Məhkəmə qərarları › İş №3(051)-271/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-271/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-271/2023 05.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X2, Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin nümayəndəsi X6, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3, onun vəkili Vəkil iştirakı ilə X1 X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin MN ******* №-li 28 fevral 2023-cü il tarixli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin MN ******* №-li 28 fevral 2023-cü il tarixli qərarı ilə Kəlbəcər rayon 114 №-li ümumi orta məktəbin direktoru X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1600 manat cərimə olunmuş, inzibati cərimə şərti tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30(otuz) gün müddət müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X3 şikayətini əsaslı hesab edərək izahatında bildirdi ki, Kəlbəcər rayon 114 №-li ümumi orta məktəbin direktoru işləyir.X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi Elçin Əliyevin 28 fevral 2023-cü il tarixli qərarı ilə məktəbin kiçik xidmətçisi X8 ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə o, Azərbaycan Respublikası İXMnin 192.6-cı maddəsi ilə 1600 manat cərimə olunmuş, cərimə şərti tərbiq edilərək ona törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət verilmişir. Həmin qərarda konkret olaraq hansı tələblərin pozulması qeyd olunması da şifahi olaraq izah edilmişdir ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən işçi ilə əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamış və son haqq-hesab verilməmişdir. Həmin qərarın icrası ilə əlaqədar məktəbin həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş, həmkarlar təşkilatının 07 mart 2023-cü il tarixdə keçirilmiş iclasın qərarı ilə Rəfiqə Həsənovanın işdən azad edilməsi barədə 01 dekabr 2022-ci il tarixli 103 №-li əmrinə etiraz edilməmişdir, həmçinin, 321,64 manat son haqq-hesab hesablanaraq ödənilməsi üçün maliyyə şöbəsinə təqdimat verilmişdir. Hesab etmişdir ki, şərti qərar onun tərəfindən icra olunmuşdur və qərarın icra olunduğu barədə inzibati orqana müraciət etmişdir. Ancaq şərti qərar ləğv olunmamışdır. Həmin qərarda pozuntuların nədən ibarət olması göstərilməmişdir. Ona görə də şərti qərarın icrası mübahisəlidir. Qeyd edilənlərə əsasən şikayətin təmin olunmasını, X11 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin onun 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 28 fevral 2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Elçin Nurməmmədovun vəkili Vəkil məhkəmə iclasında şikayəti əsaslı hesab edərək bildirdi ki, qeyd edilən qərarda pozuntuların nədən ibarət olması göstərilməmişdir, lakin şifahi olaraq izah edilmiş pozuntular aradan qaldırılmış, həmkarlar təşkilatına müraciət edilmiş, həmçinin həmkarlar təşkilatının 07 mart 2023-cü il tarixli iclasında direktorun 01 dekabr 2022-ci il tarixli əmri bəyənilmişdir. Şikayətin təmin olunmasını xahiş edir. Qərarından şikayət verilmiş X11 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi k, Kəlbəcər rayon 114 №-li ümumi orta məktəbdə kiçik xidmətçi işləmiş X4 işdən qanunsuz çıxarılması barədə şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, R.Həsənova ilə əmək müqaviləsinə həmkarlar təşkilatının razılığı olmadan məktəbin direktoru Elçin Nurməmmədovun 103 №-li xx.xx.2022ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Şikayət verən Elçin Nurməmmədov özü izahatında qeyd etdiyi kimi, ona işçi ilə əmək müqaviləsinə xitam verilən zaman həmkarlar təşkilatının razılığı olmadığı ,əmək qanunvericiliyinin tələbləri pozulduğu izah edilmişdir. Məktəbin direktoru Elçin Nurməmmədov barəsində inzibati protokol tərtib edilmiş, 28 fevral 2023-cü il tarixli qərarla İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1600 manat cərimə olunmuş, lakin barəsində olan cərimə şərti tətbiq edilmiş, hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Həmçinin, məktəbin direktoru E.Nurməmmədova izah edilmişdir ki, həmin müddətdə qeyd edilən hüquqpozma aradan qaldırılarsa cərimə ödənilmir. İşçi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün qabaqcadan həmkarlar təşkilatının razılığı olunmalıdır. Məktəbin direktoru bundan sonra təqdimatla məktəbin həmkarlar ittifaqı komitəsinə müraciət etmiş, Kəlbəcər rayon 114 №-li ümumi orta məktəbin həmkarlar ittifaqı təşkilatının 07 mart 2023-cü il tarixli iclasında direktorun 103 №-li 01 dekabr 2022-ci il tarixli əmri müzakirə edilmiş və qərara alınmışdır ki, məktəbin kiçik xidmətçisi X15 Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən 103 №-li 01 dekabr 2022-ci il tarixli əmrlə işdən azad edilməsinə etiraz olunmur. Ancaq qanunvericiliyin tələbinə görə işçi qeyd edilən maddə ilə işdən azad olunması üçün həmkarlar ittifaqının razılığı qabaqcadan alınmalıdır. Hesab edir ki, şikayət əsassızdır, təmin olunmamasını xahiş edir. İşdə olan Kəlbəcər rayon 114 №-li ümumi orta məktəbin direktoru E.Nurməmmədovun 103 №-li xx.xx.2022-ci il tarixli əmrində göstərilir ki, Kəlbəcər rayon 114 №-li ümumi orta məktəbin kiçik xidmətçisi X8 xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin. İşdə olan X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi X10 ******* №-li 28 fevral 2023-cü il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarında göstərilir ki, Kəlbəcər rayon 114 №-li ümumi orta məktəbdə kiçik xidmətçi işləyən X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Nəticədə məktəbin direktoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1600 manat cərimə olunsun, inzibati cərimə şərti olaraq tətbiq edilsin və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30(otuz) gün müddət müəyyən olunsun. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa inzibati cərimə ödənilmir. Əks təqdirdə qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. İşdə olan Kəlbəcər rayon 114 №-li ümumi orta məktəb həmkarlar ittifaqı komitəsinin 12 saylı 07 mart 2023-cü il tarixli iclas protokolundan görünür ki, məktəbin kiçik xidmətçisi Həsənova Rəfiqə ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə məktəbin direktorunun 01 dekabr 222-ci il tarixli 103 saylı əmri ilə tutduğu vəzifədən/peşədən azad edilməsinə etiraz etmirlər. İşdə olan Kəlbəcər rayon 114 №-li ümumi orta məktəbin direktoru E.Nurməmmədovun 132 №-li 09 mart 2023-cü il tarixli əmrində göstərilir ki, həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla Kəlbəcər rayon 114 nömrəli orta məktəbin xx.xx.2022-ci il tarixli 103 №-li X4 işdən azad olunması barədə əmrinə dəyişiklik edilsin: 1.X4 Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72ci maddəsinin “a” bəndində sadalanan hal) işdən azad olunması barədə əmr qüvvədə saxlanılsın.

2. Məktəbin 103 №-li əmrində dəyişiklik edilsin.

3. X5 işdən azad olunmasına həmkarlar təşkilatının 07 mart 2023-cü il tarixli 18 saylı protokolu əsas hesab edilsin. Əsas: X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin 28 fevral 2023-cü il MN ******* nömrəli qərarı. Məhkəmə iş materiallarını araşdırıb, izahatları dinləyib hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, şikayətdə göstərilir ki, X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 28 fevral 2023-cü il tarixli qərarında işçi ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi qeyd edilsə də pozuntularının nədən ibarət olması göstərilməmişdir. İş materiallarından görünür ki, pozuntuların nədən ibarət olması şikayət verənə məlum olduğuna görə həmin qərardan sonra məktəb həmkarlar ittifaqı komitəsinə təqdimatla müraciət olunmuş, məktəb həmkarlar ittifaqının 07 mart 2023-cü il tarixli iclasının qərarından sonra Kəlbəcər rayon 114 №-li orta məktəbin direktorunun 132 №-li 09 mart 2023-cü il tarixli əmri ilə 103 №-li 01 dekabr 2022-ci il il tarixli əmrində dəyişiklik edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Kəlbəcər rayon 114 №-li ümumi orta məktəbin direktorunun 01 dekabr 2022-ci il tarixli əmri ilə, həmkarlar ittifaqı təşkilatının razılığı olmadan, məktəbin kiçik xidmətçisi R.Həsənova ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşçi ilə əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyin tələbləri pozulduğuna görə Kəlbəcər rayon 114 №-li məktəbin direktoru E.Nurməmmədov X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisinin 08 fevral 2023-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1600 manat cərimə olunmuş, lakin cərimə şərti müəyyən edilmişdir. Həmin qərardan sonra Kəlbəcər rayon 114 №-li ümumi orta məktəbin direktoru X1 adından məktəbin həmkarlar ittifaqı komitəsinə təqdimat verilmişdir. Məktəbin həmkarlar ittifaqı komitəsinin 07 mart 2023-cü il tarixli 12 №-li iclas protokolunun surətindən görünür ki, iclasda məktəbin direktorunun 103 №-li 01 dekabr 2022-ci il tarixli əmrə münasibət bildirilmiş, məktəbin kiçik xidmətçisi X15 Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən məktəbin direktorunun 103 №-li 01 dekabr 2022-ci il tarixli əmri ilə işdən azad olunmasına etiraz olunmamışdır. Qeyd edildiyi kimi qanunun tələbinə görə işəgötürənin tərəfindən Əmək Müqaviləsinin 70-ci maddəsinin “C” bəndində göstərilən əsaslarla işçi ilə əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını aldıqdan sonra ləğv edilə bilər. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürənin əmrinə(sərəncamına) həmkarlar ittifaqı təşkilatında münasibət bildirilməsi qanuna müvafiq deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi inzibati məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayət və protestin işə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin MN ******* №-li 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutub Qəraraaldım:

Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 şikayəti təmin olunmasın. X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi X10 “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” ******* MN nömrəli 28 fevral 2023-cü il tarixli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar