Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-265/2021 10.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ İ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs qızı barəsində tətbiq edilmiş 500 manat məbləğdə inzibati cərimə olunması haqqında Mingəçevir şəhər Polis Şöbəsinin xx xxx 2015-ci il tarixli qərarını qanunla müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, Əliyev X1 şəhər Polis Şöbəsinin xx xxx 2015ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 38-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğdə inzibati cərimə edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 38-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və buna görə də cəriməsinin üzərinə 35 manat rüsum gəlmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Polis Şöbəsinin qərarına əsasən guya o Azərbaycan Respublikası İXM-nin 38-1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə olunmşdur. Lakin onun Mingəçevir şəhər Polis şöbəsinin qərarından məlumatı olmamışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən məlumat verildikdə icra məmuruna göstərilən hadisə ilə onun heç bir əlaqəsi olmadığını bildirmiş və bununla əlaqədar Mingəçevir ŞPŞ-də olmuşdur. Orada ona narahat olmaması və araşdırma aparılacağı bildirilmişdir. Onun cəriməni ödəmək üçün heç bir maddi imkanı yoxdur və cəriməni ödəməyəcək. Məhkəmə iclasında icra məmuru X3 izahatında göstərmişdir ki, Əliyev X1 şəhər Polis Şöbəsinin xx xxx 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 38-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğdə inzibati cərimə edilmişdir. Şəxs dəfələrlə cəriməni ödəməsi təklif olunsa da heç bir nəticəsi olmamışdır. Lakin Şəxs barəsində qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 529.1 və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə yekun qərar qəbul edənədək cəriməni ödəməmişdir. Məhkəmədə Şəxs qanunla müəyyən edilmiş qaydada cəriməsini ödəməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 160 (bir yüz altmış) saat müddətinə ictimai işlərə cəlb edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-265/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-265/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver