Məhkəmə qərarları › İş №3(051)-275/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-275/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-275/2021 11.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qıznın katibliyi, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyası, Astraxan vilayəti Aktyubinsk rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 mənzil 132 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Mingəçevir şəhəri, Bozdağ küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə X1 məxsus Mingəçevir şəhəri, Bozdağ küçəsində yerləşən evdən plastik qapının sındırılması yolu ilə 1 ədəd 95 manat dəyərində samovar, 1 ədəd svarka aparatı, 1 ədəd preparatoru, 1 ədəd ütünü, 1 ədəd dreli, 1 ədəd laqondanı oğurluq yolu ilə talamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhəri, Bozdağ küçəsində yerləşən evdən plastik qapının sındırılması yolu ilə 1 ədəd 95 manat dəyərində samovar, 1 ədəd svarka aparatı, 1 ədəd preparatoru, 1 ədəd ütünü, 1 ədəd dreli, 1 ədəd laqondanı oğurluq yolu ilə talamışdır. Səhvini başa düşmüşdür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə özünə məxsus Mingəçevir şəhəri, Bozdağ küçəsində yerləşən evindən plastik qapının sındırılması yolu ilə 1 ədəd 95 manat dəyərində samovar, 1 ədəd svarka aparatı, 1 ədəd preparatoru, 1 ədəd ütünü, 1 ədəd dreli, 1 ədəd laqondanı oğurluq yolu ilə talamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Şəxs barəsində qanunla nəzərdə tutulmuş ağır cəzanın verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xəta haqqında materiala əlavə edilmiş həbs qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Cinayət Məcəlləsinin 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci madəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi var. Lakin İXM-nin 227-ci maddəsinin inzibati xəta haqqında materiala əlavə edilmiş həbs qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Cinayət Məcəlləsinin 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Şəxs hazırda həbsdə olduğuna görə barəsində inzibati qaydada həbs seçilməsi məqsədə müvafiq deyildir. Odur ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli, lakin barəsində inzibati tənbeh tətbiq edilməmməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati tənbeh tətbiq edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar