Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-276/2023 20.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və vəkili Vəkil Zərərçəkmiş şəxs: X1 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Şəxs Azərbaycan Respublikası İXM–in 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Bozdağ küçəsi, 2-ci döngədə yerləşən evin zirzəmisindən Zərərçəkmiş şəxs məxsus 90 manat dəyərində od samovarını oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən X3 məxsus 45 manat dəyərində su qızdırıcısı və 50 manat dəyərində ətçəkən maşını oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Dostluq parkından X7 məxsus 24 manat dəyərində 100 metrlik kabeli oğurlamışdır. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Bozdağ küçəsi, 2-ci döngədə yerləşən evin zirzəmisindən Zərərçəkmiş şəxs məxsus od samavarını maddi ehtiyacı olduğu üçün oğurlamışdır. Həmin samovarı Yevlax şəhərində tanımadığı şəxsə 30 manata satmışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən su qızdırıcı və ətçəkən maşını oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Dostluq parkında gəzərkən ağacın üzərində kabel olduğunu görmüş, həmin kabel elektrik xəttinə bağlı olmadığına görə onu oğurlamışdır. Növbəti gün isə həmin kabeli səyyar şəkildə dəmir alqı-satqısı ilə məşğul olan şəxslərə satmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, həbsdə olduğunu nəzərə alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Şəxs müdafiəçisi Vəkil onunla eyniməzmunlu izahat verərək məhkəmədən Şəxs barəsində həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, ünvan 2 ünvanında yaşayır. Bir müddətdir ki, anası xəstə olduğu üçün tez-tez anasının yaşadığı evə getmiş və həmin vaxtlarda da ev nəzarətsiz qalmışdır. O, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evindən çıxıb getmiş və xx.xx.2023cü il tarixdə həmin evə qayıdan zaman evin həyətində olan su qızdırıcının və evin mətbəx otağında olan ətçəkən maşının oğurlandığını görmüşdür. Bununla belə Şəxs hadisədən sonra ona dəymiş ziyanı ödəmişdir hazırda ondan heç bir şikayəti yoxdur. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. İşdə olan Mingəçevir şəhəri "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 02 nömrəli rəyindən görünür ki, hazırki dövrdə işlənmiş vəziyyətdə 1 (bir) ədəd 7.5 litrlik od samavarının qiyməti 90 manat dəyərindədir. İşdə olan Mingəçevir şəhəri "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, hazırki dövrdə işlənmiş vəziyyətdə 1 (bir) ədəd su qızdırıcının qiyməti 45 manat və 1 ədəd ət çəkən maşının qiyməti 50 manat dəyərindədir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında MN ******* saylı protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qeyd edilən protokol üzrə olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxs X6 tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra ona dəymiş ziyanı ödəmişdir. Hazırda zərərçəkmiş şəxs X2 Şəxs heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra zərərçəkmiş şəxs X4 dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, həmin zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs MN ******* saylı protokol üzrə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan MN ******* saylı protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* və xx.xx.2023-cü il tarixli MN ******* saylı protokollara inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Dostluq parkından X7 məxsus 24 manat dəyərində 100 metrlik kabeli və xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Bozdağ küçəsi, 2-ci döngədə yerləşən evin zirzəmisindən Zərərçəkmiş şəxs məxsus 90 manat dəyərində od samavarını oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətaların az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, MN ******* və MN ******* saylı inzibati protokollar üzrə dəymiş ziyanın ödənilməməsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Lakin hazırda Şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(051)-29/2023 saylı qərarı ilə Şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinsə də, hazırda qərarın icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməməlidir. Belə ki, AR İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən inzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə salır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində cinayət işinin icraatı ilə bağlı 4 ay müddətə həbs qətimkan tədbiri seçildiyindən, onun barəsində tətbiq ediləcək inzibati həbs haqqında qərarın icrası qeyri-mümkün olduğundan, onun barəsində inzibati tənbeh tətbiq edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həbs qətimkan tədbiri seçildiyi üçün ona inzibati tənbeh tətbiq edilməsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-276/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-276/2023
20.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver