Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-268/2021 04.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru X4 iştirakı ilə, xx xxxxxx 1967-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 35 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs barəsində tətbiq edilmiş 500 manat məbləğdə inzibati cərimə olunması haqqında Mingəçevir şəhər məhkəməsinin 3(051)-91 saylı, 29 yanvar 2019-cı il tarixli qərarını qanunla müəyyən olunmuş müddətdə icra etməmişdir. İş materiallarından görünür ki, Şəxs Mingəçevir şəhər məhkəməsinin 3(051)-91 saylı, xx xxxxxx 2019-cı tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğdə inzibati cərimə edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən cəriməni 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər 3(051)-91 saylı, 29 yanvar 2019-cı tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğdə inzibati cərimə edilmişdir. Qərarı icra etməkdən boyun qaçırmır. Lakin maddi imkanı olmadığı üçün cəriməni ödəyə bilməmişdir. Məhkəmə iclasında icra məmuru X1 Gülbəniz Valeh qızı izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 3(051)-91 saylı, xx xxxxxx 2019-cı tarixli qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğdə inzibati cərimə edilmişdir. X2 indiyə kimi qərarı müxtəlif bəhanələr gətirərək icra etməmiş və qərar icrasız qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə yekun qərar qəbul edənədək cəriməni ödəməmişdir. Məhkəmədə Şəxs qanunla müəyyən edilmiş qaydada cəriməsini ödəməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 160 saat müddətinə ictimai işlərə cəlb edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov. Azərbaycan Respublikası Mingəçevir şəhər məhkəməsi № « » 2019-cu il. Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Teymur Hacıyevə Hörmətli Teymur müəllim ! X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə olan inzibati iş üzrə Mingəçevir şəhər məhkəməsinin xx xxx 2019-cu tarixli, 3(051)-284 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma : « qərarın surəti 01 vərəqədə» Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynov İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında Q ə r a r d a d 04 fevral 2021-ci il. Mingəçevir şəhəri Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynov, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdim : Həmin inzibati işə baxılması hakimin səlahiyyətinə aiddir. İşin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcüd deyildir. İnzibati xəta haqqında protokol və və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmişdir. İşin icraatını rədd edən və dayandıran hallar mövcud deyildir. İnzibati işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. İnzibati iş üzrə vəsatət və etirazlar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 107, 108, 109.1.1, 109.1.2 və 111.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati işə baxılması 04 fevral 2021-cu il tarixə saat 16:00-a təyin edilsin. Məhkəmə baxışı Azərbaycan dilində aparılsın. İşin baxılmasında iştirak etmək üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, icra sənədi üzrə tələbkar və icra məmuru məhkəməyə çağırılsın. Məhkəmənin hakimi : Ələkbər Hüseynov. Azərbaycan Respublikası Mingəçevir şəhər məhkəməsi № « » 2019-cu il. Mingəçevir şəhər İcra şöbəsinin rəisi cənab Eynur Hacıyevə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə olan inzibati iş üzrə Mingəçevir şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli, 3(051)-284 saylı qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma : « qərarın surəti 01 vərəqədə» Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynov İş № 3 (051)-284/2019 İnzibati xəta haqqında iş üzrə PROTOKOL xx xxx 2019-cu il tarixdə Mingəçevir şəhərində Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Mingəçevir şəhər İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında sənədlərin icraata götürülməsinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə iclasından ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 11:35-də başlandı. İnzibati xəta haqqında materialı nəzərdən keçirib X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-ci maddəsi ilə olan inzibati xəta haqqında işin baxılmağa təyin edilməsi haqqında qərardad çıxatdım. Prosessual hərəkət saat 11:50-də qurtardı. Məhkəmənin hakimi: Ələkbər Hüseynov Mingəçevir şəhəri, 2 saylı qaçqın qəsəbəsində məskunlaşan X14 Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 3(051)-406 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti -01(bir) vərəqədə. Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynov Mingəçevir şəhəri, 2 saylı qaçqın qəsəbəsində məskunlaşan X14 Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 3(051)-406 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti -01(bir) vərəqədə. Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-268/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-268/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver