Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-268/2024 01.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştiraki ilə xx.xx.1970-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, özünə məxsus **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı avtomobil ilə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Araz” marketin yaxınlığında olan zaman yolun qırıqqırıq xətt olan hissəsindən evakuator onun hərəkət etdiyi istiqamətdə yola dönmüş və o, idarəetməni itirərək evakuatorla toqquşmuşdur. Bu zaman şəhərin Naxçıvan küçəsi ilə Təbriz küçəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Daevoo espero” markalı avtomobillə toqquşdu. Nəticədə “Daevoo espero” markalı avtomobilin sürücüsü xəsarət almışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, özünə məxsus **-LV-*** dövlət qeydiyyat nişanlı “Daevoo espero” markalı avtomobil ilə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri Naxçıvan küçəsi ilə Təbriz küçəsi istiqamətində hərəkət edirdi. Naxçıvan küçəsində yerləşən “Araz” marketin yaxınlığında qəfildən qarşıda hərəkətdə olan **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı avtomobil onun hərəkət etdiyi istiqamətə keçərək onun avtomobilinə toqquşdu. O, hadisə günü yüngül xəsarət almış və xx.xx.2024-cü xəstəxanaya müraciət etmişdir. Barəsində protokol tərtib edilmiş Şəxs heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 174 №li rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədənində aşkar olunan xəsarət: alın nahiyəsində yara, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sərxoşluq vəziyyətinin tibbi müayinəsindən xx.xx.2024-cü il tarixli 545№li rəydən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmamışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsindən xx.xx.2024-cü il tarixli 544 №li rəydən görünür ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmamışdır. Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Əzimov X1 Şəhər Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Əliyev X2 şəhər Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 Şəki rayon xəstəxanasının PHŞ-nın acil şöbəsində həkim Mahmudova telefonla məlumat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər ərazisində baş vermiş yolnəqliyyat hadisəsi zamanı ünvan 2 ünvanda yaşayan xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs başın kəsilmiş –cırılmış yarası xəsarətini almasını bildirmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Mingəçevir ŞPŞ-in təhqiqat bölməsində araşdırması aparılmış HK-1/56 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və həmin material üzrə **-BX-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” markalı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan respublikası İXM-in 327.8-ci maddəsində əks olunan xəta aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından toplanmış material üzrə cinayət işi rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 327.8. Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs əməlindən peşman olması, zərərçəkmiş şəxslə razılıq əldə etməsi, ilk dəfə inzibati məsuliyyətə cəlb olunması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq, hesab edir ki, onun barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş, inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-268/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-268/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver