Məhkəmə qərarları › İş №3(051)-281/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-281/2023

20.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-281/2023 20.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş: Şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H. Əliyev prospektində yerləşən, “Vahid” kofesinin qarşısından Zərərçəkmiş şəxs məxsus 450 manat dəyərində Krokeen markalı velosipedi oğurlamışdır. Bundan başqa o,xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən binanın arxa tərəfindən X1 məxsus 250 manat dəyərində 29-luq “Vista” markalı velosipedi oğurlamışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə gecə saatlarında ünvan 3 ünvanında yerləşən binanın dəhlizindən X3 məxsus 100 manat dəyərində 26-lıq velosipedi oğurlamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə H.Əliyev prospektində yerləşən adını bilmədiyi binanın qarşısında tanımadığı şəxsə məxsus velosipedi sürərək oradan uzaqlaşmışdır. Daha sonra həmin velosipedi Bozdağ küçəsində gizlətmiş və bir gün sonra tanımadığı şəxsə 100 manata satmışdır. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən yeni qəsəbədə binanın arxasındakı ağacdan vitse markalı 29-luq velosipedi oğurlamışdır. Həmin velosipedi Yevlax şəhərində tanımadığı şəxsə 40 manata satmışdır. Bundan başqa o,xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, 1 saylı binanın dəhlizində 1 ədəd 26-lıq velosipedi oğurlamışıdır. Həmin velosipedi Yevlax şəhərində tanımadığı şəxsə 30 manata satmışdır. Hazırda etdiyi əməldən peşimandır. Odur ki, məhkəmədən ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını, eləcə də, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Mahmudov X2 şəhərində xx.xx.2023-cü il tarixdə X1 məxsus 250 manat dəyərində 29-luq velosipedi, xx.xx.2023-cü il tarixdə X3 məxsus 100 manat dəyərində 26-lıq velosipedi, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 450 manat dəyərində Krokeen markalı velosipedi oğurlamışdır. Göründüyü kimi Mingəçevir Şəhər Polis Şöbəsinin protokol tərtib etməyə səlahiyyəti olan vəzifəli şəxsi tərəfindən məhkəməyə təqdim olunmuş inzibati xəta materiallarında oğurluq cinayətinin əlamətlərinin olmasına dair əsaslı şübhələr vardır. Belə olan halda törədilmiş inzibati xətada cinayət əlamətlərinin olub–olmamasının araşdırılması məqsədilə hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və materiallar aidiyyəti üzrə Mingəçevir Şəhər Prokurorluğuna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CM–in 177-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə görə bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş əməllər əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. İnzibati xəta haqqında iş üzrə icraatda Şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus 450 manat dəyərində Krokeen markalı velosipedi, X1 məxsus 250 manat dəyərində 29-luq velosipedi, X3 məxsus 100 manat dəyərində 26-lıq velosipedi, oğurlaması müəyyən edilmiş, həmin hal xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN 1552064, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollarda da öz əksini tapmışdır. Belə olan halda Şəxs əməlində oğurluq cinayətinin əlamətlərinin mövcud olmasına əsaslı şübhələr olsa da, həmin hallar araşdırılmamış və onlara ibtidai araşdırma orqanı tərəfindən qiymət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85–ci maddəsində göstərilmişdir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır Odur ki, məhkəmə hesab edir ki, yuxarıda təsvir olunnan məsələ ilə əlaqədar oğurluq cinayətinin tərkibinin olub–olmamasının müzakirə edilməsi məqsədilə hazırki inzibati xəta haqqında protokola baxılmasına xitam verilməli və materiallar baxılması üçün Mingəçevir Şəhər Prokurorluğuna göndərilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110, 112, 114, 115 və 117–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola baxılmasına xitam verilsin və materiallar cinayət əlamətlərinin olub–olmamasının müzakirə edilməsi məqsədilə Mingəçevir Şəhər Prokurorluğuna göndərilsin. Sədrlik edən Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar