Məhkəmə qərarları › İş №3(051)-272/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-272/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-272/2024 29.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi, X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakı ilə xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:05 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahat verərək bildirdi ki, şəhər sakini Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:05 radələrində Mingəçevir şəhəri A.Məmmədov küçəsində “Mercedes-Benz” markalı avtomobil ilə təhlükəli manevrlər edərək polis əməkdaşlarının avtomobilinə və digər avtomobillərə qəza şəraiti yaratmışdır. Polis əməkdaşları avtomobili saxlayaraq həmin şəxsə yaxınlaşaraq özünü təqdim edərək onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs içkili vəziyyətdə olduğu üçün dərhal növbətçi hissəyə məlumat verilib YPX-in naryadını dəvət etmişlər. Bu zaman həmin şəxs özünü qeyri-səmimi apararaq polis əməkdaşlarını hədələmiş, polisin qanuni tələbinə məhəl qoymayaraq həmin yerdən uzaqlaşmağa çalışmışdır. Sonra həmin şəxs polis şöbəsinə gətirilmişdir. Mingəçevir ŞPŞ-də olan zaman burda da öz qanunsuz əməllərini davam etdirmiş, dövlət atributlarına qarşı dəfələrlə təhqiredici ifadələr işlətmişdir. Polis əməkdaşları onun bu hərəkətlərinə qarşı iradların bildirsələr də o, onlara məhəl qoymamışdır. Bununla da Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Ona görə də Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək, baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, yəhudi ailəsində doğulmuş, atası – yəhudi, anası-azərbaycanlıdır. Hazırda Mingəçevir şəhərində yaşayır. O, taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə bayramla əlaqədar bir bakal çaxır içmişdir. Gecə saatlarında maşınla evə gedən zaman post patrul xidməti tərəfindən saxlanmışdır. Polis əməkdaşları onun içkili vəziyyətdə avtomobil idarə etdiyini irad tutaraq qəza şəaiti yaratdığını bildirmişlər. O, hesab edir ki, heç bir qanunsuz hərəkət etməmişdir. Sadəcə bayramı qeyd etdikdən sonrakı gün öz işi ilə məşğul olmuşdur. Bununla yanaşı o, tarixi yaxşı bilir. Buna görə də tarixi faktlara əsaslanan fikirlər bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, polis əməkdaşıdır. xx.xx.2024-cü il tarixdə saat 01:05 radələrində A.Məmmədov küçəsində xidmətdə olarkən “Mercedes-Benz” markalı avtomobil təhlükəli manevrlər edərək onlara və digər avtomobillərə qəza şəraiti yaratmışdır. Avtomobili saxlayaraq həmin şəxsə yaxınlaşaraq özünü təqdim edərək onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs içkili vəziyyətdə olduğu üçün dərhal növbətçi hissəyə məlumat verib YPX-in naryadını dəvət etmişlər. Bu zaman həmin şəxs özünü qeyri-səmimi apararaq polis əməkdaşlarını hədələmiş polisin qanuni tələbinə məhəl qoymayaraq həmin yerdən uzaqlaşmağa çalışmışdır. Sonra həmin şəxs polis şöbəsinə gətirilmişdir. Mingəçevir ŞPŞ-də olan zaman həmin şəxs burda da öz qanunsuz əməllərini davam etdirmiş dövlət atributlarına qarşı dəfələrlə təhqiredici ifadələr işlətmişdir. Polis əməkdaşları onun bu hərəkətlərinə qarşı iradların bildirsələr də o, onlara məhəl qoymamışdır. Sonra həmin şəxsin ünvan 2 ünvanda qeydiyyatda olan Şəxs müəyyən olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, polis əməkdaşıdır. xx.xx.2024-cü il tarixdə saat 01:05 radələrində A.Məmmədov küçəsində xidmətdə olarkən bir nəfər şəxs “Mercedes-Benz” markalı avtomobil təhlükəli manevrlər edərək qəza şəraiti yaratmışdır. Avtomobili saxlayaraq onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs içkili olduğu üçün YPX-in naryadını dəvət etmişlər. Sonra isə həmin şəxs polis şöbəsinə gətirilmişdir. Mingəçevir ŞPŞ-də olan zaman həmin şəxs yenə öz qanunsuz əməllərini davam etdirmiş, dövlət atributlarına qarşı dəfələrlə təhqiredici ifadələr işlətmişdir. Polis əməkdaşları onun bu hərəkətlərinə qarşı iradlarını bildirsələr də o, onlara məhəl qoymamışdır. Sonra həmin şəxsin ünvan 2 ünvanda qeydiyyatda olan Şəxs müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:05 radələrində Mingəçevir şəhərində A.Məmmədov küçəsində xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli imtinaya dair protokoldan görünür ki, Şəxs tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Mingəçevir şəhəri Polis Şöbəsinin PPXBun polis əməkdaşları Tural Əhmədov və X4 şəhər Polis şöbəsinin rəisinə müraciət edərək, göstərmişlər ki, xx.xx.2024-cü il tarixdə, saat 01:05 radələrində Mingəçevir şəhəri A.Məmmədov küçəsində xidmətdə olan zaman Şəxs nizam-intizama dəvət etməklərinə baxmayaraq o, öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:05-də inzibati qaydada tutulmuşdur. Polis haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Polis təyinatı və əsas vəzifələri İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: 1) ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək;... Maddə 7. Polisin qanuni tələblərinin icrasının məcburiliyi İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 3-cü maddə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddə həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. 31-ci maddə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 30.1. İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 33.1.1. səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. 535.1-ci maddə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, barəsində inzibati protokol tərtb edilmiş şəxs ictimai qaydanı və ictimai təhlükəsizliyi pozmasının qarşısını almağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və öz qanunsuz əməllərini davam etdirmişdir. Beləliklə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən halın olmaması, məsuliyyətini ağırlaşdıran hal kimi səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini; (İXM- 33.1.1. ) nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 01:05-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar