Məhkəmə qərarları › İş №3(051)-27/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-27/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-27/2021 08.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X4, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin nümayəndəsi- Qida təhlükəsizliyinə nəzarət sektorunun böyük məsləhətçisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin nümayəndəsi X2 izahatında bildirdi ki, 10-xx xxxxxx 2020-ci il tarixlərdə Mingəçevir şəhər Ərəş küçəsi Kolxoz bazarının arxasında fəaliyyət göstərən heyvan kəsim məntəqəsində plandankənar yoxlama aparılmalı idi. Öncədən yoxlamanın aparılması tarixi ilə bağlı Şəxs məlumat verilmiş, lakin yoxlama zamanı Şəxs iş yerinə gəlməmişdir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Barəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər Ərəş küçəsi Kolxoz bazarının arxasında fəaliyyət göstərən heyvan kəsim məntəqəsinin sahibidir. Həqiqətən də Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsindən ona yoxlama barəsində məlumat verilmişdir. Lakin ürəyində problem olduğu üçün həmin gün müayinə olunması ilə əlaqədar Bakı şəhərinə getmiş və bu barədə məlumat vermişdir. Yoxlamadan boyun qaçırmır. İşdə olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının TTTY şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli 404№li arayışdan görünür ki, Şəxs xx.xx.2020-ci ildə saat 19:54 radələrində TTTY bölməsinə müraciət etmiş, ona arterial hipertoniya diaqnozu qoyulmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli çek fakturasından görünür ki, Şəxs Respublika Diaqnostika Mərkəzində müayinə olmuşdur. İşə əlavə edilmiş TSEK tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs ikinci dərəcəli əlildir, diaqnoz şəkərli diabet insulitdən asılı, böyrəklərin zədələnməsi, stent əməliyyatından sonrakı vəziyyət, xroniki hepatit. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinin tərkibi var və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb edilərək, cərimə olunmalıdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ikinci dərəcəli əlil olması, xəstə olması nəzərə alınaraq, İXM-nin 116-cı maddəsinə əsasən inizbati cərimə şərti tətbiq edilməli, törətdiyi hüquqpozmanı aradan qaldırmaq üçün müddət müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114,116, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Əhmədov X3 Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat cərimə olunsun. İnzibati cərimə şərti tədbiq edilsin. Hüquqpozmanı aradan qaldırmaq üçün iki ay müddət müəyyən olunsun. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar