Məhkəmə qərarları › İş №3(051)-281/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-281/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-281/2021 18.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs direktoru X1 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati materiala baxaraq Müəyyən etdim: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşı X3 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş inizbati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs-də altı işçilərdən ikisi sertifikasiyadan keçmədən tibbi praktika ilə məşğul olunurdular. Tibb bacısı X4 və həkim stomatoloq X2 barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən inzibati protokol tərtib edilərək, barəsində inzibati tədbir görülməsi üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs -nin direktoru X5 MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilənlərin düzgün olmadığını bildirərək izahatında göstərdi ki, Şəxs İSN-L1769 saylı lisenziya əsasında fəaliyyət göstərib. MMC-də fəaliyyətini davam etdirdiyi müddət ərzində protokolda qeyd edildiyi kimi heç bir qanun pozuntusuna yol verilməmişdir. Lisenziya əlavəsində qeyd edilmiş işlərdən başqa heç bir ixtisas növləri üzrə işlər görülməmiş və hazırda da görülmür. Qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşı X3 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmişdir. Hesab edir ki, “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, protokolun əsaslı olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. İş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 215.1-ci maddəsi ilə inzibati məsuliyyət tibb fəaliyyətilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisiələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə yaranır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə Qərara aldım: ünvan 3 ünvanında yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar