Məhkəmə qərarları › İş №3(051)-276/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-276/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-276/2024 02.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədirliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri 20 Yanvar küçəsində idarə etdiyi avtomobili saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs məhkəmə iclasında ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri 20 Yanvar küçəsində idarə etdiyi avtomobili saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış və onu nizamintizama dəvət etmişdir. Lakin o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra Polis Şöbəsinə gətirilmiş və barəsində protokol tərtib edilmişdir. Əməlindən peşmandır və söz verir ki, bir daha belə hərəkətlərə yol verəməyəcəkdir. Daha sonra bildirdi ki, ailəlidir himayəsində bir nəfər az yaşlı uşağı var. Odur ki, bütün bunları nəzərə alaraq barəsində həbslə bağlı olmayan tənbeh ətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X1 bildirdi ki, həqiqətən də Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri 20 Yanvar küçəsində idarə etdiyi avtomobili saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu onlar ona yaxınlaşmış və onu nizam-intizama dəvət etmişdir. Lakin o polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması və ailəli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddçsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs inzibati xətanı sərxoş halda törədməsin məhkəmə Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi qiymətlənldirir. İnzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, pozuntunu törədənin şəxsiyyətini, belə ki, səmimi etirafını, əməlindən peşman olmasını, ailəli olmaqla himayənsində bir nəfər azyaşlı uşağının olmasını və uşağın mənafeyini, həmçinin fərdi əməklə məşğul olmaqla ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və yai digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı il təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafeylərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməmlidir. Uşağın hüquq və mənafeyləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmçinin məhkəmə hesab edir ki Şəxs inzibati qaydada tutulduğu üçün ona təyin edilmiş cərimə növündə inzibati xətanın yuxarı həddinin dörddə üçündə çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbinə görə İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs dərhal inzibati həbsdən azad edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar