Məhkəmə qərarları › İş №3(051)-271/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-271/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-271/2021 08.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Zərər çəkmiş şəxs X2 və Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxxx 1999-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 mənzil 24 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs ondan cəmi 3000 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb X4 ödənilməsi barədə Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-(051)- 1519/20120 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə onun 3000 manat məbləğdə borcu yaranmışdır. İş materiallarından göründüyü kimi, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Şəxs cəmi 3000 manat məbləğdə pulun və 30 manat dövlət rüsumunun alınıb X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin borclu Şəxs borcunu lazımınca ödəməmiş, 3000 manat məbləğdə borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən ondan 3000 manat məbləğdə pulun və 30 manat dövlət rüsumunun alınıb X4 ödənilməsi qət edilmişdir. Lakin barəsində olan qiyabi qətnaməni almamış və qətnamədən xəbəri olmamışdır. Belə ki, həmin qətnamənin ləğv olunub yenidən onun iştirakı ilə baxılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Buna görə də barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş X5 verdiyi izahatında göstərmiş dir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli icra sənədi ilə Şəxs 3000 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Şəxs maddi imkanı olmasına baxmayaraq ona olan borcunu qərəzli olaraq ödəmək istəmir. Ona görə də Şəxs barəsində qanuna müvafiq cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X3 izahatında göstərmişdir ki, Şəxs cəmi 3000 manat məbləğdə pulu tələbkar X4 ödəməli olduğu halda borcunu tam ödəməmişdir. Borcun ödənilməsini tələb etmək üçün dəfələrlə Şəxs rəsmi məktub göndərmiş, izahatları alınmış, şifahi qaydada qanunun tələbləri izah olunaraq, borcunu vaxtında və tam ödəmək vəzifəsi xatırlatmışdır. Lakin borclu Şəxs barəsində çıxarılmış qətnamədəki borcla razı olmadığını və onun iştirakı olmadan barəsində çıxarıldığı qətnamədən şikayət verəcəyini bildirmişdir. Şəxs, zərər çəkmiş şəxsin və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə tərəflərin izahatını və iş mateiallarında olan sənədləri müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində sözügedən əməlin inzibati tərkibi yoxdur. Belə ki, Mingəçevir şəhər Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixli, 2- (051)-1519/20120 saylı qiyabi qətnamə çıxarılsa da onun sözügedən qiyabi qətnamədən xəbəri olmamış və qiyabi qətnamədən şikayət verilmə müddətini ötürməmişdir. Belə olan halda sözügedən qətnamə mübahisələndirildiyi üçün Şəxs onu inzibati məsuliyyətə cəlb edilməsi qeyri mümkündür və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar