Məhkəmə qərarları › İş №3(051)-272/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-272/2020

21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-272/2020 21.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər məhkəməsinin hakim Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Məmmədova (Heydərova) Qumral Vaqif qızının Mingəçevir ŞPŞ-nin “İnzibati tənbeh vermə haqqında” MN-0054479 saylı xx.xx.2018-ci il tarixli qərarından şikayətə baxaraq Müəyyən etdim: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Məmmədova (Heydərova) x1 ŞPŞ-nin “İnzibati tənbeh vermə haqqında” MN-0054479 saylı xx.xx.2018-ci il tarixli qərarından şikayət vermişdir. Qumral Məmmədova (Heydərova) iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, sonra məhkəməyə ərizə göndərərək şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məmmədova (Heydərova) Qumral Vaqif qızı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Mingəçevir şəhər PŞ-nin MN-0054479 №li xx.xx.2018-ci il tarixli qərarından xx.xx.2020-ci ildə icra şöbəsinə dəvət olunduqdan sonra məlumatı olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, PŞ-nin qeyd edilən qərarı ilə o, İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinmiş və 300 manat cərimə olunmuşdur. Halbuki o, zərərçəkmiş şəxslə barışmışdır. Mingəçevir ŞPŞ-nin “İnzibati tənbeh vermə haqqında” MN-0054479 saylı xx.xx.2018-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Ona görə də həmin qərarın ləğv olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati materialı araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Məmmədova (Heydərova) Qumral Vaqif qızının barəsində inzibati protokol əsasında toplanmış materiala əlavə olunmuş Məmmədova (Heydərova) Qumral Vaqif qızı barəsində tərtib edilmiş ******* №li xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Q.Məmmədova (Heydərova) xx.xx.2018-ci ildə qonşusu azyaşlı x2 döyərək inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Q.Məmmədova (Heydərova) inzibati protokolla tanış olmuş, protokolun surətini almışdır. İnzibati materiala əlavə olunmuş Mingəçevir şəhər PŞ-nin rəis müavini M.Həşimovun ******* №i xx.xx.2018-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, Məmmədova (Heydərova) Qumral Vaqif qızı İXM-nin157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat cərimə olnumuşdur. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Q.Məmmədova (Heydərova) şikayətini zərərçəkmiş şəxslə barışdıqları halda inzibati qaydada cərimə olunması ilə əsaslandırmışdır. Lakin inzibati materiala zərərçəkmiş şəxsin onunla barışmasını təsdiq edən ərizəsi əlavə olunmamışdır. Bundan əlavə məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə bildiriş göndərilmiş, lakin o, məhkəməyə gəlməmiş və ya barəsində qərar qəbul edilmiş Qumral Məmmədova (Heydərova) ilə barışması barədə məhkəməyə ərizə göndərməmişdir. Eləcə də barəsində qərar qəbul edilmiş. Q.Məmmədovanın (Heydərovanın) vəsatəti ilə məhkəmə iclası təxirə salınsa da o, zərərçəkmiş şəxsin onunla barışmasını təsdiq edən ərizəsini və ya hər hansı bir sənədi məhkəməyə təqdim etmədi. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati məsuliyyətə cəlb olunmuş Q.Məmmədovanın (Heydərovanın) əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Barəsində olan qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün qanunı əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldım: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Məmmədova (Heydərova) Qumral Vaqif qızının şikayəti təmin olunmasın. Məmmədova (Heydərova) Qumral Vaqif qızının Azərbaycan Respublikası İXM-nin 157ci maddəsinə əsasən 300 manat cərimə edilməsi barədə Mingəçevir ŞPŞ-nin rəis müavini M.Həşimovun MN-0054479 №li xx.xx.2018-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar