəsinin müvəqqəti icrası Şəxs tapşırılmışdır. Bildiyimiz kimi əgər xx.xx.2021-ci il tarixli, 585-VD/21 nömrəli əmrlə Şəxs növbə rəisinin vəzifələrinin müvəqqəti icrasına başlamışsa deməli digər bir əmrlə həmin vəzifələrin icrasına müvəqqəti xitam verilməli idi. Sorğu göndərildikdə isə bu haqda heç bir sənəd təqdim edilməmişdir. Bundan belə nəticəyə gəlmək olar ki, Şəxs hadisə zamanı növbə rəisinin vəzifələrini müvəqqəti icra edib. İkinci halda qeyd olunmuşdur ki, “hadisədən əvvəl işçilərin növbə saatının başlanmasından əvvəl və iş vaxtı mütəmadi olaraq tərəfindən işçilərin texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına tam nəzarət edilmiş, bununla bağlı hər bir işçi təlimatlandırılmışdır”. Lakin, iş materialları tədqiq edilərkən bu xüsusatlara hər hansı bir hüquqi qiymətin verdildiyi öz əksini tapmır. Belə ki, toplanmış materiallardan da görünür ki, bu göstərdiyimiz şifahi məlumatlandırmadır. Şifahi məlumatlandırmanı hər növbə rəisi növbənin əvvəlində işçiləri ilə aparır və bununla bağlı heç bir sənəd tutulmur. Lakin şifahi məlumatlandırma ilə bağlı Şəxs, Zərərçəkmiş şəxs və onun köməkçisi öz ifadələrində göstərmişlər. Yəni şifahi məlumatlandırma hər növbədən qabaq növbə rəisləri tərəfindən şifahi olaraq keçirilir. Bundan başqa "xxxx" MMC-nin direktoru X11 şəhər prokurorluğu ümumi təlimatlandırma kitabı ilə bağlı sorğu vermiş və həmin kitabında görünür ki, hər bir işçi işə girərkən və bundan sonra hər 3 aydan bir işçilərin texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunması ilə təlimatlandırılırlar və bunu da öz imzaları ilə təsdiq edirlər. Sonuncu dəfə Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildə Şəxs tərəfindən təlimatlandırılmış və bunu qeydiyyat kitabında öz imzası ilə təsdiq etmişdir. X7 məhkəməsinin göstərdiyi hallarla razılaşmır, işə yenidən baxmağı və qanuna müvafiq qərar çııxarılmasını xahiş edir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, həqiqətən "xxxx" MMC-nin direktoru Əli Əsədovun xx.xx.2021-ci il tarixli 585-VD/21 nömrəli əmri ilə növbə rəisi vəzifəsini müvəqqəti icra edir. Bu hal 18 mart 2022-ci ilədək davam etmişdir. Həmin tarixdən X8 öz vəzifəsini icra etmişdir. 12 mart 2022-ci il tarixində saat 00:00-dan 13 mart 2022-ci il tarixində saat 08:00-dək növbədə Şəxs olmuşdur. Hər dəfə növbədən 15-20 dəqiqə əvvəl işçiləri texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunması ilə bağlı şifahi təlimatlandırır. Həmin gün növbədə 22 nəfər işçi var idi. Əraziləri böyük olduğundan hər kəsə fərdi nəzarət etmək mümkün deyil. Eyni zamanda SƏTƏM işini görməkdə növbə rəisinin üzərinə düşür. xx.xx.2022-ci il tarixdə o, fabrikin “OPENEND” sahəsində olarkən Elçin Əliyev ona yaxınlaşaraq, Zərərçəkmiş şəxs barmağının avadanlıqda qalaraq xəsarət aldığını bildirdi. Sonra dərhal Zərərçəkmiş şəxs fabrikin balansında olan nəqliyyat vasitəsi ilə xəstəxanaya aparılmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, üç növbəli iş rejimi ilə çalışır. Beş ildir ki, həmin zavodda işləyir. Hər növbədən 15-20 dəqiqə qabaq hər növbə rəisi növbədə olan işçiləri texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunması ilə bağlı təlimatlandırır. Hadisə olan gündə Şəxs növbə rəisinin vəzifələrini müvəqqəti icra edirdi və növbədən qabaq işçiləri şifahi təlimatlandırmışdır. İşlədiyimiz ərazi 5 hissədən ibarət 300 metrlik ərazidi. Ərazi böyük olduğundan növbə rəisi hər kəsə fərdi nəzarət edə bilmir. Bu baş verən hadisədə heç kəsin günahı yoxdur. Hadisə gözümə düşən tozu təmizləyərkən mənim diqqətsizliyim ucbatından baş verdi. Şəxs heç bir şikayət tələbim yoxdur. Məhkəmə daxil olmuş inzibati iş üzrə materialları və sübutları nəzərdən keçirdib belə qərara gəlir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan cinayət İşinin başlamasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarla əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. AR SN MTE və Pataloji Anatomiya Birliyinin ekspert rəyində aşkar olunan xəsarətlər sağ əlinin 4-cü barmağının üc falanqa sümüyünün sınığı və 5-ci barmağın uc falanqasının travmatik amputasiyası baş vermişdir. İnzibati xəta hadisəsinin 13 mart 2022-ci il tarixində baş verməsi hadisə yerinə baxış keçirilməsi haqqında 13 mart 2022-ci il tarixli protokolla, məhkəmə tibb ekspertizasının 13 mart 2022-ci il tarixli rəyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatları ilə öz təsdiqini tapmışdır. Şəki Apellyasiya Məhkəməsinə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-262/2022 saylı qərarında qeyd etmişdir ki, Şəxs həmin vəzifəni hansı tarixədək həvalə edilməsi və ya hadisə baş verən vaxt, yəni 13 mart 2022-ci il tarixində hələ də növbə rəisi vəzifəsini onun icra etdiyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə ki, xx.xx.2021-ci il tarixli, 585-VD/21 saylı əmrindən görünür ki, Şəxs xx.xx.2022ci il tarixindən növbə rəisi vəzifəsini müvəqqəti icra edilməsi həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş 188048 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X5 (növbə rəisi) sağ bud sümüyünün, boynunun sınığı diaqnozu ilə 05 dekabr 2021-ci il tarixindən ******* saylı qabiliyyətinin olmaması vərəqəsi ilə 17 mart 2022-ci il tarixədək işdən azad olunmuşdur. İşə başlamalı vaxt isə 18 mart 2022-ci il tarixi kimi qeyd olunmuşdur. Belə ki, bu barədə MMC-nin əmri olmasa da X2 işə başlamalı vaxtın 18 mart 2022-ci il tarixi kimi müəyyən olunması ona əsas verir ki, Şəxs növbə rəisinin vəzifələrini 17 mart 2022-ci il tarixədək müvəqqəti icra etmişdir. Eyni zamanda yuxarı instansiya öz qərarında qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlillərindən biri kim göstərilmiş “hadisədən əvvəl işçilərin növbə saatının başlanmasından əvvəl və iş vaxtı mütəmadi olaraq tərəfindən işçilərin texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına tam nəzarət edilmiş, bununla bağlı hər bir işçi təlimatlandırılmışdır” Lakin iş materialları tədqiq edilərkən bu xüsusatlara hər hansı bir hüquqi qiymət verildiyi öz əksini tapmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında şifahi təlimatlar verdiyini, lakin hər kəsə xüsusi nəzarət etmədiyini və Zərərçəkmiş şəxs isə ona şifahi təlimatlar verildiyini qeyd etmişdir. Vəzifə təlimatlarında isə göstərilmişdir ki, tabeçiliyində olan işçiləri vaxtaşırı mövcud SƏTƏM qaydaları barədə məlumatlandırmamağa görə növbə rəisi olmuş şəxs məsuliyyət daşıyır. Belə ki, təlimatlarda əks olunmamışdır ki, bu təlimatlandırma şifahi və ya yazılı olmalıdır. Belə ki, məhkəmə verilmiş izahatlarla müəyyən edir ki, məlumatlandırma olmuş, lakin vəzifə təlimatının 8-ci bəndində göstərilən işçilər tərəfindən texnoloji, istehsal və əmək inztizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edilməmişdir. Belə ki, məhkəmə iş materiallarındakı sənədlərlə və verilmiş izahatlarla müəyyən edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirlidir. Lakin, bütün bunlara baxmayaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın qəbulundan 3 aydan artıq müddət keçməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib olunan şəxs barəsində həmin 3 aylıq müddət ərzində inzibati tənbeh tədbiri tətbiq olunmamışdır. Bu hal isə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəlləninin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işlər barədə qərar çıxarılır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən yəni 13 aprel 2022-ci il tarixindən 3 aydan çox müddət keçdiyindən və həmin müddət ərzində inzibati tənbeh tətbiq olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar