Məhkəmə qərarları › İş №3(051)-266/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-266/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-266/2021 26.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə 19 avqust 1973-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, subay, İİİ müharibə əlili, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 9A, mənzil 20-də qeydiyyatda olan və Mingəçevir şəhəri, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki,Mingəçevir Şəhər Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 3(051)-342/2019 saylı, 07 avqust 2019-cu il tarixli, 3(051)-359/2019 saylı,14 may 2019-cu il tarixli, 3(051)-231/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 3(051)-342/2019 saylı qanuni qüvvəyə minmiş icra sənədi əsasən 8604.91 ABŞ dolları məbləğdə pulun alınıb dövlət büdcəsinə ödənilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 3(051)-359/2019 saylı icra sənədinə əsasən 916 ABŞ dolları məbləğdə pulun alınıb dövlət büdcəsinə ödənilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 14 may 2019-cu il tarixli, 3(051)-231/2019 saylı icra sənədinə əsasən 2495.60 ABŞ dolları məbləğdə pulun alınıb dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu pulu ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 3(051)-342/2019 saylı qanuni qüvvəyə minmiş icra sənədi əsasən 8604.91 ABŞ dolları məbləğdə pulun alınıb dövlət büdcəsinə ödənilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 3(051)-359/2019 saylı icra sənədinə əsasən 916 ABŞ dolları məbləğdə pulun alınıb dövlət büdcəsinə ödənilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 14 may 2019-cu il tarixli, 3(051)-231/2019 saylı icra sənədinə əsasən 2495.60 ABŞ dolları məbləğdə pulun alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Brısində tərtib edilmiş inzibaticərimə haqqında qərardan gec məlumatı olmuşdur. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil dir. Hazırda inzibati cərimə haqqında qərarlardan şikayət vermişdir. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Mingəçevir şəhəri Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 3(051)-342/2019 saylı icra vərəqəsindən görünür ki, Mingəçevir şəhəri Məhkəməsinin 15 iyul 2019-cu il tarixli icra sənədi ilə iddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 43024.56 ABŞ dolları məbləğində vəsaitin 20% miqdarında olunmaqla, cəmi 8604.91 ABŞ dolları məbləğdə cərimə edilməsi qət edilmişdir. İşdə olan 07 avqust 2019-cu il tarixli, 3(051)-359/2019 saylı icra vərəqəsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 avqust 2019-cu il tarixli icra sənədi ilə iddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 4.580 ABŞ dolları məbləğində vəsaitin 20% miqdarında olunmaqla, cəmi 916 ABŞ dolları məbləğdə cərimə edilməsi qət edilmişdir. İşdə olan 14 may 2019-cu il tarixli, 3(051)-231/2019 saylı icra vərəqəsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 14 may 2019-cu il tarixli icra sənədi ilə iddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 12.478 ABŞ dolları məbləğində vəsaitin 20% miqdarında olunmaqla, cəmi 2495.60 ABŞ dolları məbləğdə cərimə edilməsi qət edilmişdir. İşdə olan 15.01.2021-ci il tarixli İcraatın birləşdirilməsi haqqında qərardan görünür ki, iş üzər borclu RVN-in olduğu icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İşdə olan 15.01.2021-ci il tarixli İnzibati xəbərdarlıqdan görünür ki, borclu xxxx MMC-dən 10 gün müddət ərzində cərimələrini tam şəkildə ödəyib ödəniş qəbzin surətini Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə təqdim etmələrini tələb etmişlər. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu hazırda onun barəsində çıxarılmış inzibati qərarlardan apelyasiya şikayəti vermişdir. Məhkəmə hesab edir ki, Azərbaycan respublikası İXM-nın 144.1-ci maddəsinə əsasən Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) göndərilir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar