Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-27/2024 07.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Barəsində qərar çıxarılmış: X2 iştirakı ilə Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavinin 07 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavinin 07 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavinin 07 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icrata xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qərarı xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə almışdır. Qərardan şikayət vermə müddəti həmin vaxtdan yaranmış və qərardan xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati qərarından narazıdır. Qərar formal qaydada yazılmış və onun ifadəsi alınmamışdır. Sözügedən qərar qanunamüvafiq deyil, şəxslərin öz mənafeyi baxımından və sübutlar saxtalaşdırılmaqla yazılmışdır. Anası şəhər icra başçısından şikayət etdiyi üçün İcra Başçısı cavab xətrinə ona protokol yazmaqla cavablandırmışdır. Bu cür qərarlar sifarişlə yazılır. Belə ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin sifarişi ilə bu cür qərarlar yazılmış və əsaslanma olmadan cərimələr edilmişdir. Bununla əlaqədar dəfələrlə cinayət işinin başlanmasının rədd qərarı, məhkəmə iclaslarında ləğv edilmiş qərarlar və məhkəmələrin icraatıda çoxsaylı işlər vardır. İnzibati xəta haqqında iş üzrə protokolla tanış deyil, onun öz təqsirsizliyini sübut etmək öhtəliyi yoxdur. Onun barəsində yazılmış protokol və qərar tam absurt bir qərardır. Sözügedən qərar əsaslandırılmamış və yaşadığı ərazidə gününü keçirtməsi küçə ticarəti ilə məşğul olmaq kimi qiymətləndirilmişdir. Bununla əlaqədar şahid ifadələri və ya onun küçə ticarəti ilə məşğul olması ilə əlaqədar foto şəkil əlavə edilməmişdir. Həmin protokol və qərarda onun küçə ticarəti ilə məşğul olmağı yazılmış və 80 manat cərimə olunmuşdur. Lakin bu tam yalan olduğu üçün hazırda bu işin üstünə düşmüşdür. Küçə ticarəti ilə məşğul olmaqla əlaqədar cərimələnməsi onun şəxsiyyətinə toxunur. O, küçə ticarəti ilə məşğul olmamışdır. Ona görə də məhkəmədən Mingəçevir Şəhər İcra Hakimiyyətinin 07 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X7 şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 07 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümyəndəsi nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə hər hansı üzürlü səbəb təqdim etməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyətinin 07 dekabr 2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli və aidiyyatı üzrə baxılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Mingəçevir Şəhər İcra Hakimiyyətinin 07 dekabr 2023-cü il tarixli MN ******* nömrəli qərarından görünür ki, X7 AR İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan AA ******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuş şəxs X3r. İşdə olan, Mingəçevir ŞİH-nin X4 ünvanladığı xx.xx.2023-cü il tarixli 5-3/2-1463/2023 nömrəli məktubunun surətindən görünür ki, Şəhər İcra Hakimiyyəti tərəfindən X4 cərimənin ödənilməsi, əks təqdirdə qərarın icrası üçün icra və probasiya şöbəsinə göndərilməsi barədə xəbərdarlıq olunmuşdur. İşdə olan AR ƏƏSMN X1 Sistemindən çıxarışın surətindən görünür ki, X7 işəgötürən fiziki şəxs X6 ilə əsas iş yeri üzrə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsində işçinin iş yeri restoran, vəzifəsi ofisiant, iş yerinin əsas iş yeri olması göstərlmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və əlavə edilmiş təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi səlahiyyəti olmadan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul etmişdir. Belə ki, inzibati xəta haqqında qərarda X2 xx.xx.2023-cü il tarixdə Mübariz İbrahimov küçəsində müəyyən olunmamış yerdə qanunsuz küçə ticarəti ilə məşğul olması göstərilmişdir. Belə olan halda inzibati xətanı törətməyə görə inzibati xətalara dair işlərə baxmağa, Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi səlahiyyətli olmamışdır. Ona görə də Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi tərəfində xx.xx.2023-cü il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində inzibati cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 40-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon şəhər məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan) və müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar (vəzifəli şəxslər) baxırlar. Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2017-ci il tarixli 1256 nömrəli fərmanına əsasən AR İXM-in 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə inzibati xətalara dair işlərə baxmağa səlahiyətli olan orqan qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adından şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, həmçinin polis sahə rəisləri çıxış edir. Göründüyü kimi İXM-in 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə inzibati xətalara dair işlərə baxmağa Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi normativ hüquqi aktla səlahiyyəti olmadığı halda, X2 İXM-in 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar vermişdir. Bununla da Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən Azərbaycan Prezidentinin fərmanları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. Konstitusiyasının 71-ci maddəsinin tələbinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul olunur. Həmin məcəllənin 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzbati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X7 barəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, həmçinin materiallar baxılması üçün aidiyyəti üzrə Mingəçevir şəhər Polis Şöbəsinə göndərilməlidir. Məhkəmə, həmçinin nəzərə alır ki, hazırkı iş üzrə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli olması qənatinə gəldiyinə görə inzibati xəta haqqında protokola baxılarkən, İXM-in tələblərinə əməl edilib-edilməməsinə, həmçinin barəsində inzibati xəta haqında qərar çıxarılmış şəxsin əməlində inzibati xəta tərkibinin olub-olmamasına hüquqi qiymət verməyi zəruri hesab etmir. Qeyd olunan halların araşdırılıb qiymət verilməsi, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təmin edilməlidir. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X5 AR İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair Mingəçevir Şəhəri İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə materiallar şəxsin əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir şəhər Polis Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Mingəçevir Şəhəri İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə materiallar aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərardadı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-27/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-27/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver