Məhkəmə qərarları › İş №3(051)-263/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-263/2020

25.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-263/2020 25.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti AranRegional Dövlət X5 inzibati xəta haqqında qərarından verilmişşikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti AranRegional Dövlət X5 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat miqdarda inzibati cərimə edilmişdir. T.Q.Səfərova həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X1 etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirdi ki, X1 həyat yoldaşıdır.Təranə sahibkarlıq fəalyyətıilə məşğul olur vəvergi ödəyıcisi kimi 11 saylıƏrazi Vergilər idarəsində uçota alınmışdır. Bubarədə ona VÖEN verilmişdir. Hal hazir da Mingəçevir şəhərində özünə məxsus evdə çörək sexi fəaliyyət göstərir. Azərbaycan Respublikası FövqəladəHallarNazirliyi Dövlət Yanğın Nəzarət Xidməti Aran Regional Dövlət X5 əməkdaşları 04 fevral2020-ci il tarixdə fəaliyyət göstərdiyi obyektə gələrək, heç bir yoxlama aparmadan guya fəaliyyət göstərən obyektin yanğından mühafizə qüsurlarının olduğunu bildirmişdir. Özü müharibə veteranıdır və əlilidir. Himayələrində azyaşlı uşaqlar var. Fəaliyyətləri çörək bişirməkdir. Mövcud karantin rejimində imkansız ailələri çörəklə tamin etmişlər. Aran Regional Dövlət X5 əməkdaşları xx xxxxxx 2020 tarixdə fəaliyyət göstərdikəri obyektə gələrək ondan 50 manat pul istədilər. Həmin məbləği vermədikləri üçün fəaliyyət göstərdiyi obyektə qanunsuz olaraq 150 manat məbləğində cərimə yazdılar. O, xx.xx.2020-ci tarixli ******* nömrəli inzibati xətə haqqında protokol, xx.xx.2020-cİİl tarixli 00372 nömrəli müayinə aktı , yoxlamanın nəticələri üzrə qərar 17,02.2020 -d it tarixli ******* nömrəli inzibati xəta haqqında haqqında qərarı qanunsuz və əsassız hesab edir. Yoxlamansn aparılması haqqında qərar xx.xx.2020-ci il tarixdə qəbul edildiyi halda ,həmin qərarın qəbul edilməsindən X8 və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli borclunun məcburi gətirilməsi barədə qarar xx xxx 2020-ci il tarixdə ona rəsmi qaydada təqdim edildikdən sonraməlumatı olmuşdur. Həmçinin yoxlamanın nəticələri üzrə qərar xx.xx.2020- il tarixdə qəbul edildiyi halda .inzibati tənbeh vermə haqqında protocol xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Bundan başqa, yoxlamanın aparılması haqqında qərarda qanunvericilikdə nəzərdə tutulan məlumatlar göstərilmişdir. Həmçinin həmin qərarda göstərilən xüsusatlar öz əksini tapmamışdır. Bundan əlavə yoxlayıcı orqan tərəfindən plan uzrə yoxalanır. Başlanmasına an azı beş iş günu qalmış ona yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın lıuquq və vəzifələrinin İzahı göndəril mali oiduğu halda göndərilməmişdir ‘’Sahibkarlıq sahəsində aparılan yoxlamaların təzimləri məsi və sahibkarların maraqlarının müdafiəsi haqqında "Azərbaycan Respublikası Qanununun 173 maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan uzra novbatdyoxlamanın başlanmasına beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxtama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Qeyd edilənləri və Azərbaycan Respublikasıİnzibatı Xətalar Məcəlləsinin müvafiq maddələrinin müddəlaıtm nəzərə alaraq məhkəmədən xx.xx.2020-ci tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun, 04,02.2020-d il tarixli DO 372 nömrəli müayinə aktının, yoxlamanın nəticələri üzrə xx.xx.2020 -ci il tarixli ******* nömrəli inzibatı xəta haqqında haqqında qərarın ləğv edilməsini ve iş uzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət YanğınNəzarət Xidməti AranRegional Dövlət X5 xx xxxxxx 2020-ci il tarixli, ******* saylı protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 manat miqdarda inzibati cərimə edilmişdir. Məhkəmə X1 etibarnamə üzrə nümayəndəsi X2 izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 22-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında işüzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim : Şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar