Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-273/2021 25.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 və borclu Şəxs iştirakı ilə, xx xxx 1974-cü ildə Laçın rayonu, Çıraqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, kitabxanaçılıq peşəsi ilə məşğul olan, Mingəçevir şəhəri Laçın rayonu Çıraqlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Məhkəmənin qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə və məhkəmə iclasının qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir şəhər İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Laçın Rayon məhkəməsinin 2(047)-730/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli məhkəmə əmrinə etiraz edir. Məhkəmə əmri çıxarılan zaman o məhkəmədə iştirak etməmişdir. Məhkəmə əmri haqqında məlumat ona Mİngəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən göndərilən bildirişlərdən sonra məlum olmuşdur. Məhkəmə prosessinin keçirilməsi haqqında onun heç bir məlumatı olmayıb. O məhkəmə əmrində göstərilən ünvanda daimi və ya müvəqqəti olaraq yaşamır. Çıxarılmış məhkəmə etiraz edir. Məhkəmə prosesində mübahisəli məqamlar ortaya çıxmışdır. Buna görə də məhkəmədə kreditor tərəfindən verilmiş ərizəyə iddia qaydasında yenidən baxılması zərurəti yaranmışdır. MPM-nin 282-ci maddəsinə əsasən onun barəsində çıxarılmış məhkəmə əmrini ləğv edib, iddiaya yenidən onun iştirakıyla baxılmasını təmin edilməsini Məhkəmədən xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Laçın Rayon məhkəməsinin 2(047)-730/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 8520 manat məbləğində pulun alınıb X4 hesabına ödənilməsi qət edilmişdir. Borclu icra sənədinə lazımi qaydada icra etməmiş buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Onun tərəfindən müvafiq sorğular verilmiş Şəxs adına heç bir daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranan münasibətlər təşkil edir. Bu inzibati xətanın tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə iclasında Şəxs məhkəmə qərarının üzrsüz səbəbdən icra etməməsi müəyyən olunmadı. O, məhkəmə qətnaməsindən xəbərsiz olduğunu və mübahisəli məqamlar olduğunu bildirib etiraz etmişdir. Onun göstərilən maddə ilə təqsirli bilinməsi üçün heç bir əsas yoxdur. Belə olan halda İXM-nin 528.1-ci maddənin tərkibi yaranmır. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tətbiq etmək məqsədə müvafiq deyil. Bundan əlavə məhkəmə iclasında icra məmuru tərəfindən təqdim olunan icra işi materiallarından da görünür ki, qanuna müvafiq olaraq bütün sorğular verilmiş, bütün icra tədbirləri görülmüşdür. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №3(051)-273/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-273/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver