Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-262/2024 17.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər PŞ-in əməkdaşı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Ermənistan, Cermuk şəhərində anadan olmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Mingəçevir Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN №1860112 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs saat 00:40 radələrində Mingəçevir şəhərində Kür çayının dairəsinin yaxınlığında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, hərəkətlərini davam etdirmişdir. Mingəçevir Şəhər PŞ-in əməkdaşı X5 məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhəri H.Əliyev prospektində Kür çayının dairəsinin yaxınlığında xidmətə olan zaman şəhər sakini Şəxs adlı şəxsin ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, hərəkətlərini davam etdirmişdir. Ona görə də Şəxs barəsində MN №1860112 saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək, baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, o, Mingəçevir şəhərində yaşayır. Mingəçevir şəhərində Kür çayının dairəsi yaxınlığında avtomobil dayanacağında işləyir. xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində içkili vəziyyətdə olub və hadisə ilə bağlı yadında heçnə qalmamışdır. Sonra polis əməkdaşı ona yaxınlaşaraq onu polis şöbəsinə aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, polis əməkdaşıdır. xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Mingəçevir şəhərində Kür çayının dairəsi yaxınlığında köşkdən su aldıqda əvvəldən tanıdığı Şəxs ona yaxınlaşaraq salam vermişdir. O da salamlaşmış, nə lazım olduğunu soruşmuşdur. Yaməddin ona heç nə deyərək kənarlaşmışdır. Sonra o, avtomobilinə əyləşərkən Yaməddin onun avtomobilinə yaxınlaşaraq pəncərəsinə vurmağa başlamışdır. Onu və bütün polisləri nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, Yaməddini nizam-intizama dəvət etmişdir. Lakin xeyri olmamışdır. Yaməddin onun üzərinə hücum çəkmişdir. O, Yaməddinə onunla birlikdə polis şöbəsinə gəlməsini təklif etmişdir. Lakin Yaməddin etiraz edərək, qanunsuz hərəkətlərinə davam etmişdir. Daha sonra digər polis əməkdaşı gəlmiş və Yaməddini polis şöbəsinə gətirmişlər. Yaməddin sərxoşluğun müayinəsindən imtina etmişdir. Məhkəmə toplanmış sübutları məcmu halda araşdırıb, qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sübutlar: MN №1860112 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535 və 510-cu maddələri ilə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” prtokoldan görünür ki, Rüstəmov X2 şəhər ərazisində xx.xx.2024-cu il tarixdə saat 01:10 radələrində inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, 383 №li Sərxoşluq hallarının təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs hadisə zamanı alkoqol qəbulu əlamətləri vardır, lakin rəy verilməsi mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs sol göz altı nahiyəsində xəsarət olması aşkar edilmişdir. Sorğu zamanı Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində sərxoş vəziyyətdə Mingəçevir şəhər ərazisində yıxılaraq xəsarət almışdır. xx.xx.2024-cü il tarixli protokolda göstərilmişdir ki, Mingəçevir şəhər PŞ-nin polis kapitanı X1 şəhəri Naxçıvan küçəsi ev 29, mənzil 115 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs inzibati qaydada tutma protokoluna imza etməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 00:40 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində Kür çayının dairəsində şəhər sakini Şəxs adlı şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, hərəkətlərini davam etdirmişdir. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 3-cü maddə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. 31-ci maddə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddə inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. 34.1-ci maddə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Polis haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Polis təyinatı və əsas vəzifələri İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək;... Maddə 7. Polisin qanuni tələblərinin icrasının məcburiliyi İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, barəsində inzibati protokol tərtb edilmiş şəxs ictimai qaydanı və ictimai təhlükəsizliyi pozmasının qarşısını almağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və öz qanunsuz əməllərini davam etdirmişdir. Beləliklə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxsə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən halın olmaması, məsuliyyətini ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş halda törətməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 01:10-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-262/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-262/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver