Məhkəmə qərarları › İş №3(051)-277/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-277/2023

20.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-277/2023 20.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və vəkili X5 Zərərçəkmiş şəxs: X1 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Bozdağ küçəsi, 2-ci döngədə yerləşən evin zirzəmisindən X3 məxsus 90 manat dəyərində od samovarını oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən X2 məxsus 45 manat dəyərində su qızdırıcı və 50 manat dəyərində ətçəkən maşını oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Dostluq parkından X4 məxsus 24 manat dəyərində 100 metrlik kabeli oğurlamışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(051)-276/2023, 3(051)-277/2023 və 3(051)-278/2023 saylı inzibati işlər birləşdirilməli, işə 3(051)-276/2023 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı, MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)- 276/2023 saylı, 3(051)-277/2023 saylı və 3(051)-278/2023 saylı inzibati işlər 3(051)- 276/2023 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar