Məhkəmə qərarları › İş №3(051)-267/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-267/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-267/2021 15.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X7, İcra və Probasiya şöbəsinin icra məmuru X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1 nümayəndəsi və vəkil X3 iştiraki ilə, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 mənzil 43 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər məhkəməsinin 2(051)-1788/2018 №li xx.xx.2018-ci il tarixli icra sənədi üzrə yaranmış 3120 manat aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1788/2018 №li xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2009-cu il təvəllüdlü Nərmin, xx.xx.2011-ci il təvəllüdlü Yediyar, xx.xx.2012-ci il təvəllüdlü Nəzrin və xx.xx.2017-ci il təvəllüdlü Allahverdi adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat, cəmi 400 manat məbləğində alimentin tutulub tələbkar X4 verilməlidir. Son vaxtlar pandemiya əlaqədar iş yeri olmadığına görə işləmədiyi üçün, maddi imkanı olmamış və aliment borcunu vaxtında ödəyə bilməmiş, nəticədə 3120 manat aliment borcu yaranmışdır. Beş gündür ki, iş yeri tapmış, işləməyə başlamışdır. Bu gün 480 manat aliment borcundan ödəmişdir. Qalan borcunu da ödəyəcəkdir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşağını saxlamaqdan boyun qaçırmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. X1 nümayəndəsi və vəkil X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin (051)-1788/2018 №li xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2009-cu ildə doğulmuş Nərmin, xx.xx.2011-ci il tarixdə doğulmuş Yediyar, xx.xx.2012-ci il təvəllüdlü Nəzrin və xx.xx.2017-ci il təvəllüdlü Allahverdi adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat, cəmi 400 manat məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Şəxs 3120 manat aliment borcu yaranmışdır. Həmin borcdan da 480 manat ödəmişdir. Aliment borcun ödənilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X9 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin (051)-1788/2018 №li xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2009-cu ildə doğulmuş Nərmin, xx.xx.2011-ci il tarixdə doğulmuş Yediyar, xx.xx.2012-ci il təvəllüdlü Nəzrin və xx.xx.2017-ci il təvəllüdlü Allahverdi adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 100 manat, cəmi 400 manat məbləğində alimentin tutulub tələbkar X4 verilməlidir. Şəxs alimenti tam ödəmədiyi üçün onun 3120 manat aliment borcu yaranmışdır. Həmin borcdan da 480 manat ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində 3120 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 3120 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar