Məhkəmə qərarları › İş №3(051)-263/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-263/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-263/2024 17.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, 28 May küçəsi ev 223-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə müəyyənetdi: Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında istifadə etməsi müəyyən olunmuş, şübhəli kimi saxlanılaraq polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, narkoloji ekspertiza testinin nəticəsində Şəxs narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ümumiyyətlə, cəmi 2-3 dəfə narkotik vasitədən istifadə etmişdir. Sonuncu dəfə mart bayramında istifadə etmişdir. Polis əməkdaşlarından adını bilmədiyi şəxs çalışdığı bankda onunla maraqlanmışdır. Bank işçiləri soruşduqda “Vadimlə niyə maraqlanırsan?” həmin şəxs söyləmiş ki, “kredit almaq istəyirəm”. Çölə çıxmış həmin 2 polis əməkdaşı ona yaxınlaşaraq bildirdilər ki, bu yaxında o, velosipedçini vurmuşdur. Həmin şəxs ondan şikayətçidir. O da demiş ki, heç vaxt belə bir şey olmayıb. Bundan sonra onu polis şöbəsinə dəvət etdilər. İş yerindən 1 saatlıq icazə alıb polis əməkdaşları ilə birlikdə şöbəyə getdi. Şöbədə onlar yuxarı mərtəbəyə qalxdılar. Bir müddətdən sonra ona dedilər ki, o, narkotik vasitələrdən istifadə etməsinə dair şübhələr var. Ona görə də sidikdən test götürəcəklər. Test götürdükdən müsbət çıxdı. O razılaşmamışdır. Buna görə də onu Dispanserə yollamışlar. Həmin dispanserdə isə ondan əlavə heç bir şey alınmadan əvvəlki testə əsasən rəy verilmişdir. Bundan sonra daha istifadə etməyəcəyinə söz verir. Evlidir və 3 nəfər azyaşlı uşağı vardır. Etdiyi əməldən peşmandır. Odur ki, ona tənbeh tətbiq təyin edilərkən izahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. Şahid qismində dindirilmiş X2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Banka yaxınlaşmışlar. Vətəndaşı şöbəyə dəvət etmişlər. Onlarda əvvəldən əməliyyat məlumatı olmuşdur ki, bu şəxs narkotik vasitələrdən istifadə edir. Tibbi müayinə zamanı özüdə şöbədə etiraf etdi ki, sonuncu dəfə ramazan bayramında narkotik vasitədən istifadə etmişdir. Şahid qismində dindirilmiş X4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, O Orxanın yanında gəlmişdir. Şöbəyə dəvət etmişlər. Polis şöbəsində isə narkotik vasitədən istifadə etdiyini özü etiraf etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında istifadə etməsi müəyyən olunmuş, şübhəli kimi saxlanılaraq polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında istifadə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsin Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı ağırlaşdıran hal müəyyən olunmadı. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:45-də inzibati qaydada tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İnzibati həbs müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 16:45-dən hesablanmalıdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı həmçinin onun şəxsiyyətini, belə ki, nakotik vasitə olan marixuana qəbul etməyə meyilli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, iş materialında olan Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli 646 nömrəli rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Həmçinin Məhkəmə iclasında Şəxs öz ifadəsində arada bir narkotik vasitə olan marixuana qəbul etməsini etiraf etmişdir. Odur ki, Məhkəmə hesab edir ki, Şəxs Şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 16:45-dən hesablansın. Şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar